Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3544/2024 03.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilmiş işin halları: Cavabdeh ona qarşı “nikahın pozulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Rusiya Federasiyası Orenburq vilayətinin Sakmara Rayon Məhkəməsinin 02- 15xx/xx/2024 saylı, 05 iyul 2024-cü il tarixli (hakim: A.B.Barışev) Qiyabi Qətnaməsi ilə iddia təmin edilərək, iddiaçı ilə Cavabdeh arasında Rusiya Federasiyası Orenburq vilayətinin Çelyabensk şurasının bələdiyyə İdarəsində 33 nömrəli akt qeydi ilə 10 dekabr 2011-ci il tarixə bağlanmış nikah qeydinin pozulması qət edilmişdir. Qeyd edir ki, o, cavabdeh ilə nikaha daxil olandan sonra, Rusiya Federasiyası, Orenburq vilayəti, Orenburq rayonu, İnternasionalnaya küçəsi, ev 15 ünvanında fərdi yaşayış evini inşa etmişlər və həmin evdə 2015-ci ilədək birlikdə yaşamışlar. Birgə nikahdan xx xxxxxx 2012-ci il təvəllüdlü Maraqlı şəxs İsaq qızı anadan olmuşdur. Bundan sonra, 2015-ci ildə o, qızı Maraqlı şəxs ilə Azərbaycan Respublikasına qayıdıb, Masallı rayonu, Təzə Alvadı kəndində yaşamağa davam etmiş, cavabdeh Rusiya Federasiyasında işlədiyi üçün onlarla Azərbaycana gəlməmişdir. Lakin cavabdeh hər il bir və ya bir neçə dəfə Masallı rayonu, Təzə Alvadı kəndinə gələrək, bir müddət (hər gəlişdə 3 ay) onlarla birlikdə yaşayıb yenidən Rusiya Federasiyasına qayıtmışdır. Bu ilin mart ayının əvvəlində Masallı rayonu, Təzə Alvadı kəndində birgə yaşadıqları fərdi yaşayış evində, aralarında mübahisə olmuş və həmin ay cavabdeh Rusiya Federasiyasına qayıtmışdır. Bundan sonra, cavabdeh onunla əlaqə saxlayıb, uşaqla maraqlanmamışdır və onun saxlanılması üçün heç bir maddi kömək göstərməmişdir. Daha sonra, yay aylarında ona məlum olmuşdur ki, cavabdeh ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış nikahın pozulmasını xahiş etmişdir və məhkəmənin qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, hazırda qiyabi qətnamə qanuni qüvvəsini almışdır. Cavabdehə aliment tələbi ilə əlaqədar mediasiyanın tətbiqinə və mediasiya prosesinin istədiyi Mediator tərəfindən aparılmasına dair poçt vasitəsi ilə təklif ünvanlamışdır. Lakin cavabdeh təklifinə heç bir münasibət bildirmədiyindən, qanunvericilikdə nəzərdə tutulmuş 10 gün müddətindən sonra Masallı 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Təyin edilmiş Mediasiya şurasının üzvü, X1 ilkin mediasiya sessiyasının keçirildiyi tarixi, vaxtı və yeri barədə cavabdehə bildirsə də, cavabdeh xx.xx.2024-cü il tarixində, saat 15:30-a təyin edilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bununla bağlı “İlkin mediasiya sessiyalarında iştirak edilməməsi barədə” MŞM/MT-036/2024-00627 nömrəli, 08 avqust 2024-cü il tarixli Arayış verilmişdir. İddiaçının tələbi: Cavabdeh xx xxxxxx 2012-ci il təvəllüdlü Maraqlı şəxs yetkinlik yaşına çatanadək saxlanılması üçün 2024-cü ilin mart ayından başlayaraq, hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat məbləğində xərclər tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.2012-ci ildə doğulmuşdur. Uşağın atası Cavabdeh, anası İddiaçıdır. Rusiya Federasiyası Orenburq vilayətinin Sakmara rayon Məhkəməsinin 02- 15xx/xx/2024 saylı, xx.xx.2024-cü il tarixli Qiyabi Qərarından görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2011-ci ildə qeydə alınmış nikahı pozulmuşdur. xx.xx.2024-cü il tarixli, MŞM/MT036-2024-00627 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməmə barədə” arayışdan görünür ki, ilkin mediasiya sessiyasından sonra proses davam etdirilməmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, İddiaçı rəsmi iş yeri yoxdur. İddia ərizəsindən görünür ki, İddiaçı aliment tələbi ilə məhkəməyə 17 oktyabr 2024-cü il tarixdə müraciət etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan Sabit pul məbləğində və ya eyni zamanda həm Sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il Qərarı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarı. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında 28 mart 2016-cı il tarixli Qərarı. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia ərizəsi ilə müəyyən edilmişdir ki, tərəflər rəsmi nikah münasibətlərinə daxil olmaqla birgə yaşamışlar və birgə yaşadıqları dövrdə xx.xx.2012-ci il təvəllüdlü Maraqlı şəxs anadan olmuşdur. İşin faktiki və mübahisələndirilməyən hallarına əsasən xx.xx.2012-ci il təvəllüdlü Maraqlı şəxs atasının Cavabdeh, anasının İddiaçı olması müəyyən olunur. O, İddiaçı himayəsində yaşayır. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, uşağı saxlamaq, qayğısına qalmaq, onun maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Ona görə uşağın saxlanılmasında valideyn kimi o, da iştirak etməli və aliment ödəməlidir. Hal-hazırda iddiaçı uşağın qayğısına qalır və işləmir. Odur ki, aliment öhdəliyi tamamilə atanın üzərinə qoyulmalıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ona görə də uşağın ən az həmin həddə maddi təminat hüquqları vardır. Bununla belə məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən cavabdehin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları, Aliyə adlı uşağın əvvəlki təminatının saxlanılmasında valideynlərin hər ikisinin əvvəlki rolunu nəzərə alaraq, aylıq aliment məbləğinin hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Qanunvericiliyin tələbinə əsasən iddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etdiyi üçün alimentin tutulması həmin tarixdən hesablanmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü Maraqlı şəxs yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, bir uşağa görə 200 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq, İddiaçı verilsin. Alimentin tutulmasının başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın, aliment tələbinə dair hissədə qətnamə dərhal icra edilsn. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-3544/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3544/2024
03.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver