Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2325/2024 27.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh uşaqları 10 mart 2009-cu il təvəllüdlü X1 və 21 dekabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 235 manat məbləğində onun xeyrinə aliment tutulması, alimentin tutulmasının məhkəməyə müraciət etdiyi vaxtdan başlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəmə iclasında iddia tələbininin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh uşaqları 10 mart 2009-cu il təvəllüdlü X1 və 21 dekabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa gorə 150 manat, cəmi 300 manat məbləğində onun xeyrinə aliment tutulması, alimentin tutulmasına məhkəməyə müraciət etdiyi vaxtdan başlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər el adəti üzrə 29 mart 2008-ci il tarixdə toy edərək ailə qurmuş, cavabdehlə nikahlarını isə həmin ilin may ayının 3-də Masallı rayon İHB-nın Viləş kənd ərazi nümayəndəliyində rəsmi qeyd etdirmişlər. Birgə yaşadıqları dövrdə 10 mart 2009-cu il təvəllüdlü Könül və 21 dekabr 2011-ci il təvəllüdlü Qurban adlı iki uşaqları olmuşdur. Əvvəllər qaynatasına məxsus evdə yaşasalar da, sonradan Viləş kəndində ev tikərək bir müddət orada yaşamış, sonra isə Bakı şəhərinə köçmüşlər. Əvvəllər mehriban olsalar da, sonradan cavabdehlə aralarında narazılıqlar yaranmışdır. Bir ilə yaxındır ki, uşaqlarla birlikdə kəndə qayıtmışdır. Həmin vaxtdan cavabdehlə ayrı yaşayırlar. Hazırda azyaşlı övladlarını təkbaşına böyüdür. Cavabdeh isə onların saxlanılmasına köməklik etmir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, uşaqların qayğılarına görə işləyə bilmir. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddianı qəbul edərək bildirdi ki, bir uşağa görə 150 manat, cəmi 300 manat aliment ödəyə bilər. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan: Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X3 21 dekabr 2011-ci ildə, X4 10 mart 2009-cu ildə doğulmuşlar. Uşaqların atası Cavabdeh, anası İddiaçıdır. 24 iyun 2024-cü il tarixli, MŞM/MT036/2024-00495 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməmə barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı aliment tələbi ilə məhkəməyə 27 iyun 2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İşin faktiki və mübahisələndirilməyən hallarına əsasən 10 mart 2009-cu il təvəllüdlü X1 və 21 dekabr 2011-ci il təvəllüdlü X2 atasının Cavabdeh, anasının İddiaçı olması müəyyən olunur. Onlar İddiaçı himayəsində yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, uşağı saxlamaq, qayğısına qalmaq, onun maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Ona görə uşağın saxlanılmasında valideyn kimi o, da iştirak etməli və aliment ödəməlidir. Hal-hazırda iddiaçı uşaqların qayğısına qalır və işləmir. Odur ki, aliment öhdəliyi tamamilə atanın üzərinə qoyulmalıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ona görə də uşaqların ən az həmin həddə maddi təminat hüquqları vardır. Bununla belə məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən cavabdehin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları, uşaların əvvəlki təminatının saxlanılmasında valideynlərin hər ikisinin əvvəlki rolunu nəzərə alaraq, aylıq aliment məbləğinin hər ay bir uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 10 mart 2009-cu il təvəllüdlü X1 və 21 dekabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq, İddiaçı ödənilsin. Alimentin tutulmasının başlanğıcı 27 iyun 2024-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-2325/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2325/2024
27.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver