Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3637/2025 26.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, сavabdehlə birgə nikahından anadan olmuş 20 yanvar 2020-ci il təvəllüdlü X11, 17 iyul 2021-ci il təvəllüdlü X9 və 05 sentyabr 2022-ci il təvəllüdlü X1 üçün Masallı Rayon Məhkəməsinin 2(050)-2063/2025 saylı, 21 iyul 2025-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının (mislinin) azaldılaraq əmək haqqının 1/2 hissəsi miqdarında müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, müəyyən edilmiş aliment məbləği ilə razı deyildir və həmin məbləğin azaldılmasını tələb edir. Belə ki, o, “Kənan” şirkətində elektrik vəzifəsində çalışır və aylıq 420 manat əmək haqqı alır. Bu məbləğdə əmək haqqı aldığı halda hər uşaq üçün 140 manat aliment tutulması onun maddi vəziyyətinə uyğun deyildir. Onun 3 övladı vardır, aldığı əmək haqqı 420 manat, ödədiyi aliment isə 420 manat təşkil edir ki, bu məbləği ödəməsi mümkün deyildir. Hazırda çox çətin maddi vəziyyətə düşmüş, şəxsi zəruri xərclərini ödəmək üçün vəsaiti qalmamışdır. Ölkə üzrə minimum əmək haqqı 400 manat olduğu şəraitdə 420 manat aliment ödəməyi real deyildir. Uşaqların saxlanılması yalnız onun yox, cavabdehin də, vəzifəsidir. Əgər yüksək əmək haqqı alsaydı, uşaqları üçün daha yüksək aliment ödəyəcək, lakin hazırkı şəraitdə aliment əmək haqqına uyğun müəyyən edilməlidir. Alimentin tutulmasının məqsədi uşaqların əvvəlki həyat səviyyəsini qorumaqdır, lakin birlikdə yaşadıqları dövrdə uşaqlara aylıq 420 manat xərcləməmişlər, daim kasıbçılıq şəraitində yaşamışlar və əmək haqqı buna imkan verməmişdir. Onun əlavə gəlir mənbəyi yoxdur və hazırda yalnız əmək haqqı ilə dolanır. Azərbaycan Respublikası Konstitusiyası və Ailə Məcəlləsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcu olsa da, hazırda bu tələb pozulur və xərclər tam həcmdə ondan tələb olunur. Alimentin azaldılması ilə bağlı mediasiya orqanına müraciət etmiş, lakin cavabdehin iştirak etməməsi səbəbindən baxılmasından imtina olunmuşdur. Bu səbəbdən o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları:
3. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, hər bir uşaq üçün hər ay 100 manat məbləğində aliment verə bilər, həmçinin aliment tutulmasına dair qətnamədən apellyasiya şikayəti verməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə baxışı iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İş materialları:
5. Masallı Rayon Məhkəməsinin 2(050)-2063/2025 saylı, 21 iyul 2025-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı 05 sentyabr 2022-ci il tarixdə Masallı şəhərində anadan olmuş X7 atası olması müəyyən edilmiş, 26 may 2025-ci il tarixdən başlayaraq İddiaçı 20 yanvar 2020-ci il təvəllüdlü X8, 17 iyul 2021-ci il təvəllüdlü X4 və 05 sentyabr 2022-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.35 misli həddində sabit pul məbləğində aliment tutulmuşdur.
6. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 oktyabr 2025-ci il tarixli doğum haqqında arayışdan görünür ki, X14 20 yanvar 2020-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Atası qrafasında İddiaçı, anası qrafasında Cavabdeh qeyd edilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında 15 fevral 2020-ci il tarixdə 247 nömrə ilə qeyd edilmişdir.
7. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 oktyabr 2025-ci il tarixli doğum haqqında arayışdan görünür ki, X12 17 iyul 2021-ci il tarixdə Masallı şəhərində anadan olmuşdur. Atası qrafasında İddiaçı, anası qrafasında Cavabdeh qeyd edilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında 03 avqust 2021-ci il tarixdə 842 nömrə ilə qeyd edilmişdir.
8. Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 oktyabr 2025-ci il tarixli doğum haqqında arayışdan görünür ki, X10 05 sentyabr 2022-ci il tarixdə Masallı şəhərində anadan olmuşdur. Atası qrafasında X15, anası qrafasında Cavabdeh qeyd edilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında 26 sentyabr 2022-ci il tarixdə 755 nömrə ilə qeyd edilmişdir.
9. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 26 sentyabr 2025-ci il tarixli, MŞM/MT036/2025-00944 nömrəli arayışdan görünür ki, 26 sentyabr 2025-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında İddiaçı və Cavabdeh iştirak etmişlər, Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmiş, mediasiya prosesini davam etdirmək mümkün olmamışdır. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat ödəmişdir.
10. DYİ seriyalı 00***** nömrəli Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1980-cı il təvəllüdlü İddiaçı Türkmənistan vətəndaşıdır, icazə 11 oktyabr 2022-ci il tarixdə verilmiş, icazə vəsiqəsi 11 oktyabr 2027-ci il tarixədək etibarlıdır.
11. TKM seriyalı P tipli A2443942 nömrəli xarici pasportun surətindən görünür ki, xx xxxxxx 1980-cı il təvəllüdlü İddiaçı Türkmənistan Respublikasının vətəndaşıdır.
12. “KƏNAN” şirkəti tərəfindən verilmiş 13 oktyabr 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı “KƏNAN” şirkətində işləyir və 420 manat məbləğində əmək haqqı alır.
13. 21 oktyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 25 manat dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları:
14. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər faktiki nikaha daxil olmaqla ailə qurmuşlar, birgə yaşadıqları müddətdə 20 yanvar 2020-ci il təvəllüdlü X14, 17 iyul 2021-ci il təvəllüdlü X13 və 05 sentyabr 2022-ci il təvəllüdlü Novruzova (hazırda Mırzalıyeva) Mənsumə Niyamətdin qızı adlı uşaqları doğulmuşdur. Masallı Rayon Məhkəməsinin 2(050)-2063/2025 saylı 21 iyul 2025-ci il tarixli qətnaməsinə əsasən İddiaçı 05 sentyabr 2022-ci il tarixdə Masallı şəhərində anadan olmuş X7 atası olması müəyyən edilmiş, 26 may 2025-ci il tarixdən başlayaraq İddiaçı 20 yanvar 2020-ci il təvəllüdlü X8, 17 iyul 2021ci il təvəllüdlü X4 və 05 sentyabr 2022-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.35 misli həddində sabit pul məbləğində aliment tutulmuşdur. Hazırda iddiaçı uşaqların saxlanılması üçün müəyyən edilmiş 0.35 misli həddində sabit pul məbləğində alimenti ödəməkdə çətinlik çəkdiyi üçün məhkəmə tərəfindən təyin olunmuş aliment məbləğinin azaldılmasını və əmək haqqının 1/2 hissəsi miqdarında müəyyən olunmasını xahiş edir.
Tətbiq edilən hüquq:
15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
16. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
17. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı: Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
18. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının: 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.7-ci bəndinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 8.12-ci bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
20. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi:
21. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.
22. Göründüyü kimi, ailə qanunvericiliyi aliment miqdarı müəyyən olunduqdan sonra alimentin dəyişdirilməsi imkanını tərəflərin ailə və maddi vəziyyətində baş verən dəyişikliklə əlaqələndirmişdir. Tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik özündə tərəflərin ailə tərkibinin sayını, eləcə də, qazancında baş verən dəyişikliyi ehtiva edir. O da, nəzərə alınmalıdır ki, hər kəs qanunvericilikdə nəzərdə tutulmuş şərtlər çərçivəsində ondan (qanundan) irəli gələn hüququn daşıyıcısı olmaqla qanuni gözlənti hüququna malikdir. Bu baxımdan, hər bir şəxsin məhkəmə müdafiəsi hüququndan yararlanarkən qanunvericinin verdiyi imkan daxilində hüquqlarının təmin olunmasına münasibətdə etimad hüququ qorunmalıdır. Həmçinin, qanunvericilik aliment tutularkən ilk növbədə uşağın mənafeyinin, onun təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyi vurğulayır.
23. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də, qiymət verilməlidir. Bu göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
24. Masallı Rayon Məhkəməsinin 2(050)-2063/2025 saylı, 21 iyul 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı 20 yanvar 2020-ci il təvəllüdlü X5, 17 iyul 2021-ci il təvəllüdlü X3 və 05 sentyabr 2022-ci il təvəllüdlü X2 üçün hər uşaq üzrə minimum əmək haqqının 0,35 misli həddində aliment tutulması müəyyən edilmişdir. İddiaçı alimentin azaldılması tələbi ilə məhkəməyə müraciət edərək 420 manat əmək haqqı aldığını, bu məbləğin aliment ödəməyə uyğun olmadığını bildirmişdir. Lakin iddiaçının mövqeyi əsassızdır. Belə ki, qətnamə çıxarılan zaman da, iddiaçı eyni işdə işləmiş və qeyd olunan məbləğdə əmək haqqı almışdır. Aliment məhz onun həmin dövrdə mövcud olan gəlirinə uyğun şəkildə müəyyən edilmişdir. Qətnamə qəbul edildikdən sonra iddiaçının maddi vəziyyətində hər hansı dəyişiklik baş verməmiş və iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir. bu isə onu göstərir ki, iddiaçı qətnamə ilə müəyyən olunmuş alimentdən narazı olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən alimentin azaldılması üçün valideynin maddi vəziyyətində ciddi və əsaslı dəyişiklik olmalıdır. İddiaçı belə dəyişiklik olmadığını özü də, təsdiq edir. Yalnız əvvəldən məlum olan əmək haqqısına istinad edərək alimentin azaldılması tələbi hüquqi əsasa malik deyildir. Aliment uşaqların mənafeyi üçün müəyyən olunur və onun azaldılması uşaqların təminat səviyyəsini aşağı sala bilər. Cavabdehin alimentin müəyyən edilməsində iştirak etməməsi və ya mediasiyada iştirak etməməsi aliment öhdəliyinin mahiyyətini dəyişmir. Yuxarıdakılara əsasən iddiaçının alimentin azaldılması barədə tələbi əsassız olduğuna görə rədd edilməlidir.
Məhkəmə baxışının hədləri:
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
Məhkəmə xərcləri:
26. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 25 manat dövlət rüsumu İddiaçı aid edilməlidir.
Nəticə:
27. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası təmin edilməməlidir.
28. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” barədə iddia tələbi rədd edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədirlik edən: Elşən Hüseynov