Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2825/2024 11.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X4 iştirakları ilə. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün onlar, yetkinlik yaşına çatana qədər cavabdehdən hər ay hər bir uşaq üçün 235 manat, cəmi 705 manat sabit pul məbləğinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər 2005-ci ildə el adəti ilə toy edib evlənmiş, nikahları xx.xx.2005-ci il tarixdə Masallı rayon İHB-nın Köhnə Alvadı kənd ərazi nümayəndəliyində 30 nömrə ilə qeydiyyata alınmışdır. Birgə yaşadıqları dövrdə xx.xx.2007-ci təvəllüdlü X7, xx.xx.2009-cü il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X10 adlı üç övladları olmuşdur. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)- 1505/2023 nömrəli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah qeydi ləğv edilmiş, uşaqlar onun himayəsində saxlanılmışdır. Hal-hazıradək cavabdeh uşaqlarına hər-hansı maddi-mənəvi dəstək göstərməmiş, onlarıyla ünsiyyət saxlamamışdır. Övladlarının sağlam böyüməsi üçün normal şəraitin yaradılması və onların ən zəruri ehtiyaclarının ödənilməsi üçün məsuliyyətdən yayınması səbəblərindən də o, cavabdehə qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə qərar vermişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, taksi sürücüsü işləyir və təsərrüfatı vardır. Lakin o uşaqları normal həyat şəraiti ilə təmin etmək üçün kifayət qədər maddi təminata sahib deyildir. Buna görə də cavabdehdən aliment tələb edir. İddianının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Bakı şəhərində marketlərdən birində işlədiyini, lakin aldığı əmək haqqının onun özünə kifayət etmədiyini bildirmişdir. Onu da qeyd etmişdir ki, o övladlarını atmayıbdır. Aliment vermək istəyər. Məhkəmədən onun əmək haqqına münasibətdə ədalətli bölgü aparıb, qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili X8 bildirdi ki, iddiaçı xəstədir və acınacaqlı vəziyyətdədir. Onun alimenti ödəməyə imkanı yoxdur. İddianın rədd olunmasını xahiş edir. İş materiallarında olan: Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, xx.xx.2007-ci ildə X7, xx.xx.2009-cu ildə X3 və xx.xx.2012-ci ildə X10 anadan olmuşdur. Masallı Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 2(050)-1505/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh və cavabdeh İddiaçı arasında bağlanmış 02 sentyabr 2005-ci il tarixli, 30 saylı nikah akt qeydinin pozulması, 26 aprel 2007-ci il təvəllüdlü X7, 10 iyul 2009-cu il təvəllüdlü X3 və 04 yanvar 2012-ci il təvəllüdlü X10 ataları İddiaçı yanında saxlanılması qət edilmişdir. 25 mart 2024-cü il tarixli, ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı aliment tələbi ilə məhkəməyə 15 avqust 2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin faktiki və mübahisələndirilməyən hallarına əsasən xx.xx.2007-ci il təvəllüdü X5, xx.xx.2009-cü il təvəllüdü X3 və xx.xx.2012-ci il təvəllüdü X6 atasının İddiaçı, anasının Cavabdeh olması müəyyən olunur. Uşaqlar İddiaçı himayəsində yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin hallarından və tərəflərin izahatından göründüyü kimi, ailə münasibətlərinin pozulması gününə qədər ailənin saxlanılmasında cavabdeh də iştirak etmişdir. Təsərrüfata kömək etməklə maddi təminatı o da ödəmişdir. Aliment öhdəliyində məqsəd, uşağın əvvəlki yaşayış səviyyəsinin saxlanılmasıdır. Ona görə də hal-hazırda uşaqların aliment öhdəliyi cavabdeh tərəfindən yerinə yetirilməlidir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ona görə də uşaqların ən az həmin həddə maddi təminat hüquqları vardır. Bununla belə məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, onların hər ikisinin işləməsini və qazanc əldə etmələrini, diqqətəlayiq olan digər halları, uşaqların əvvəlki təminatının saxlanılmasında valideynlərin hər ikisinin əvvəlki rolunu nəzərə alaraq, həmçinin cavabdehin aylıq gəlirinin olmasını nəzərə alaraq, aylıq aliment məbləğinin hər ay hər uşaq üçün 70 manat, cəmi 210 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşağa görə 70 (yetmiş) manat, cəmi 210 (iki yüz on) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq, İddiaçı ödənilsin. Alimentin tutulması 15 avqust 2024-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-2825/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2825/2024
11.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver