Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-4153/2024 11.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbrizoviç İddiaçı Cavabdeh Müsafiq qızına qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyü haqqında məsələyə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təyin olunmuş iki uşağa görə 340 manat alimentin azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 11 dekabr 2024-cü il tarixdə İddiaçı nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin icraata götürülmədən geri qaytarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi tərəfindən verilən ərizəni nəzərdən keçirərək hesab edirəm ki, İddiaçı Cavabdeh Müsafiq qızına qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 159.1.9-cu maddəsinə görə, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh Müsafiq qızına qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №2(050)-4153/2024
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-4153/2024
11.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver