Məhkəmə qərarları › İş №2(050)-2755/2023

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-2755/2023

26.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-2755/2023 26.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Quliyev Ceyhun Əmir oğlu, İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı aliment məbləğinin dəyişdirilməsi tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı Cavabdeh və X4 qarşı aliment məbləğinin dəyişdirilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsində göstərilən qaydaya uyğun olaraq, xx.xx.2011-ci il təvəllüdlü bir uşağın saxlanılması üçün Cavabdeh xeyrinə aylıq qazancının ¼ hissəsi qədər aliment tutulması; xx.xx.2015-ci il təvəllüdlü X2 və X1 üçün X3 xeyrinə tutulan alimentin əvvəlki kimi aylıq qazancının 1/3 hissəsi qədər məbləğdə saxlanılması və həmin uşaqların saxlanılmasına onun maaşından Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.3-cü maddəsində göstərilən qaydaya uyğun olaraq əlavə 20 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə; İddia ərizəsindən görünür ki, iddiaçı Cavabdeh qarşı aliment məbləğinin dəyişdirilməsi (azaldılması), digər cavabdeh X4 qarşı isə azyaşlı uşaqlara qarşı tutulan alimentin məbləğinin artırılmasını xahiş edir. İddiaçı bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirmişdir. Bundan başqa, MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İddiaçı iş üzrə digər cavabdeh X4 qarşı azyaşlı uşaqlara görə tutulan alimentin məbləğinin artırılmasını xahiş edir. Halbuki, bunu qarşı tərəf irəli sürə bilər, iddiaçının artıq aliment ödəmək barədə istəyinin olmasına görə məhkəmə aktının olması tələb olunmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh və X4 qarşı aliment məbləğinin dəyişdirilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar