Məhkəmə qərarları › İş №2(050)-3411/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3411/2023

03.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3411/2023 03.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı atalığa dair mübahisənin açılması tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 22 iyul 2011-ci ildə doğulmuş Əli Məmmədovun atasının Cavabdeh olmaması müəyyən edilsin və doğum akt qeydində soyadının Məmmədov, ata qrafasında ata adının Cavabdeh yazılması barədə qeydin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Cavabdehla rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahlarından Fatimə və Əli adlı uşaqları dünyaya gəlmişdir. Münasibətləri pozulduğundan 2011-ci ildə nikahları məhkəmə qaydasında pozulmuşdur. Lakin münasibətləri 2011-ci ildən əvvəl pozulmuş, o, cavabdehdən faktiki olaraq məhkəmədən 2 il əvvəl valideyinləri birlikdə yaşayır. Birgə nikahları dövründə həyatında başqa bir adam olmuşdur. Həmin adamla o, ər-arvad münasibətində olmuşlar. Münasibətdə olduqlarından sonra oğlu Əliyə hamilə qalmışdır. Onun başqa adamla münasibətinin olmasını heç kim bilməmişdir. Cavabdehin ümumiyyətlə ondan xəbəri olmamışdır. Doğuş ağır keçdiyindən o, uzun müddət xəstəxanada komada qalmışdır. Onun məlumatı olmadan cavabdeh xəstəxanaya gəlmiş və uşağın atası kimi bütün rəsmi sənədlərdə öz adını qeyd etdirmişdir. Uşaq doğulandan bir müddət sonra nikahları məhkəmə qaydasında pozulmuş və uşaq onun himayəsində saxlanılmışdır. Cavabdeh ondan ayrıldıqdan sonra ailə həyatı qurmuş və həmçinin iddiaçı da Türkiyyə Respublikasının vətəndaşı ilə rəsmi nikaha daxil olmuşdur. O, X1 atasının Cavabdeh olmaması barədə cavabdehə bildirmiş, cavabdeh ilk öncə inanmaq istəməmiş və sonradan araşdırma apararaq onun dediklərinin həqiqət olduğunu öyrənmişdir. Mediasiya sessiasında cavabdehdə uşağın atasının o, olmamasını qəbul etdi və doğum akt qeydində ata qrafasından onun adının çıxarılmasına etiraz etmədiyini bildirdi və bu barədə barışıq sazişini imzaladı. Atalığa, analığa dair mübahisələr məhkəmə qaydasında həll edildiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərərək, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək bildirdi ki, Əli Məmmədovun atası o, deyildir. Belə ki, bununla bağlı araşdırma aparmış, evli olduqları dövrdə cavabdehin başqa şəxslə də münasibətinin olduğunu öyrənmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nikah haqqında şəhadətnamədən görünür ki, X5 (Əhədova) Aynur Fərasət qızı ilə nikahlarını xx xxxxx 1990-cı il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. Masallı rayon Qeydiyyat Şöbəsinin 28 avqust 2023-cü il tarixli, 3-16-5/8-143-2023 saylı məktubdan məlum olur ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 47-ci maddəsinə əsasən doğum haqqında şəhadətnamədə valideyn barədə qeyd haqqında mübahisənin yalnız məhkəmə yolu ilə həll edilə bilməsi səbəbindən müraciətdən imtina edilmişdir. xx.xx.2023-cü il tarixli, MŞM/MT 036/2023-00004 saylı barışıq sazişindən görünür ki, tərəflər İddiaçı və Cavabdeh, uşaq X1 atasının həqiqətən Cavabdeh olmadığını etiraf edirlər. X2 doğum haqqında şəhadətnamədə verilərkən uşağın atasının Cavabdeh olmaması barədə Cavabdeh məlumatı olmamışdır. Şəxsiyyət vəsiqəsinin surətlərdən görünür ki, X3 22 iyul 2011-ci ildə doğulmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1 və 45.2.-ci maddələrinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2. və 46.3-cü maddələrinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda, uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 47.1.-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdehla rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahlarından Fatimə və Əli adlı uşaqları dünyaya gəlmişdir. Münasibətləri pozulduğundan 2011-ci ildə nikahları məhkəmə qaydasında pozulmuşdur. Lakin münasibətləri 2011-ci ildən əvvəl pozulmuşdur. Birgə nikahları dövründə həyatında başqa bir adam olmuşdur. Həmin adamla o, ər-arvad münasibətində olmuşlar. Münasibətdə olduqlarından sonra oğlu Əliyə hamilə qalmışdır. Onun başqa adamla münasibətinin olmasını heç kim bilməmişdir. Daha sonradan iddiaçı uşağın atasının Cavabdeh olmamasını etiraf etmiş, cavabdeh də bu halı təsdiq etmişdir. Belə olan halda, iddia əsaslı hesab edilməli və 22 iyul 2011-ci ildə təvəllüdlü X1 atasının Cavabdeh olmaması müəyyən edilərək, doğum akt qeydində soyadının Məmmədov, ata qrafasında ata adının Cavabdeh yazılması barədə qeyd ləğv olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə, qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, tərəflərin izahatları ilə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutuaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 22 iyul 2011-ci ildə təvəllüdlü X1 atasının Cavabdeh olmamasına görə doğum akt qeydində ata adının Cavabdeh yazılması barədə qeyd ləğv olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet vasitəsi ilə) Masallı rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar