Məhkəmə qərarları › İş №2(050)-3139/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3139/2023

19.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3139/2023 19.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahlarından dünyaya gəlmiş 01 noyabr 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 220 (iki yüz iyirmi) manat məbləğində sabit alimentin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə aralarında 16 avqust 2017-ci il tarixdə Masallı Rayon Qeydiyyat Şöbəsi tərəfindən 112 saylı nikahları qeydə alınmışdır. Birgə nikahlarından 01 noyabr 2018-ci il təvəllüdlü X5 adlı bir nəfər uşaqları anadan olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyinə görə bir yerdə yaşamaqları baş tutmamış və aralarında olan nikah əlaqələri faktiki olaraq neçə ildir kəsilmişdir. Birgə təsərrüfatı idarə etmirlər. O, zorakılığa dözməyərək atasının evinə geri qayıtmaq qərarına gəlmişdir. Azyaşlı Rüfətin boya-başa çatmasında, onun yaxşı təhsil almasında tək ana kimi əziyyət çəkir. Cavabdeh isə bir valideyn olaraq övladının böyüməsində maddi və mənəvi kömək etmir. Halbuki, cavabdeh Kazaxstan Respublikasında sahibkarlıqla məşğuldur və kifayət qədər yaxşı qazancı vardır. Ona görə də məhkəmədən azyaşlı Rüfətin yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 220 manat aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, o, məhkəməyə gəlməmişdir. Lakin, cavabdehin istifadəsində olan mobil telefonla (votçapla) əlaqə saxlanılarkən o, hazırda Kazaxstan Respublikasında olduğunu, iddianı qəbul etdiyini və azyaşlı uşağı Rüfət üçün qanunla müəyyən edilmiş məbləğdə aliment ödəməyə hazır olduğunu bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında Masallı Rayon Qeydiyyat Şöbəsi tərəfindən bağlanmış 16 avqust 2017-ci il tarixli, 112 saylı nikah qeydi vardır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahdan 01 noyabr 2018-ci ildə X5 adlı uşaqları doğulmuşdur. X1 tərəfindən təsdiqlənmiş 16 iyun 2023-cü il tarixli, MŞB/11/2023-01033 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə məlumatlandırılmasına baxmayaraq mediasiya sesiyasında iştirak etməmişdir. Məhkəmə iddiaçını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideyinlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideyinlərdən məhkəmə qaydasında tutulur. 76.1 və 76.1.1-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm,dəyişən olarsa,ya qazancının hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimet valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə asasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları- onlara əsas qayğı obyektidir. Beləliklə, məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, uşaqların saxlanmasında valideynlərin bərabər vəzifələrinin olmasını nəzərə alaraq belə hesab edir ki, iddia təmin edilməklə tərəflərin birgə nikahdan 01 noyabr 2018-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 24 avqust 2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli və qətnamə Azərbaycan Respublikası MPM-nin 234.2 və 234.2.1-ci maddələrinə əsasən dərhal icra olunmalıdır. Belə ki, həmin maddələrin tələbinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Eyni Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh dövlət rüsumuna görə 46 (qırx altı) manat 40 qəpik tutulub dövlət büdcəsinə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75,76,78-ci, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Tərəflərin birgə nikahdan 01 noyabr 2018-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 24 avqust 2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Qətnamə həmin hissədə dərhal icra olunsun. Həmçinin, Cavabdeh dövlət rüsumuna görə 46 (qırx altı) manat 40 qəpik tutulub dövlət büdcəsinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar