Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3570/2025 24.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ İş № 2(050)-3570/2025 24 noyabr 2025-ci il Masallı şəhəri Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü qızı Aylin Rzayevanın yetkinlik yaşına çatanadək saxlanılması üçün Masallı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(050)-2136/2014 saylı qətnaməsi və Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(050)-254/2025 saylı qərardadı ilə təyin edilmiş alimentin məbləğinin azaldılması, sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0.25 misli miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli, 2(050)-2136/2014 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü qızı Aylin Rzayevanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 103 manat sabit pul məbləğində alimentin ondan alınıb Cavabdeh verilməsi qət edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(050)-254/2025 saylı qərardadı ilə isə Cavabdeh ərizəsi təmin edilərək məhkəmənin xx.xx.2014-cü il tarixli, 2(050)-2136/2014 saylı qətnaməsi ilə ondan tutulan xx.xx.2012-ci il təvəllüdlü qızı Aylin Rzayevanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 103 manat sabit pul məbləğində aliment məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.98 misli həddində indeksasiya olunması qərara alınmışdır. O, sonradan X4 ilə nikahını rəsmi qeyd etdirmədən faktiki ailə həyatı qurmuşdur. Onunla faktiki evliliklərindən xx.xx.2016-cı il təvəllüdlü Rzayev Rasif və xx.xx.2017-ci il təvəllüdlü Rzayev Vasif adlı 2 uşağı doğulmuşdur. Hazırda həmin uşaqlar onunla birlikdə yaşayırlar. Məhkəmənin yuxanda göstərilən qərardadından sonra isə minimum əmək haqqı ilə indeksləşdirilmiş alimentin hazırkı məbləği 392 manat (0.98x400=392) təşkil edir. Bir uşağın saxlanılması üçün onun hər ay bu qədər məbləği ödəməyi imkansızdır. Günəmuzd işlərdə fəhlə işləməklə ailəsini saxlayır ki, belə işlər də həmişə olmur. Daimi iş yeri və sabit əmək haqqı yoxdur. Bundan başqa onunla yaşayan 2 övladı da onun himayəsindədir ki, onları da saxlamaq borcudur. Bu isə alimentin minimum əmək haqqı ilə indeksləşdirilmiş məbləğinin nə onun, nə də onunla yaşayan 2 uşağının mənafeyinə uyğun deyildir. Bütün bunlar alimentin azaldılması zərurətinin olmasını göstərir. Məhkəmə alimentin məbləğini təyin etdikdən sonra ailə vəziyyətində dəyişiklik baş vermiş, yəni başqa bir qadınla olan nikahından iki uşağı doğulmuşdur. Alimentin indeksləşdirilmiş məbləği isə həddindən artıq çox olmaqla, icra etməyi maddi imkanları xaricindədir. Qanunvericiliyin tələbinə əsasən isə bu xüsusat alimentin məbləğinin azaldılması üçün əsasdır. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq, iddiaçının ona qarşı alimentin azaldılması tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazı onunla əsaslandırmışdır ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(050)-2136/2014 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü qızı Aylin Rzayevanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 103 manat sabit pul məbləğində alimentin iddiaçıdan alınıb ona verilməsi qət edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(050)-254/2025 saylı qərardadı ilə isə ərizəsi təmin edilərək məhkəmənin xx.xx.2014-cü il tarixli, 2(050)-2136/2014 saylı qətnaməsi ilə iddiaçıdan tutulan xx.xx.2012-ci il təvəllüdlü qızı Aylin Rzayevanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 103 manat sabit pul məbləğində alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.98 misli həddində indeksasiya olunması qərara alınmışdır. İddianı qəbul etmir və iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İddiaçının qaldırdığı iddia tələbi belə düzgün qoyulmamışdır. Belə ki, o, indeksasiyadan narazı olduğu halda (çünki, Məhkəmənin 2014-cü ildə təyin etdiyi aliment məbləği sadəcə olaraq indeksasiya olunmuşdur yəni, qətnamə ilə təyin edilmiş alimentin məbləği artırılmamışdır) Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(050)-254/2025 saylı qərardadından apellyasiya şikayəti verməli idi. Hazırki vəziyyətdə isə o, Masallı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(050)-2136/2014 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü qızı Aylin Rzayevanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 103 manat sabit pul məbləğində alimentin azaldılması barədə iddia qaldırmalı idi. Görünür ki, o iddianı səhv verərək qanunvericiliklə baxılmasına yol verilməyən bir iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: doğum haqqında arayışdan görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X3 atası İddiaçı, anası Cavabdehdır. doğum haqqında arayışlardan görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 atası İddiaçı, anası X2r. Atalığın müəyyən edilməsi haqqında arayışlardan görünür ki, xx.xx.2016-ci ildə Masallı şəhərində X1 doğulmuş X5 və xx.xx.2017-ci ildə Masallı şəhərində X1 doğulmuş X6 atası İddiaçı hesab edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(050)-254/2025 saylı qərardadı ilə Masallı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(050)-2136/2014 saylı qətnaməsi əsasında müəyyən edilmiş aliment məbləğinin indeksasia edilməsi barədə Cavabdeh ərizəsinin təmin edilməsi, Masallı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(050)- 2136/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası aparılaraq 02 iyul 2025-ci il tarixdən başlayaraq İddiaçı 30 yanvar 2012-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.98 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyanın: 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiya: Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın: 8.1-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir; 8.2-ci maddəsinə əsasən milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qeyd olunmuş qərarda həmçinin göstərilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun: 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşqul olubolmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Masallı Rayon Məhkəməsinin 8(050)- 254/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Masallı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(050)-2136/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunaraq xx.xx.2025-ci il tarixdən etibarən 30 yanvar 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.98 misli həddində, yəni 392 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin azaldılmasını tələb etmişdir. Məhkəmə tərəfindən işin halları araşdırılarkən müəyyən edilmişdir ki, hazırda iddiaçının ailə vəziyyətində dəyişiklik olmuş, iddiaçı təkrar faktiki ailə qurmuş, həmin faktiki nikahdan iki uşağı olmuşdur. Ümumilikdə iddiaçının 3 yetkinlik yaşına çatmamış övladının olması müəyyən edilmişdir. Bundan əlavə hazırda uşaqlar üçün ölkə üzrə yaşayış minimumu 246 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, alimentin məbləği yaşayış minimumu nəzərə alınmaqla da azaldılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(050)-254/2025 saylı qərardadı ilə təyin edilmiş aliment azaldılaraq, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. 30 yanvar 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(050)-254/2025 saylı qərardadı ilə təyin edilmiş aliment azaldılaraq, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində müəyyən edilsin. 30 yanvar 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-3570/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3570/2025
24.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver