Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-37/2023 21.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı, Cavabdeh X3, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə. İddiaçı cavabdeh X4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin X23 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və yerin naturada müəyyən edilərək təhvil verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin X23 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı Masallı rayonu Kolatan (Bağıroba) kəndində yerləşən torpaq sahəsində qanunsuz inşa etdiyi evin onun hesabına sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi və torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia üzrə tələb onunla əsaslandırılmışdır ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 2005-ci il tarixli, 09 saylı qərarı ilə ona və ailə üzvlərinə Masallı rayonu Ləngan kəndində JN-0075 saylı KOD 80520038 nömrəli şəhadətnamə ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 2.80 ha torpaq sahəsi verilmişdir. Cavabdeh Xanhüseyn Heydərova islahat zamanı verilmiş pay torpaq sahəsi mülkiyyət hüququ əsasında ona məxsus 0,50 ha torpaq sahəsi ilə sərhəd olmuşdur. X8 və ailə üzvlərinə məxsus pay torpağından istifadə etdiyi üçün 0,50 ha torpaq sahəsini əkib becərə bilmir. Cavabdeh qeyd olunan torpaq sahəsini zəbt etməkdə davam etdiyindən həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozur. Odur ki, onun və ailə üzvlərinin mülkiyyətlərində olan 2,80 ha torpaq sahəsinin 0.50 ha zəbt olunmuş hissəsindən cavabdehin çıxarılması və yerinin naturada müəyyən edilərək təhvil verilməsi barədə qətnmə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ekspert rəyi ilə razı olduğunu bildirmiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X7 məhkəmə iclasında iddianı qəbul edərək, ekspert rəyi ilə razı olduğunu bildirmiş, ona görə də iddianın təmin olunmasını xahiş etmişdir. X1 nümayəndəsi və vəkili Vəkil eyni məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Torpağın mülkiyyət hüququna dair JN-0075 kod 80520038 saylı Dövlət Aktının surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 2005-ci il tarixli, 09 saylı qərarı əsasında İddiaçı ailə üzvləri ilə birlikdə 2.80 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin dövlət aktında həmçinin X5, X9, X10, X15, X11, X13, X12 adları qeyd olunmuşdur. Torpaq sahəsinin 2,2995 ha hissəsi və 0,50 ha hissəsi ayrı-ayrı yerlərdə yerləşir. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin 30 mart 2023-cü il tarixli rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 06 iyun 2023-cü il tarixli, 10/3255 saylı rəyindən məlum olur ki; İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində torpaq sahəsinin mübahisələndirilən 75A/0,45 ha hissəsinin cənub-qərb istiqamətində 0.00536 hektaradək (53,6 kv.metrədək) ərazisinin cavabdeh X3 faktiki istifadə kimi plana alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Eyni zamanda mütəxəssis rəyində qeyd olunur ki, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialının döngə nöqtələrinin koordunatlarına əsasən cavabdeh X3 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,22 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin cənub-şərq istiqamətində verilmiş 0,00425 hektaradək (42.5 kv.metrədək) hissəsi iddiaçının naturada faktiki istifadəsindədir. Məhkəmə iddia ərizəsində göstərilən əsasları iş materialları ilə birlikdə tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi ismən əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinı riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2. və 14.2.2.-ci maddələrinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1., 152.2. və 152.7.-ci maddələrində göstərilir ki, subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1., 165.1. və 165.2.-ci maddələrinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1. və 238.2.-ci maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aiddiyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaları, tikililəri və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Göstərilən maddi hüquq normalarını məhkəmə iddianın qanuni əsası kimi tətbiq edərək, eləcə də iş üzrə təyin olunmuş məhkəmə-texniki ekspertizanın rəyini mötəbər və təkzibolunmaz sübut kimi qiymətləndirərək qeyd edir ki, hazırkı mübahisədən göründüyü kimi mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Hal-hazırda iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulmuşdur. Cavabdeh iddiaçını öz torpaq sahəsinə buraxmamaqla mülkiyyətçi kimi onun torpaq sahəsindən istifadə etmək və sahiblik hüquqlarının maneəsiz həyata keçirməsinə mane olurlar. Onların hal-hazırda da davam edən hərəkətləri mülkiyyətçinin iradəsi olmadan sahiblikdən məhrumetmə və qadağan edilmiş özbaşınalıq hesab olunur. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyində və Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəyində İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində torpaq sahəsinin mübahisələndirilən 75A planına uyğun olaraq 0,45 ha hissəsinin cənub-qərb istiqamətində 0.00536 hektaradək (53,6 kv.metrədək) ərazisinin cavabdeh X3 faktiki istifadə kimi plana alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Ona görə iddia həmin həcmdə təmin olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin X23 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı idda tələbinə münasibətdə qeyd edir, mübahisə üzrə həmin müəsissə cavab verməli olan şəxs deyil, ona görə də iddia ƏMDX-nin X23 8 saylı Cəlilabad Ərazi İdarəsinə münasibətdə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh X2 Torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 95 manat alınaraq İddiaçı, məhkəmə tikinti-texniki ekspertiza xərci 50 manat alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X6 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 223, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə 75A plan-cingisinə uyğun olaraq 0,45 ha hissəsinin cənub-qərb istiqamətində 0.00536 hektaradək (53,6 kv.metrədək) ərazidən cavabdeh X7 çıxarılsın və torpaq sahəsi naturada İddiaçı naturada təhvil verilsin. Cavabdeh X2 Torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 95 manat alınaraq İddiaçı verilsin. Məhkəmə tikinti-texniki ekspertiza xərci 50 manat alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X6 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin X23 8 saylı Cəlilabad Ərazi İdarəsinə münasibətdə təmin olunmaasın. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-37/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-37/2023
21.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver