Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-276/2024 22.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə. İddiaçı Üzeyir qızının Cavabdeh qarşı aliment tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Üzeyir qızı Cavabdeh qarşı aliment tələbi barədə iddia qaldırmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə el adəti qaydasında ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2007-ci ildə X4, xx.xx.2008-ci ildə X6 və xx.xx.2013cü ildə X5 adlı üç uşaqları doğulmuşdur. Sonradan xasiyyətlərinin düz gəlmədiyindən ayrılmışlar. Cavabdeh ilə ayrıldıqdan sonra uşaqlar onun himayəsində qalmışlar. O, tək başına üç nəfər yetkinlik yaşma çatmayan uşağı böyüdüb saxlamaqda çətinliklər çəkir. Uşaqların gündəlik tələbatını qarşılamağa kömək etmək ata kimi cavabdehin də borcudur. Cavabdeh əmək qabiliyyətli olmaqla aylıq yaxşı gəlir əldə edir. Cavabdeh mediasiya prosesinə gəlmədiyindən mübahisəni orada həll etmək mümkün olmamışdır. Odur ki, xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X5 adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü hər ay hər bir uşağa 100 manat, üç uşağa görə 300 manat məbləğində alimentin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Üzeyir qızı məhkəməyə teleqram göndərərək, özü və uşaqları xəstə olduğu üçün məhkəmə iclasına gələ bilməyəcəyini, işə iştirakı olmadan baxılmasını və iddia tələninin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, xx.xx.2007-ci ildə X4, xx.xx.2008-ci ildə X6 və xx.xx.2013-cü ildə X5 anadan olmuşdur. Uşaqların anası İddiaçı Üzeyir qızı, atası Cavabdehdur. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. İşin hallarına əsasən tərəflər el adəti qaydasında ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2007-ci ildə X4, xx.xx.2008-ci ildə X6 və xx.xx.2013-cü ildə X5 adlı üç uşaqları doğulmuşdur. Tərəflər hal-hazırda ayrı, o cümlədən uşaqlar ananın yanında yaşayırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, tərəflər halhazırda ayrı yaşayırlar. Birgə nikahdan doğulmuş uşaqlar ananın himayəsindədir. İddiaçı uşaqların saxlanılması üçün aliment tələb edir. Azyaşlı uşaqları saxlamaq, qayğısına qalmaq, maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Ona görə uşaqların saxlanılmasında valideyn kimi o da iştirak etməli və aliment ödəməlidir. Azyaşlı uşaqlar ananın yanında saxlanıldığı üçün aliment tələbi təmin olunarkən, cavabdehin də maddi, ailə, sosial vəziyyəti nəzərə alınmalıdır. Lakin məhkəmə hər uşaq üçün 100 manat sabit pul məbləğində aliment tələb olunmasını, cavabdehin maddi vəziyyətinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2007-ci il təvəllüdülü X1, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər uşağa görə 100 manat, cəmi 300 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı Üzeyir qızına ödənilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın və qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-276/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-276/2024
22.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver