Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-2335/2025 17.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 iyun 2014-cü il təvəllüdlü X1 üçün sabit pul məbləğində 246 manat alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəni ünvanlayaraq, etirazı onunla əsaslandırmışdır ki, iddiaçı X3 ilə qeyri-rəsmi evlənərək yaşamışlar. Birgə yaşadıqları dövrdə 16 iyun 2014cü il təvəllüdlü X7 adlı bir uşaqları doğulmuşdur. O, evlənmək üçün 11 may 2010-cu il tarixindən iddiaçı X2 bütün xərclərini və yaşamaq üçün Bakı şəhəri Abşeron rayonu Sulutəpə qəsəbəsində 0,04 ha torpaq sahəsini alaraq fərdi yaşayış evi inşa etmişdir. Bütün evin tikilməsi və əşyalarına kimi pulu o, iddiaçıya vermişdir. Lakin demək olar ki, o, Meyxanım Qarayevadan 5 ildir ki, ayrılmışdır. Meyxanım Qarayevanın əvvəlki ailəsindən bir qızı vardır. Həmin uşaq X4r. Onun bütün xərclərini o, ödəmişdir. Lakin cavabdeh Masallı Rayon Məhkəməsinin uşağın yetkinlik yaşına çatmasına görə ondan aliment tələbi ilə iddia qaldırmış və hər ay 246 manat aliment tələbi göstərmişdir. O, 1-ci qrup əlildir, əmək qabiliyyəti yoxdur və hal-hazırda mütəmadi olaraq həkim nəzarətində yaşayır. Məhkəmədən qeyd olunları nəzərə alaraq iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflər arasında mediatorun adı və ya mediasiya təşkilatına dair qeydşərt olub-olmamasını, yaxud tərəflərin aralarında mediator ya da mediasiya təşkilatı barədə razılığın olub-olmamasını soruşur. Məhkəmənin hazırlıq iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə bildirdi ki, iddiaçı Qaradağ rayonunda işlədiyindən həmin rayonda yerləşən Bakı 14 saylı Mediasiya Təşkilatına müraciət etmişdir, lakin tərəflər arasında mediator ya da mediasiya təşkilatı barədə razılıq olmamışdır. Məhkəmənin hazırlıq iclasında Cavabdeh iddiaçı ilə arasında mediator ya da mediasiya təşkilatı barədə razılıq olmadığını bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin fikrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı 14 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 31 may 2025-ci il tarixli, MŞB/14/2025-00130 nömrəli arayışından görünür ki, 31 may 2025-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 60 manat ödəmişdir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunun: 21.6-cı maddəsinə əsasən tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. Tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun adı və ya mediasiya təşkilatı göstərilməyibsə və tərəflər öz aralarında bir tərəfin müraciəti üzrə 7 (yeddi) gün ərzində mediator ya da mediasiya təşkilatı barədə razılığa gələ bilmirsə, mediasiya prosesi tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə Mediasiya Şurası tərəfindən həmin şəhər və ya rayon üzrə müəyyən edilən və həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. 21.9.1-ci maddəsinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. 28.3-cü maddəsinə əsasən tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə Mediasiya Şurası tərəfindən həmin şəhər və ya rayon üzrə müəyyən edilən və (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Mediasiya təşkilatı mediatoru 3 (üç) iş günü ərzində təyin edir. 28.4-cü maddəsinə əsasən Məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında Mediasiya Şurası ilkin mediasiya sessiyasının aparılması üçün mediator müəyyən edə bilər. Məhkəmənin hazırlıq iclasında müəyyən edilmişdir ki, tərəflər arasında mediatorun adı və ya mediasiya təşkilatına dair hər hansı qeyd-şərt, yaxud mediator ya da mediasiya təşkilatı barədə razılıq olmamışdır. Belə olan halda iddiaçı mübahisənin aidiyyəti üzrə aid olduğu Masallı Rayon Məhkəməsi ilə ilə eyni rayonda yerləşən Masallı 1 saylı Mediasiya Təşkilatına müraciə etməli idi. Lakin iddiaçı X3 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə, 248 ünvanında yerləşən ünvan 2kası Mülki Prosessual Məcəlləsinin: 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 №-li qərarı ilə məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №2(050)-2335/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-2335/2025
17.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver