Məhkəmə qərarları › İş №2(050)-2514/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2514/2023

04.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2514/2023 04.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı, Cababdeh Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı 27 iyun 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər 200 manat sabit pul məbləğində aliment tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh nikahlarını rəsmi qeyd etdirərək ailə həyatı qurmuşlar. Birgə yaşadıqları dövrdə Ruslan, Rusalə və Xədicə adlı uşaqları anadan olmuşdur. Cavabdeh dəfələrlə evdən getmiş, hər dəfə gedəndə də evdən müxtəlif məbləğlərdə pul aparımışdır, lakin uşaqlara görə barışmalı olmuşlar. Əsas problem onun uşaqlarla yola gedə bilməməsi olmuşdur. Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək nikahlarının pozulması və uşaqlara görə onun xeyrinə aliment tutulması barədə qətanmə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(050)-125/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh ilə aramda bağlanmış nikah qeydinin pozulması, xx.xx.2007-ci il təvəllüdlü X3 onun yanında, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 Cavabdeh yanında saxlanılması, Rusalə Şahbazovanın və Xədicə Şahbazovanın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin ondan alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Hazırda o, Ruslan Şahbazovu təkbaşına böyüdür. Cavabdeh isə onun saxlanılmasına köməklik etmir. İddiaçı məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir, o, Cavabdeh yanında yaşayan iki uşağın saxlanılması üçün aliment ödəyirsə, Cavabdeh da onun yanında olan uşaq üçün aliment ödəməlidir. Birgə yaşadıqları dövrdə uşaqların maddi təminatlarını o, təmin etmişdir. Göstəərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında izahat verərək bildirdi ki, iddianı qəbul etmir. İddiaçı və oğlu X6 işləyərək qazanc əldə edirlər. , xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 onun himayəsində yaşayır, onların qayğısı ilə əlaqədar yaxşı qazanc əldə edə bilmir. Mağazalara cücə paylayan şəxslərin kəsilmiş cücələrini yolmaqla gündəlik 15 manat pul qazanır. Həmin pul da təminatlarına çatmır. Maddi imkanı zəif olduğuna görə aliment ödəyə bilməyəcəkdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X6 27 iyun 2007-ci ildə, X4 17 oktyabr 2008-ci ildə, X5 17 iyun 2011-ci ildə doğulmuşlar. Uşaqların atası İddiaçı, anası Cavabdeh qeyd edilmişdir. Masallı Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(050)-125/2023 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında bağlanmış nikah akt qeydinin pozulması, 27 iyun 2007-ci il təvəllüdlü X3 atası İddiaçı yanında, 17 oktyabr 2008-ci il təvəllüdlü X2 və 17 iyun 2011-ci il təvəllüdlü X1 anaları Cavabdeh yanında saxlanılması, 17 oktyabr 2008-ci il təvəllüdlü X2 və 17 iyun 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment İddiaçı alınaraq Cavabdeh ödənilməsi, alimentin tutulmasının 11 noyabr 2022-ci il tarixdən hesablanması qət edilmişdir. 08 may 2023-cü il tarixli, 875 nömrəli tibbi arayışdan görünür ki, İddiaçı Masallı rayon poliklinikasında tibbi müayinədən keçmişdir. Nəticə olaraq sağ əl dördüncü barmaq distal falanqada sınıq, 3-cü barmaq distal və orta orta amputasiyası olması qeyd edilmişdir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya prosesində iştitrak etməmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsassızdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək iddiaçı və cavabdeh tərəfindən təqdim olunmuş ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 76-cı maddəsində uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı müəyyən edilmişdir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə qanunvericiliyi tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Belə ki, Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 aylı Qərarının 8-ci bəndinə tövsiyə olunmuşdur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi tələbatının ödənilməsindən imtina etdikdə onun valideynlik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Uşağın saxlanılması üçün yaşayış minimumdan az olmayaraq, daha yüksək həddə də alimentin tutulması istisna edilmir. Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı tələblə qarşılıqlı təhlil edərək qeyd edir ki, birgə nikah dövründə və ailə münasibətləri pozulduqdan sonra uşaqların maddi təminatı iddiaçı tərəfindən təmin edilmişdir. Alimentin ödənilməsində məqsəd uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasıdır. Bu baxımdan nəzərə alınmalıdır ki, ata olaraq iddiaçı uşaqları hansı səviyyədə təminatlarını ödəyirdisə, nikah pozulduqdan sonra da həmin təminatı yerinə yetirmək onun valideynlik borcudur. Ailə Qanunvericiliyinin 75.1.-ci maddəsi valideynlərin uşaqlarını saxlamağa borclu olmasını müəyyən etsə də, sabit aliment tələbi ilə bağlı digər normalarda alimentin hansı valideyndən və nə qədər tutulmasını onların maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilməsini vurğulanmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından məlum olur ki, iddiaçı və cavabdeh arasında ailə münasibətləri və rəsmi nikah pozulmuş, uşaqlardan Ruslan atasının yanında, Rusalə və Xədicə analarının yanında yaşayır. Onların maddı xərclərini hal-hazırda ata olaraq iddiaçı çəkir, həmçinin nikah pozularkən o, aliment tələb etməmiş, uşaqların əvvəlki maddi təminatı ata tərəfindn təmin edilmişdir. Tərəflərin maddi və ailə vəziyyətlərində dəyişiklik olmamışdır. Məhkəmə cavabdehin maddi və ailə, diqqətəlayiq digər halları dəyərləndirərək qeyd edir ki, tərəflərin ailə münasibətlərinə rəsmi xitam verildikdən sonra, onların maddi və ailə vəziyyətində dəyişiklik olmamış, cavabdehin isə maddi imkanı və qazancı zəifdir. Ona görə də uşaqların valideynləri ilə birgə və yaxud ayrı yaşadıqları dövrdə onların saxlanmasını iddiaçı tərəfindən təmin olunması, uşaqların atanın himayəsinə verilməsinədək olan dövrdəki təminat səviyyəsi nəzərə alınmalıdır. Göstərilənlənlərə əsasən və tərəflərin nikahlarının pozulmasından sonrakı münasibətlərini dəyərləndirərək məhkəmə qeyd edir ki, aliment tələbi ilə çıxış etmək iddiaçının hüququ olsa da, onun hazırkı tələbi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 16.1.-cı əsasən maddəsinə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1. və 560.2.-ci maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. İddiaçı izahatından göründüyü kimi, iddiaçı alimenti maddi imkansızlıq səbəbi ilə deyil, özü aliment ödədiyi üçün, göstərməməsi əsası ilə tələb edir, İddia ərizəsində və izahatda ailə, maddi və digər diqqətəlayiq vəziyyətlərində dəyişiklik olması barədə heç bir dəlil və əsas göstərilməmişdir. Əksinə işin faktiki halları və qanuni qüvvəsini almış məhkəmə qətnamələrində göstərilənlər, tərəflərin ər-arvad münasibətləri pozulduqdan sonra birbirilərinə qarşı davranışları, iddiaçının cavabdehin ailə və maddi vəziyyətinin tələb olunan alimenti ödəməyə imkan vermədiyini bildiyi halda hazırkı tələbi irəli sürməsi onu qeyd etməyə əsas verir ki, İddiaçı aliment öhdəliyi üzrə ödənişlərini əvəzləşdrimək istəyir. Halbuki, işin hallarına görə iddiaçının uşaqları saxlamağa normal maddi imkanı və həyat şəraiti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, tərəflərin verdiyi izahatlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi rədd olunsun. İddiaçı Cavabdeh qarşı 27 iyun 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tələbi barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar