Məhkəmə qərarları › İş №2(050)-337/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-337/2024

05.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-337/2024 05.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia qaldırmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə nigahlarını 04 oktyabr 1995-ci ildə rəsmi bağlamışlar. Birgə yaşadığları müddətdə dörd uşaqları olmuşdur. Uşaqlardan 09 may 2010-cu ildə anadan olmuş X2 istisna olmaqla, digər övladları yetkinlik yaşına çatmışdır. Hazırda xasiyyətləri düz gəlmədiyinə görə ayrılmışlar. Cavabdeh uşağın saxlanılması üçün ona aliment vermir. Uşağın saxlanılması üçün çətinlik çəkir. Cavabdeh onun himayəsində qalmış, uşaqların saxlanması üçün ona heç bir maddi köməklik göstərməmiş, aliment ödəməmişdir. Cavabdeh polis əməkdaşıdır. Ona görə də onun aylıq qazancının ¼ hissəsinin aliment kimi tutulması və iddiaçıya ödənilməsi xahiş olunur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, Cavabdeh məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, Astara rayonu polis şöbəsində təhqiqatçı vəzifəsində işləyir. İddianı qismən qəbul edir, hər ay 150 manata qədər aliment ödəyə bilər. Onun digər evliliyindən də iki övladı vardır, onlardan biri tələbədir, xaricdə təhsil alır. O, uşağına hər ay 100-150 manat arası maddi yardım edir. Qeyd olunanlara əsasən maddi vəziyyətinin nəzərə alınmasını və aşağı həddə aliment təyin olunmasını xahiş etmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında bağlanmış nikah 04 oktyabr 1995-ci ildə, 06 nömrə ilə qeydiyyata alınmışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki X2 09 may 2010-cu ildə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarından görünür ki, cavabddeh mediyasiya prosesində iştirak etməmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında olan nikah pozulmalıdır. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, azyaşlı uşaqları saxlamaq, qayğısına qalmaq, maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Ona görə uşaqların saxlanılmasında valideyn kimi o da iştirak etməli və aliment ödəməlidir. Azyaşlı uşaqlar ananın yanında saxlanıldığı üçün aliment tələbi təmin olunarkən, cavabdehin də maddi, ailə, sosial vəziyyəti nəzərə alınmalıdır. Cavabdehin izahatından göründüyü kimi, o, polis şöbəsində təhqiqatçı vəzifəsində işləməklə hər ay sabit əmək haqqı alır. Belə olan halda, iddiaçı Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq aliment tələb etməkdə haqlıdır. Odur ki, cavabdehin aylıq və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməlidir. Nikahın pozulması zamanı tərəflər birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi ilə bağlı tələb irəli sürməmişlər, məhkəmə izah edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9.-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 09 may 2010-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulması 04 dekabr 2023-cü il tarixdən hesablansın və qətnamə dərhal icra edilsin. Tərəflərə nikah pozulduqdan sonra 3 il müddətində birgə nikah dövründə əldə olunmuş əmlakın bölüşdürülməsi barədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar