Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3283/2025 03.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 mart 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Masallı Rayon Məhkəməsinin 24 avqust 2017-ci il tarixli, 2(050)- 3250/2017 saylı qətnaməsi və Masallı Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, 8(050)-177/2025 saylı qərardadı ilə təyin edilmiş alimentin məbləğinin azaldılması, sonrakı artımlar nəzərə alınmaqla, minimum əmək haqqının 0,3 misli miqdarında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Masallı Rayon Məhkəməsinin 24 avqust 2017-ci il tarixli, 2(050)-3250/2017 saylı qətnaməsi ilə Rusiya Federasiyasının Perm Vilayətində 29 mart 2014-cü ildə doğulmuş X9 adlı uşağın atası olması müəyyən edilmiş və ondan 21 iyul 2017-ci il tarixdən başlayaraq həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Masallı Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, 8(050)-177/2025 saylı qərardadı ilə isə Cavabdeh ərizəsi təmin edilərək, məhkəmənin 24 avqust 2017-ci il tarixli 2(050)-3250/2017 saylı qətnaməsi ilə iddiaçıdan tutulan 29 mart 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136 manat sabit pul məbləğində alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,17 misli həddində indeksasiya olunması qərara alınmışdır. O, sonradan X13 ilə rəsmi nikah bağlamadan faktiki ailə həyatı qurmuşdur. Bu faktiki nikahdan 12 avqust 2018-ci il təvəllüdlü X7, 20 sentyabr 2019-cu il təvəllüdlü X8, 11 noyabr 2021-ci il təvəllüdlü X10 və X14 adlı dörd övladı doğulmuşdur. Hazırda həmin uşaqlar onunla birlikdə yaşayır və onların bütün tələbatlarını özü qarşılayır. Məhkəmənin yuxarıda göstərilən qərardadından sonra minimum əmək haqqının artırılması ilə əlaqədar alimentin indeksləşdirilmiş hazırkı məbləği 468 manat (1,17 x 400 = 468) təşkil edir. Bir uşağın saxlanılması üçün bu məbləği hər ay ödəməsi onun maddi vəziyyəti baxımından mümkün deyildir. O, daimi iş yeri olmayan, günəmuzd fəhləliklə ailəsini dolandıran şəxsdir və belə işlər də, hər zaman olmur. Bundan əlavə, himayəsində olan dörd azyaşlı uşağın da, saxlanılması onun üzərinə düşür. Bu hal alimentin hazırkı məbləğinin nə onun, nə də, onunla yaşayan uşaqların mənafeyinə uyğun olmadığını göstərir. Yuxarıda göstərilən halları nəzərə alaraq, alimentin azaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.
Tərəflərin izahatları:
3. Məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə baxışı iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən edərək bildirmişdir ki, ailə qurarkən iddiaçı satıcı işləmişdir, lakin sonradan iki mağazası olmuşdur. Hal-hazırda bildiyi qədər mağazasının biri bağlanmışdır. İddiaçı ikinci nikahdan olan dörd uşağını saxlaya bilirsə deməli bir uşağını da, saxlaya bilər. Ata kimi də, uşağı saxlamaq iddiaçının vəzifəsidir. 2017-ci ilədək uşağı onun atası saxlayıb, iddiaçı isə maddi cəhətdən heç bir köməklik göstərməmişdir. Hazırda uşağı dörd fənndən “Uğur” kursuna gedir və aylıq 110 manat təhsil haqqı ödəyir, əlavə olaraq musiqi kursuna gedir. Uşaq böyüdükcə uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Qeyd olunanlara əsasən alimentin azaldılaraq 300 manat həcmində müəyyən olunmasına etiraz etmədiyini bildirmişdir.
İş materialları:
5. Masallı Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli 8(050)-177/2025 saylı qərardadından görünür ki, ərizə təmin edilərək, Masallı Rayon Məhkəməsinin 24 avqust 2017-ci il tarixli, 2(050)-3250/2017 saylı qətnaməsi ilə İddiaçı tutulan 29 mart 2014-cü il təvəllüdlü X11 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 136 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,17 misli həddində indeksasiya olunması qərara alınmışdır.
6. Masallı regional “ASAN xidmət” mərkəzinin notarius tərəfindən təsdiq edilmiş V-AK seriyalı 800585 nömrəli doğum haqqında şəhadətnamənin tərcümə edilmiş surətindən görünür ki, X11 29 mart 2014-cü il tarixdə Rusiya Federasiyası, Perm diyarı, Lısva şəhərində anadan olmuşdur. Atası qrafasında İddiaçı, anası qrafasında Cavabdeh qeyd edilmişdir.
7. Masallı regional “ASAN xidmət” mərkəzinin notarius tərəfindən təsdiq edilmiş İ-AK seriyalı 715279 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin tərcümə edilmiş surətindən görünür ki, X4 12 avqust 2018-ci ildə doğulmuş X2 atası İddiaçı hesab müəyyən edilmişdir.
8. Masallı regional “ASAN xidmət” mərkəzinin notarius tərəfindən təsdiq edilmiş İV- AK seriyalı 808479 nömrəli doğum haqqında şəhadətnamənin tərcümə edilmiş surətindən görünür ki, X7 12 avqust 2018-ci il tarixdə Rusiya Federasiyası, Sankt-Peterburq şəhərində anadan olmuşdur. Atası qrafasında İddiaçı, anası qrafasında X13 qeyd edilmişdir.
9. Masallı regional “ASAN xidmət” mərkəzinin notarius tərəfindən təsdiq edilmiş İ-AK seriyalı 689975 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin tərcümə edilmiş surətindən görünür ki, X4 20 sentyabr 2019-cu ildə doğulmuş X3 atası İddiaçı müəyyən edilmişdir.
10. Masallı regional “ASAN xidmət” mərkəzinin notarius tərəfindən təsdiq edilmiş İV- AK seriyalı 897969 nömrəli doğum haqqında şəhadətnamənin tərcümə edilmiş surətindən görünür ki, X8 20 sentyabr 2019-cu il tarixdə Rusiya Federasiyası, Sankt-Peterburq şəhərində anadan olmuşdur. Atası qrafasında İddiaçı, anası qrafasında X13 qeyd edilmişdir.
11. Masallı regional “ASAN xidmət” mərkəzinin notarius tərəfindən təsdiq edilmiş İ- AK seriyalı 715274 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin tərcümə edilmiş surətindən görünür ki, X4 11 noyabr 2021-ci ildə doğulmuş X6 atası İddiaçı müəyyən edilmişdir.
12. Masallı regional “ASAN xidmət” mərkəzinin notarius tərəfindən təsdiq edilmiş İV- AK seriyalı 791341 nömrəli doğum haqqında şəhadətnamənin tərcümə edilmiş surətindən görünür ki, X10 11 noyabr 2021-ci il tarixdə Rusiya Federasiyası, Sankt-Peterburq şəhərində anadan olmuşdur. Atası qrafasında İddiaçı, anası qrafasında X13 qeyd edilmişdir.
13. Masallı regional “ASAN xidmət” mərkəzinin notarius tərəfindən təsdiq edilmiş İ- AK seriyalı 731267 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin tərcümə edilmiş surətindən görünür ki, X4 06 mart 2024-cü ildə doğulmuş X12 atası İddiaçı müəyyən edilmişdir.
14. Masallı regional “ASAN xidmət” mərkəzinin notarius tərəfindən təsdiq edilmiş Vİ- AK seriyalı 549614 nömrəli doğum haqqında şəhadətnamənin tərcümə edilmiş surətindən görünür ki, X14 06 mart 2024-cü il tarixdə Rusiya Federasiyası, Sankt-Peterburq şəhərində anadan olmuşdur. Atası qrafasında İddiaçı, anası qrafasında X13 qeyd edilmişdir.
15. Masallı RİHB-nın Böyük Kolatan kənd iəd üzrə nümayəndəliyinin 18 avqust 2025-ci il tarixli arayışdan görünür ki, Bağırov X5 rayonu, Böyük Kolatan kəndində yaşayır və aşağdakı tərkibdə ailə üzvləri vardır: X13 – arvadı; X11 – qızı; X7 – qızı; X8 – qızı; X10; X14.
16. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 29 avqust 2025-ci il tarixli, MŞM/MT036/2025-00823 nömrəli arayışdan görünür ki, 29 avqust 2025-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında İddiaçı nümayəndəi X16 iştirak etmiş, Cavabdeh iştirak etməmiş, mediasiya prosesini davam etdirmək mümkün olmamışdır. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat rüsum və 10 manat poçt xərci ödəmişdir.
İşin faktiki halları:
17. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından 29 mart 2014-cü il təvəllüdlü X11 anadan olmuşdur. Tərəflərin nikahı pozulmuşdur. Masallı Rayon Məhkəməsinin 8(050)-177/2025 saylı, 26 may 2025-ci il tarixli qərardadına əsasən ərizə təmin edilərək, Masallı Rayon Məhkəməsinin 2(050)-3250/2017 saylı, 24 avqust 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı tutulan 29 mart 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 136 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,17 misli həddində indeksasiya olunması qərara alınmışdır. İddiaçı ikinci dəfə ailə qurmuş və həmin nikahdan 12 avqust 2018-ci il təvəllüdlü X7, 20 sentyabr 2019-cu il təvəllüdlü X8, 11 noyabr 2021-ci il təvəllüdlü X10 və 06 mart 2024-cü il təvəllüdlü X14 adlı uşaqları doğulmuşdur. Hazırda ata uşağın saxlanılması üçün müəyyən edilmiş 468 manat məbləğində alimenti ödəməkdə çətinlik çəkdiyi üçün məhkəmə tərəfindən təyin olunmuş aliment məbləğinin azaldılması ilə bağlı iddia qaldırmışdır.
Tətbiq edilən hüquq:
18. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
19. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
20. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
21. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının: 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.7-ci bəndinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 8.12-ci bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
22. "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamı: 2025-ci il üçün minimum əmək haqqı 400 manat məbləğində müəyyən edilmişdir.
23. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı: 1.2.1-cü bəndinə əsasən 8.11-ci bəndə əsasən aşağıdakı məzmunda 8.11-1-ci yarımbənd əlavə edilmişdir: “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” 1.2.4-cü bəndə əsasən 8.13-cü bəndin birinci cümləsi ikinci cümlə hesab edilmiş və həmin bəndə aşağıdakı məzmunda birinci cümlə əlavə edilmişdir: “Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4- 1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır.”; 1.2.5. 8.14-cü bənddə “dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən)” sözləri “azaldılarkən” sözü ilə, “dəyişdirilmiş” sözü “azaldılmış” sözü ilə əvəz edilsin.
Məhkəmə baxışının hədləri:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
25. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
26. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi:
27. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
28. Göründüyü kimi, ailə qanunvericiliyi aliment miqdarı müəyyən olunduqdan sonra alimentin dəyişdirilməsi imkanını tərəflərin ailə və maddi vəziyyətində baş verən dəyişikliklə əlaqələndirmişdir. Tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik özündə tərəflərin ailə tərkibinin sayını, eləcə də qazancında baş verən dəyişikliyi ehtiva edir. O da, nəzərə alınmalıdır ki, hər kəs qanunvericilikdə nəzərdə tutulmuş şərtlər çərçivəsində ondan (qanundan) irəli gələn hüququn daşıyıcısı olmaqla qanuni gözlənti hüququna malikdir. Bu baxımdan, hər bir şəxsin məhkəmə müdafiəsi hüququndan yararlanarkən qanunvericinin verdiyi imkan daxilində hüquqlarının təmin olunmasına münasibətdə etimad hüququ qorunmalıdır. Həmçinin, qanunvericilik aliment tutularkən ilk növbədə uşağın mənafeyinin, onun təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyi vurğulayır.
29. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də, qiymət verilməlidir. Bu göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
30. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşağın mənafeyini, işin faktiki hallarını, həmçinin cavabdehin mənafeyini nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə tutulan alimentin miqdarı azaldılmalıdır.
31. Belə ki, iddiaçının ikinci nikahdan məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməsə də, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını, lakin uşağın saxlanması üçün müəyyən edilmiş alimentin minimum dolanacaq xərclərindən xeyli artıq olmasını, eyni zamanda iddiaçının ikinci nikahdan olan uşaqlarının da, minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını nəzərə alaraq hesab edir ki, 29 mart 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan Masallı Rayon Məhkəməsinin 8(050)-177/2025 saylı, 26 may 2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı azaldılmalı, İddiaçı 29 mart 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir.
32. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.14-cü bəndinə əsasən azaldılmış alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Ona görə məhkəmə hesab edir ki, azaldılan aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Məhkəmə xərcləri:
33. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən və iddiaçı tələb etmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 76,16 manat dövlət rüsumu İddiaçı aid edilməlidir.
Nəticə:
34. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 29 mart 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Masallı Rayon Məhkəməsinin 8(050)-177/2025 saylı, 26 may 2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı azaldılmalı, qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq İddiaçı 29 mart 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir.
35. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia qismən təmin edilsin. 29 mart 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Masallı Rayon Məhkəməsinin 8(050)-177/2025 saylı, 26 may 2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı azaldılsın. Qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq İddiaçı 29 mart 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elşən Hüseynov