Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-3610/2025 04.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ X1, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştrakları ilə. İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 dekabr 2008-ci il təvəllüdlü X4 və 23 dekabr 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü hər ay bir uşaq üçün sabit pul məbləğində 200 manat olmaqla, iki uşaq üçün cəmi 400 manat aliment pulunun onun xeyrinə cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Fərəcova (Hüseynova) Günay Mürvət qızı ilə 2007-ci ildə el adəti üzrə toy etməklə ailə həyatı qurmuşdur, nikahlarını isə 21 yanvar 2009-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə nikahlarından 16 dekabr 2008-ci il təvəllüdlü X9, 23 dekabr 2009-cu il təvəllüdlü X12 və 27 iyul 2015-ci il təvəllüdlü X13 adlı uşaqları anadan olmuşdur. Bir müddət mehriban yaşasalar da sonradan ailə münasibətlərindən irəli gələn narazılıqları olmuş ayrılmışlar və Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı və cavabdeh X10 arasinda bağlanmış 21 yanvar 2009-cu il tarixli, 19 saylı nikah akt qeydi pozulması, 16 dekabr 2008-ci il təvəllüdlü X9 və 23 dekabr 2009-cu il təvəllüdlü X12 ata İddiaçı yanında, 27 iyul 2015-ci il təvəllüdlü X13 ana X5 yanında saxlanılması və 27 iyul 2015-ci il təvəllüdlü X2 üçün İddiaçı aylıq qazancının 1/4 hissəsi aliment hesabına tutularaq X7 verilməsi qət edilmişdir. Cavabdeh uşaqları ilə maraqlanmır. Cavabdeh özü üçün yaşayır. Özü də hal-hazırda heç bir yerdə işləmir və işləmək üçün iş yeri belə tapa bilmir. Uşaq pulu verilmir. Cavabdeh fiziki cəhətdən sağlamdır və əmək qabiliyyətlidir işləməyə qadirdir. Cavabdehin gəlirləri vardır. Özü heç bir yerdə işləmədiyindən uşaqların gündən günə artan tələbatlarını təkbaşına ödəyə bilmir. Uşaqları saxlamaqda çox çətinlik çəkir. Ailə və mülki qanunvericiliyinə əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından uşaqların saxlanılması üçün cavabdehdən aliment tutulması tələbi ilə bağlı məhkəməyə müraciət edir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq, İddiaçı ona qarşı aliment tələbinə dair iddiası üzrə icraata eyni tərəflər arasında, eyni tələb üzrə qanuni qüvvədə olan məhkəmə aktının olması əsasına görə xitam verilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, hazırda həmin məhkəmənin icraatında İddiaçı ona qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə 2(050)-3610/2025 saylı mülki iş vardır. İddiaçı əvvəllər də ona qarşı eyni tələblə məhkəmədə iddia qaldırmış və onun iddiası Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(050)-2894/2019 saylı qətnaməsi ilə rədd edilmişdir. Həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti əsasında işə baxan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(106)-757/2020 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(050)-2894/2019 savlı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanunvericiliyin tələbinə əsasən İddiaçı ona qarşı əvvəllər də aliment tələbi olduğundan və həmin tələbin təmin edilməməsi barədə qanuni qüvvəsini almış Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(050)-2894/2019 saylı qətnaməsi olduğundan ona qarşı aliment tələbi barədə təkrar iddiasına dair hazırkı iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o aliment verdiyi kimi, cavabdeh də aliment ödəsin. Məhkəmə qətnaməsi ilə nikahları pozulmuş, övladarından Yusif cavabdehin yanında saxlanılmış və onun saxlanılması üçün 1/4 aliment təyin edilmişdir. Digər iki övladı isə onun yanında saxlanılmışlar. 2019-cu ildə alimentlə bağlı məhkəməyə müraciət etmiş, lakin iddiası təmin edilməmişdir. Hazırda onun dərs saatları azaldığından gəlirləri azalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, iddiaçı onun oğludur. Tərəflərin nikahından 3 övladları olmuşdur. 2019-cu ildə boşanmışlar. Yusif Hüseynov anasının yanında, digər 2 övlad isə atasının yanında saxlanılmışlar. Hazırda oğlu cavabdehdən aliment tələb edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, hazırda işləmir. İddiaçı uşaqlara baxa bilmirsə versin ona. 2019-cu illə müqayisədə onun vəziyyəti eynidir. Məhkəmə proses iştrakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: Masallı Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli, 2(050)-79/2025 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması və uşaqların onun himayəsində saxlanılması tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı və Cavabdeh arasında bağlanmış 21 yanvar 2009-cu il tarixli, 19 saylı nikah akt qeydinin pozulması, 16 dekabr 2008-ci il təvəllüdlü X4 və 23 dekabr 2009-cu il təvəllüdlü X6 ata İddiaçı yanında, 27 iyul 2015-ci il təvəllüdlü X11 ana X5 yanında saxlanılması, 27 iyul 2015-ci il təvəllüdlü X2 üçün İddiaçı aylıq qazancını 1/4 hissəsi aliment hesabına tutularaq X7 verilməsi, alimentin tutulmasına X13 anasının yanında yaşadığı tarixdən başlanması qət edilmişdir. Masallı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(050)-2894/2025 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmçinin qətnamənin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, həmin dövrdə iddiaçı müəllim işləmiş, cavabdeh isə işləməmişdir Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2020-ci il tarixli, 2(106)-757/2020 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Masallı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(050)- 2894/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Elektron çıxarışdan görünür ki, İddiaçı müəllim işləyir və 810 manat əmək haqqı alır. İşə baxılarkən müəyyən edilmişdir ki, 2019-cu ildə olduğu kimi hazırda da iddiaçı müəllim işləyir, aylıq 810 manat əmək haqqı alır, cavabdeh işləmir, tərəflərin ailə münasibətlərinə rəsmi xitam verildikdən sonra cavabdehin maddi və ailə vəziyyətində yaxşılığa doğru dəyişiklik olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.2-ci maddələrinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməlidir. MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “16 dekabr 2008-ci il təvəllüdlü X4 və 23 dekabr 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü hər ay bir uşaq üçün sabit pul məbləğində 200 manat olmaqla, iki uşaq üçün cəmi 400 manat aliment pulunun onun xeyrinə cavabdehdən tutulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-3610/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-3610/2025
04.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver