Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2620/2024 05.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 sentyabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə 300 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qızı X5 03 mart 2011-ci il tarixdə vəfat etmişdir. Azyaşlı nəvəsi 10 sentyabr 2009-cu il təvəllüdlü X6 anası Ceyran Heydərova vəfat edən vaxtdan onun himayəsində yaşayır, həmin vaxtdan atası Cavabdeh onunla birlikdə yaşamır, atası Cəlilabad rayonu, Komanlı kəndində yaşayır, ailə həyatı qurmuşdur, övladını maddi və mənəvi cəhətdən təmin etməmişdir. Nəvəsi X10 Rayon İcra Hakimiyyəti başçısının 18 aprel 2011-ci il tarixli, 103 nömrəli sərəncamı ilə onun qəyyumluğuna verilmişdir. Sonradan nəvəsi X10 Rayon icra Hakimiyyəti başçısının 07 dekabr 2023-cü il tarixli, 322 nömrəli sərəncamı ilə onun himayəsinə verilmişdir. Uşağın bütün tələbatlarını ödəyir, atası bir ata kimi ona heç bir maddi köməklik etmir. Cavabdeh sağlam olmaqla pul qazanır. Uşağına baxmır. Ona görə də, məcbur olub aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, qızı vəfat edərkən Zeynəb körpə olmuşdur. Körpə vaxtından Zeynəbi özü böyütmüşdür. Bununla yanaşı digər uşaq Zeynəbin bacısı 2005-ci il təvəllüdlü Aytən də də onunla qalmışdır. Uşaqların hər ikisi onun qəyyumluğuna verilmişdir. Aytən yetkinlik yaşına çatmış və ailə qurub. Cavabdeh və onun ailəsi çox az vaxtlarda gəlib uşaqla maraqlanmışlar. Onun bütün xərclərini özü çəkmişdir. Bu vaxta kimi aliment tələb etməmişdir. Lakin, hazırda uşaq artıq böyümüş və onun xərcləri artmışdır. Hazırlıqlara gedir. Üç ildən sonra o, yetkinlik yaşına çatacaqdır. Heç olmasa son üç ildə aliment verilsin ki, uşağın xərclərini qarşılasın. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, uşağın iddiaçının qəyyumluğuna verilməsindən məlumatı olmamışdır. Hesab edir ki, uşaq qanunsuz olaraq iddiaçının qəyyumluğuna verilmişdir. Bu barədə araşdırma aparacaqdır. Bundan başqa özü ikinci dəfə qeyri rəsmi olsa da, ailə qurmuşdur, bir övladı vardır. İddiaçıya aliment ödəmək fikri yoxdur. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Doğum haqqında şəhadətnamədən görünür ki, 10 sentyabr 2009-cu il təvəllüdlü X3 atası Cavabdeh, anası X4r. Masallı RİHB-nın Təzə Alvadı kənd ərazi nümayəndəliyinin 09 iyun 2024-cü il tarixli arayışından görünür ki, X2 Alvadı kəndində ana nənəsi İddiaçı himayəsində yaşayır. Masallı Rayon İcra Hakimiyyəti başçısının 18 aprel 2011-ci il tarixli, 103 nömrəli sərəncamından görünür ki, valideyn himayəsindən məhrum 15 oktyabr 2005-ci ildə anadan olmuş X8 və 10 sentyabr 2009-cu ildə anadan olmuş X1 rayon Təzə Alvadı kənd sakini İddiaçı qəyyumluğa verilməsi qərara alınmışdır. Masallı Rayon İcra Hakimiyyəti başçısının 28 aprel 2023-cü il tarixli, 113 nömrəli sərəncamından görünür ki, 15 oktyabr 2005-ci il təvəllüdlü X8 ana nənəsi, Masallı rayonu Təzə Alvadı kəndində qeydiyyatda olan İddiaçı himayəsinə verilmişdir. Masallı Rayon İcra Hakimiyyəti başçısının 07 dekabr 2023-cü il tarixli, 322 nömrəli sərəncamından görünür ki, 10 sentyabr 2009-cu il təvəllüdlü X6 ana nənəsi, ünvan 1 ünvanında qeydiyyatda olan, Masallı rayonu Təzə Alvadı kəndində yaşayan İddiaçı himayəsinə verilmişdir. Nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X7 arasında Cəlilabad rayon Komanlı kənd ərazi nümayəndəliyində 22 fevral 2006-cı il tarixdə nikah bağlanmış, bu barədə 07 saylı qeyd var və nikah bağlandıqdan sonra ərə (arvada) Heydərov (a) soyadı verilmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X5 03 mart 2011-ci ildə ölmüşdür. Məhkəmə qeyd edir ki, İddiaçı 10 sentyabr 2009-cu il təvəllüdlü X3 himayəçisi təyin edildiyindən, yəni qanuni nümayəndəsi kimi uşağın saxlanması ona həvalə edildiyindən onun uşağın saxlanması üçün cavabdehdən aliment tələb etmək üçün subyektiv hüququ yaranmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh valideyn kimi uşaqlarını saxlamağa borcludur, cavabdehin aylıq qazancının müntəzəm, dəyişməyən olması müəyyən edilməmişdir, buna görə də cavabdehdən iddiaçının xeyrinə aliment sabit pul məbləğində tutulmalıdır. Cavabdeh ikinci dəfə evləndiyini və himayəsində bir az yaşlı uşağının olduğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, yaşayış minimumunun Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlməməsini, məhkəmə qətnaməsinin icra olunması üçün çıxarılmasını, qətnamənin digər tərəfə sitəm verilməsi üçün deyil, ədalətli balansı bərpa etmək üçün olmasını, məhkəmə qətnaməsi çıxarılarkən tərəflərin əsaslı mənafelərinin nəzərə alınmalı olmasını əsas tutub hesab edir ki, 10 sentyabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 180 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə araşdırması zamanı cavabdehin həmin məbləğdə aliment ödənilməsini istisna edən hər hansı bir hal (işləməsinə maneə olacaq xəstəliyi, yaşının kifayət qədər çox olması və sair hallar) müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşağının saxlanılması üçün hər ay sabit pul məbləği ilə bir uşağa görə 300 manat aliment tutulub ona verilməsini xahiş etsə də, cavabdehin tələb edilən məbləğə mütənasib qazanc əldə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. MPM-in 234.2 və 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunmalıdır. İddiaçının aliment ödənilməsi barədə ərizəsi məhkəməyə 25 iyul 2024-cü il il tarixdə daxil olduğundan aliment də həmin vaxtdan tutulmalı və qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233,234 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. 25 iyul 2024-cü il tarixdən başlayaraq 10 sentyabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 180 manat (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan 41.60 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-2620/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2620/2024
05.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver