Məhkəmə qərarları › İş №2(050)-2406/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2406/2024

29.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2406/2024 29.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq xx.xx.2014-cü il tarixdə anadan olmuş X4, xx.xx.2016-cı il tarixdə anadan olmuş X5 və xx.xx.2022-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay bir uşağa görə sabit pul məbləğində cəmi 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 705 (yeddi yüz beş) manat sabit pul məbləğində aliment pulunun onun xeyrinə Cavabdeh tutularaq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər ilə el adəti qaydasında toy etdirməklə ailə həyatı qurmuşlar. Faktiki olaraq ər-arvad kimi yaşayıb təsərrüfatı birgə idarə etmişlər. Nikahlarını xx.xx.2022-ci ildə rəsmiləşdirmişlər, sonradan xx.xx.2023-cü ildə isə nikahları pozulmuşdur. Yaşadıqları müddət ərzində xx.xx.2014-cü il tarixdə X4, xx.xx.2016-cı il tarixdə X5 və xx.xx.2022-ci il tarixdə X6 adlı üç nəfər uşaqları anadan olmuşdur. Uşaqlar onun yanında yaşayırlar. Cavabdehin təqsiri üzündən ayrılmışlar. Cavabdeh ona və övladlarına baxmır, maddi və mənəvi heç bir koməklik etmir. O, heç bir yerdə işləyə bilmir və heç bir yerdən gəliri yoxdur. Cavabdeh sağlam olmaqla pul qazanır, lakin uşaqlarına baxmır. Ona görə də, məcbur qalaraq aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə iddia ərizəsinə etiraz göndərərək, bildirmişdir ki, o, xəstədir və restoranların birində işləyərək aylıq 350 manat əmək haqqı alır. Bu əmək haqqı ilə özünü çətinliklə dolandırır. Hazırda iddiaçının tələb etdiyi aliment isə həddindən artıq yüksəkdir. O, hazırda uşaqlarını istəyir və uşaqlarını tələb edir. Ölkədən xaricə qanunsuz olaraq çıxarılma ilə bağlı o, Baş Prokurorluğa, Dövlət Sərhəd Xidmətinə şikayətlər etmişdir. O, bir ata kimi öz uşaqlarını istəyir, anaları isə müxtəlif bəhanələr gətirərək, uşaqlarını ondan qaçırır. Bu vaxta kimi uşaqlarını o böyüdüb saxlamışdır. Odur ki, aylıq qazancının minimum olmasını, iddiaçının uşaqlarını da götürüb Respublikada qaçdığını və Masallı rayonu üzrə yaşayış səviyyəsini nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X4 24 noyabr 2014-cü ildə, X5 07 may 2016-cı ildə, X6 25 dekabr 2022-ci ildə doğulmuşlar. Uşaqların atası Cavabdeh, anası İddiaçıdır. 01 iyul 2024-cü il tarixli, MŞM/MT036/2024-00514 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməmə barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı aliment tələbi ilə məhkəməyə 04 iyul 2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin faktiki və mübahisələndirilməyən hallarına əsasən 24 noyabr 2014-cü il təvəllüdlü X1, 07 may 2016-cı il təvəllüdlü X2, 25 dekabr 2022-ci il təvəllüdlü X3 atasının Cavabdeh, anasının İddiaçı olması müəyyən olunur. Onlar İddiaçı himayəsində yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, uşağı saxlamaq, qayğısına qalmaq, onun maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Ona görə uşağın saxlanılmasında valideyn kimi o, da iştirak etməli və aliment ödəməlidir. Hal-hazırda iddiaçı uşaqların qayğısına qalır və işləmir. Odur ki, aliment öhdəliyi tamamilə atanın üzərinə qoyulmalıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ona görə də uşaqların ən az həmin həddə maddi təminat hüquqları vardır. Bununla belə məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən cavabdehin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları, uşaların əvvəlki təminatının saxlanılmasında valideynlərin hər ikisinin əvvəlki rolunu nəzərə alaraq, aylıq aliment məbləğinin hər ay bir uşaq üçün 160 manat, cəmi 480 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 24 noyabr 2014-cü il təvəllüdlü X1, 07 may 2016-cı il təvəllüdlü X2 və 25 dekabr 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşağa görə 160 manat, cəmi 480 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq, İddiaçı ödənilsin. Alimentin tutulmasının başlanğıcı 04 iyul 2024-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar