Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2695/2023 13.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq 01 dekabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 220 manat sabit pul məbləğində aliment, həımçinin 03 may 2004-cü il təvəllüdlü X4 müalicə xərclərinə görə 150 manat alimentin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə el adəti qaydasında ilə qurub evlənmiş, lakin nikahlarını rəsmiləşdirməmişlər. Birgə nikahlarından 21 iyun 2003-cü ildə X7, 03 may 2004-cü ildə X10 və 01 dekabr 2007-ci ildə X8 adlı üç nəfər uşaqları anadan olmuşdur. Ailə qurarkən, nikahlarını rəsmiləşdirməsələr də, sonradan uşaqların atalığı qeydiyyat şöbəsində müəyyən edilmişdir. Hazırda bir nəfər Aydan adlı azyaşlı uşaq onun himayəsində yaşayır. Xasiyyətləri düz gəlmədiyindən cavabdehlə ayrılmalı olmuşlar, cavabdehdən ayrıldıqdan sonra o, bir nəfər azyaşlı uşağın saxlanılması üçün ona heç bir köməklik etməmişdir. Cavabdeh gündəlik gəlir əldə edir və bir nəfər uşağın saxlanılmasına tam kömək etməyə qadirdir, lakin cavabdeh bu vaxta kimi heç vaxt uşağın saxlanılması üçün ona köməklik göstərməyib və uşağın gündəlik tələbatları ilə maraqlanmayıb. Eyni zamanda Aydan adlı uşaq serebral iflic xəstəliyi olmaqla davamlı olaraq müalicəsi gedir və onun müalicəsi üçün xeyli xərc çəkməli olur. Həmçinin cavabdeh uşağın müalicəsinə heç vaxt köməklik etməmişdir. Uşağın saxlanılması ilə bağlı məhkəmədən əvvəl mediasiya müraciət etmişdir, lakin cavabdeh mediasiya gəlmədiyindən mübahisələrini mediasiya yolu ilə həll edə bilməmişlər. Odur ki, məhkəməyə müraciət edərək cavabdehdən bir nəfər Aydan adlı uşağın saxlanılmasından ötrü alimentin və uşağın müalicə xərcinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı 14 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək 01 dekabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 220 manat sabit pul məbləğində alimentin və 03 may 2004-cu il təvəllüdlü X5 müalicə xərcləri üçün 150 manatı pulun tutularaq, ona verilməsini xahiş etmişdir. O, bildirmişdir ki, İlyas Zeynallı nevroloji xəstəlikdən əziyyət çəkir, epillepsiya xəstəliyi vardır. Onun müalicə xərclrinə pul tələb olunur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını haqlı hesab edir. Həmin maddəyə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, 01 dekabr 2007-ci il təvəllüdlü X1, 21 iyun 2003-cü il təvəllüdlü X2 və 03 may 2004-cü il təvəllüdlü X6 atası Cavabdehdur. İlkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Uşaq Nevroloji Xəstəxanasının “Elektroensefaloqrafiya müayinəsi”ndən görünürki, 03 may 2004-cü il təvəllüdlü X9 epillepsiya xəstəliyindən əziyyət çəkir. İddia ərizəsindən görünür ki, İddiaçı aliment tələbi ilə məhkəməyə 18 iyul 2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, işin mübahisələndirlməyən hallarında göründüyü kimi, 01 dekabr 2007-ci il təvəllüdlü X3 və 03 may 2004-cü il təvəllüdlü X5 atasının Cavabdeh, anasının İddiaçı olması müəyyən olunur. Onlar İddiaçı himayəsində yaşayır. Aydan Zeynallı yetkinlik yaşına çatmamış, İlyas Zeynallı isə yetkinlik yaşına çatmışdır. Məhkəmə Aydan Zeynallının saxlanılması ilə bağlı qeyd edir ki, o, yetkinlik yaşına çatmamaışdır, uşağı saxlamaq, qayğısına qalmaq, onun maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Ona görə uşağın saxlanılmasında valideyn kimi o, da iştirak etməli və aliment ödəməlidir. Hal-hazırda iddiaçı uşaqların qayğısına qalır və işləmir. Odur ki, aliment öhdəliyi tamamilə atanın üzərinə qoyulmalıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ona görə də uşaqların ən az həmin həddə maddi təminat hüquqları vardır. Bununla belə məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən cavabdehin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları və onların əvvəlki təminatının saxlanılmasında valideynlərin hər ikisinin əvvəlki rolunu nəzərə alaraq, aylıq aliment məbləğinin hər ay bir uşaq üçün 200 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə əlavə xərclərə görə tələb olunan 150 manat alimentin tutulmasının mümkünlüyü məsələsini müzakirə edərək qeyd edir ki, Ailə Məcəlləsinin 81.1-ci maddəsinin tələbinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Maddənin tələbindən göründüyü kimi, yetkinlik yaşına çatmış uşaqlara görə valideynlər o halda əlavə xərclərə cəlb olunurlar ki, övlad əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış olsun. Hər iki şərt baxımından İlyas Zeynallı yetkinlik yaşına çatsa da, onin əmək qabiliyyətsiz olması barədə məhkəməyə sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə həmin hissədə tələbi əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 01 dekabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 200 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Alimentin tutulmasının başlanğıcı 18 iyul 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-2695/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2695/2023
13.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver