Məhkəmə qərarları › İş №2(050)-2658/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2658/2023

11.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2658/2023 11.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh (Quliyeva Həlimə) Mirsalam qızına qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (Quliyeva Həlimə) Mirsalam qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (Quliyeva Həlimə) Mirsalman qızı ilə birgə nikahlarından xx.xx.2014-cü ildə doğulan X20 (Coşqun) qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün minumum yaşayış səviyyəsindən az olmamaqla hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində Cavabdeh (Quliyeva Həlimə) Mirsalman qızından tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh (Quliyeva Həlimə) Mirsalman qızı el adəti üzrə ailə qurub evlənmişlər. Rəsmi nikahları Masallı rayon Qeydiyyat Şöbəsində 18 mart 2011-ci il tarixli, 180 saylı nikah qeydi əsasında rəsmiləşdırilmişdir. Birgə yaşadıqları müddətdə 15 mart 2004-ci il təvəllüdlü Ramal, 02 dekabr 2014-cü il təvəllüdlü Zəhra adlı uşaqlar anadan olmuşdur. Ramal yetkinlik yaşına çatmış və hərbi-xidmətə getmişdir. Zəhra isə hazırda onunla birlikdə yaşayır. Cavabdehlə uzun müddət birgə yaşadıqdan sonra münasibətləri pozulmuş və ayrılmalı olmuşlar. Cavabdehin əvvəlki adı və soyadı Quliyeva Həlimə olmuş, lakin sonradan adını və soyadını dəyişdirib Cavabdeh kimi qeyd etdirmişdir. Masallı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(050)-116/2023 saylı qətnaməsinə əsasən Quliyeva Həlimə (Cavabdeh) Mirsalman qızı ilə aralarında bağlanmış 18 mart 2011-ci il tarixli, 180 saylı nikah pozulmuşdur. xx.xx.2014-cü il təvəllüdlü Quliyeva (Mirzəyeva) Zəhra Əli (Coşqun) qızının onun yanında qalması qət edilmişdir. X13 o, saxlayır və uşağın tələbatlarını qarşılayır. Birgə nikahdan doğulan uşağın saxlanılmasından ötrü dəfələrlə cavabdehə maddi yardım göstərməsini bildirsə də, cavabdeh buna məhəl qoymayıb heç bir yardım etməmişdir. Sanki valideyn olaraq bu onun borcu deyildir. Ona görə də uşağın saxlanılması üçün aliment verilməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmumuna uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh (Quliyeva Həlimə) Mirsalam qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materillarına əlavə edilmiş Cavabdeh ərizəsindən görünür ki, İddiaçı qarşı uşaq tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və məhkəmənin 2(050)- 2761/2023 saylı qərardadı ilə iş üzrə narkoloji ekspertiza təyin edilmişdir. Ona görə də, İddiaçı ona qarşı aliment tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir. İş materillarına əlavə edilmiş Masallı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(050)-2761/2023 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı uşaq tələbinə dair iddia ərizəsi ilə müraciət edərək cavabdeh İddiaçı ilə birgə nikahlarından olan 02 dekabr 2014-cü il təvəllüdlü X7 cavabdeh Mirzəyev (Quliyev) Əli Məxsus oğlundan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(050)-2761/2023 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı uşaq tələbinə dair mülki iş üzrə İddiaçı barəsində məhkəmə narkoloji ekspertizası təyin edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. İşdə olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah 15 may 2023-cü il tarixdə pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə, 162 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X9 02 dekabr 2014-cü ildə Rusiya Federasiyası, Norilisk şəhəri, Krasnoyarsk diyarında anadan olmuşdur. X2, anası X3r. İş materiallarında olan adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamədən görünür ki, X10 xx xxxxxxxx 1980-cı ildə Masallı rayonu Qəriblər kəndində anadan olmuşdur. X1 Mirzəyev, adı Əli olaraq dəyişdirilmişdir. Bu barədə adın, ata adının və soyadının dəyişdirilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə, 50 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)- 116/2013 saylı qətnaməsindən görünür ki, İddiaçı və cavabdeh X4 arasında bağlanmış 18 mart 2011-ci il tarixli, 180 saylı nikah akt qeydi pozulmuş. xx.xx.2014-ci il təvəllüdlü Quliyeva (Mirzəyeva) Zəhra Əli (Coşqun) qızı atası İddiaçı yanında saxlanılması, tərəflərə nikah pozulduqdan sonra 3 il müddətində birgə nikah dövründə aldə olunmuş əmlakın bölüşdürülməsi barədə iddia qaldırmaq hüquqlarının olması izah edilməsi qət edilmişdir. Qətnamə ilə müəyyən edilmişdir ki, X5 məhkəməyə ərizə göndərərək iddiaçı ilə nikahın pozulması, azyaşlı uşağın atasının yanında qalması ilə bağlı qarşılıqlı razılığa gəldiklərini bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 9.1-9.3.-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. İddiaçının izahatına əsasən işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından məlum olur ki, iddiaçı və cavabdeh arasında ailə münasibətləri və rəsmi nikah pozulmuş, uşaq hal-hazırda iddiaçının himayəsində yaşayır. Onun maddi xərclərini hal-hazırda ata olaraq iddiaçı çəkir, həmçinin nikahdan əvvəl də ailə ehtiyaclarını iddiaçı təmin etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 76-cı maddəsində uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı müəyyən edilmişdir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə qanunvericiliyi tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Belə ki, Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 aylı Qərarının 8-ci bəndinə tövsiyə olunmuşdur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi tələbatının ödənilməsindən imtina etdikdə onun valideynlik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Bu zaman ilk növbədə həmin valideynin aylıq qazancının olubolmaması aydınlaşdırılmalı, əgər hər hansı bir aylıq qazancı yoxdursa və ya şəxsin qazancı uşaqların saxlanılması üçün yetərli hesab olunmazsa, onda ondan sabit məbləğdə aliment alınmalıdır. Alimentin miqdarı uşağın maddi tələbatının ödənilməsinin minimum həddində müəyyən edilir ki, uşağın saxlanılmasının yaşayışı minimum həddə təmin edilsin. Uşağın saxlanılması üçün yaşayış minimumdan az olmayaraq, daha yüksək həddə də alimentin tutulması istisna edilmir. Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı tələblə qarşılıqlı təhlil edərək qeyd edir ki, birgə nikah dövründə uşaqların maddi təminatı iddiaçı tərəfindən təmin edilmişdir. Alimentin ödənilməsində məqsəd uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasıdır. Bu baxımdan nəzərə alınmalıdır ki, ata olaraq iddiaçı uşaqları hansı səviyyədə təminatlarını ödəyirdisə, nikah pozulduqdan sonra da həmin təminatı yerinə yetirmək onun valideynlik borcudur. Ailə Qanunvericiliyinin 75.1.-ci maddəsi valideynlərin uşaqlarını saxlamağa borclu olmasını müəyyən etsə də, sabit aliment tələbi ilə bağlı digər normalarda alimentin hansı valideyndən və nə qədər tutulmasını onların maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilməsini vurğulanmışdır. Göstərilənlənlərə əsasən və tərəflərin nikahlarının pozulmasından sonrakı münasibətlərini dəyərləndirərək məhkəmə qeyd edir ki, aliment tələbi ilə çıxış etmək iddiaçının hüququ olsa da, onun hazırkı tələbi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 16.1-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1. və 560.2.-ci maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə qətnamə ilə gəldiyi nəticəni müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, iddiaçının verdiyi izahatla, cavabdehin iddiaya qarşı yazılı etirazı və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticıyə gəlir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh (Quliyeva Həlimə) Mirsalman qızına qarşı «aliment» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar