Məhkəmə qərarları › İş №2(050)-561/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-561/2025

13.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-561/2025 13.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakimin köməkçisi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı Cavabdeh Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Masallı rayon İcra Hakimiyyətinin Başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Nümayəndə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilmiş işin halları: Cavabdeh Masallı rayon İcra Hakimiyyətinin Başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə Nümayəndəsinin müavini Nümayəndə İddiaçı söhbət əsnasında pis-pis söyüşlü sözlərlərlə təhqir etməklə, onun şərəf və ləyaqətini alçaldaraq təhqir etmiş, hələ bu azmış kimi mərhum həyat yoldaşını, mərhum ata və anasının məzarlarını insanlıqdan kənar, kobud və iyrənc sözlərlə dayanmadan söyə-söyə təhqir etməyə davam etmişdir. Xüsusi ilə qeyd edir ki, cavabdeh Nümayəndə Masallı rayon İcra Hakimiyyətinin Başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə Nümayəndəsinin müavini vəzifəsində işləməsi, onun qanunsuz hərəkətlərinə haqq qazandıra bilməz. Çünki cavabdeh Nümayəndə və ya qeyrilərinə qanunlar icazə vermir ki, tutduğu vəzifəsindən istifadə edərək kimi isə və ya kimləri isə insanlıqdan kənar kobud və iyrənc dərəcədə söyüşlü sözlərlə təhqir etməklə, həmin şəxsin və ya həmin şəxslərin şərəf və ləyaqətini alçaltsın, onların ölülərini və ya ölülərinin məzarlarını insanlıqdan kənar iyrənc söz və söyüşlərlə təhqir etsin. Xüsusi ilə qeyd edir ki, cavabdeh Nümayəndə belə və ya digər buna oxşar əməl və hərəkətləri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmamışdır. Əksinə cavabdeh Nümayəndə belə əməl və hərəkətləri Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olan əməl sayılır. Cavabdeh Masallı rayon İcra Hakimiyyətinin Başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə Nümayəndəsinin müavini Nümayəndə hərəkətlərindən Masallı rayon Boradigah qəsəbə Polis Bölməsinə yazılı surətdə ərizə ilə müraciət etmişdir. Masallı rayon Boradigah qəsəbə Polis Bölməsi tərəfindən onun cavabdeh Masallı rayon İcra Hakimiyyətinin Başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə Nümayəndəsinin müavini Nümayəndə insanlıqdan kənar iyrənc hərəkətlərindən yazılı müraciətinə cavab olaraq 16 dekabr 2024-cü il tarixli məktubu ona ünvanlamaqla bildirilmişdir ki, o, mülki qaydada məhkəməyə müraciət edə bilər. Odur ki, polisin cavab məktubundan sonra məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. İddiaçının tələbi: Cavabdeh Masallı rayon İcra Hakimiyyətinin Başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə Nümayəndəsinin müavini Nümayəndə tərəfindən İddiaçı mənəvi ziyana görə 15.000 (on beş min) manat ödənilməsi haqqında qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. Tərəflərin mövqeyi: İddiaçı məhkəmə iclaslarında izahat verərək bildirmişdir ki, o, 2024-cü ildə qəsəbədə uşaq bağçasının tikintisi ilə əlaqədar Elm və Təhsil Nazirliyinə və Prezidentə müraciət etmiş, ona cavab olaraq qəsəbədəki bağçaya uyğun yaş qrupu üzrə uşaqların sayı, ərazidə bağça tikilməsi üçün boş ərazinin olub-olmaması və s. məlumatlarla bağlı arayışlar və sənədlərin təqdim edilməsi xahiş edilmişdir. Bununla bağlı cavabdehə müraciət edərək, müvafiq arayışın verilməsini və 1 həftə ərzində arayışın hazır edilməsini xahiş etmişdir. Lakin 1 həftə sonra, yəni xx.xx.2024-cü il tarixdə cavabdehə arayışı götürmək üçün yaxınlaşdıqda cavabdeh ona arayışı verməkdən imtina etmiş və onu, həmçinin mərhum həyat yoldaşının, ata və anasının məzarlarını nalayiq ifadələrlə təhqir etmişdir. Bu səbəbdən ona mənəvi zərər dəydiyini iddia edir və ona dəymiş mənəvi zərəri minimum 15.000 manat məbləğində qiymətləndirir. Cavabdeh Nümayəndə məhkəmə iclaslarında izahat verərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Aralarında mübahisə olmuş, İddiaçı otağından qovmuş, lakin tərəfindən İddiaçı və ya onun mərhum ailə üzvlərinə qarşı hər hansı nalayiq ifadə, təhqir işlədilməmişdir. Şahid ifadəsi: Şahid məhkəmə iclasında şahid qismində ifadə verərək, bildirmişdir ki, cavabdeh Nümayəndə onun iş yoldaşıdır. İddiaçı Nümayəndə qəbuluna gələrkən o da otaqda olmuşdur. İddiaçı Nümayəndə həmin ərazidə yaşayan uşaqların siyahısına dair arayış tələb etmiş, Nümayəndə isə hazırda əhalinin bir qisminin Boradigah qəsəbəsində qeydiyyatda olmasına baxmayaraq, Bakı şəhərində və s. ərazilərdə yaşamasını bildirmiş, bu barədə dəqiq arayış tərtib edə bilməyəcəyini demişdir. Bu səbəbdən aralarında mübahisə düşmüş, mübahisə əsnasında Nümayəndə İddiaçı otağından qovmuş, lakin hər hansı fiziki təmas olmamış, nalayiq ifadə işlədilməmişdir. Hadisə zamanı otaqda yalnız üçü olmuşdur. Xadimələri orada görməmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: Masallı RPŞ-nin xx.xx.2024-cü il tarixli, 97-1/2-K-3382/11/24 saylı İddiaçı ünvanladığı məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə Boradigah PB-yə etdiyi müraciət araşdırılmış, araşdırma zamanı göstərilən xüsusatlarda cinayət hadisəsi və inzibati xətanın tərkibi müəyyən edilməmişdir. Odur ki, iddiaçı olduğu təqdirdə mülki qaydada məhkəməyə mütaciət etmək hüququ izah edilmişdir. Masallı rayon Boradigah qəsəbəsində yaşayan İddiaçı Boradigah PB-yə müraciətinin araşdırılmasının nəticəsinə dair xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə, Masallı rayon Boradigah qəsəbəsində yaşayan İddiaçı, Boradigah PB-yə ərizə ilə etdiyi müraciətində Boradigah icra nümayəndəliyinin müavinindən arayış istəyən zaman onu otağından itələyərək qovduğunu, şərəf və ləyaqətinə toxunaraq təhqir etdiyini bildirmişdir. Araşdırma zamanı vətəndaş İddiaçı izahatında verdiyi məlumatı təsdiqləmişdir. İzahatı alınan Nümayəndə, İddiaçı onun iş otağına gələrək, bağça tikdirəcəyini, Boradigah, Mollaoba və Babaser kəndində olan beş yaşlı uşaqların ad soyadını istədiyini bildirmişdir. Boradigah qəsəbəsinin icra nümayəndəsi olan Z.Sadıxova zəng edərək, onunla kobud şəkildə danışaraq, ona bir həftə vaxt verdiyini İddiaçı bildirmişdir. Nümayəndə, İddiaçı onun istədiyi sənədin ona aid olmadığını, otaqdan çölə çıxmasını söylədikdə əvəzində İddiaçı ona kobud şəkildə “canın çıxacaq o arayışı verəcəksən və səndən şikayət edərəm səni işdən çıxardaram” deməsini, sonra çıxıb getdiyini bildirmişdir. Beləliklə, Masallı rayon Boradigah qəsəbəsində yaşayan İddiaçı etdiyi müraciətlə bağlı iddiaçı olduğu təqdirdə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması məktubda bildirilmişdir. Odur ki, Masallı rayon Boradigah qəsəbəsində yaşayan İddiaçı Boradigah PB-yə etdiyi müraciətdə hər hansı inzibati xəta və digər hüquq pozuntusu aşkar edilmədiyindən şəxsə mülki qaydada məhkəməyə müraciət etməsi izah olunmuşdur. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 135 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 60 bənd İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Məhkəmə qeyd edir ki, «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 4 saylı qərarı və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı qərarı təşkil edir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən məlumat əxlaqi prinsiplər, istehsal, təsərrüfat, xidmət və ictimai fəaliyyətlə ələqədar cəmiyyət kollektiv və yaxud ayrıayrı şəxslər barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyəqəti ləkələyən məlumat hesab edilir. Göstərilən Plenum qərarının həmçinin 3-cü bəndinə əsasən məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən 3 halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsulla yayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 7-ci maddəsinə müvafiq olaraq vətəndaşlar onların şərəf və ləyaqətlərini ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsini məhkəmə yolu ilə tələb edə bilərlər. 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Konustitusiyası ilə qorunur, digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Şəxsin şərəfi, ləyaqəti təhqir olunarsa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə Qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 haqqında Konvensiyanın” müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər anlayışı insanın anadan gəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin bəndin 2-ci abzasına əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndinə görə fikri ifadə etmək azadlığının həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Azərbaycan Respublikası MPM-in 9.1-9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birilərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdırıb, tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsassızdır. İşin faktiki hallarına əsasən iddiaçı cavabdeh tərəfindən özünün və onun mərhum ailə üzvlərinin nalayiq ifadələrlə təhqir olunduğunu iddia edərək, məhkəməyə mənəvi zərər tələbi ilə müraciət etmişdir. Bundan əlavə vəsatətlə müraciət edərək, Masallı Rayon Kommunal Xidmətlər üzrə idarənin işçiləri olan X6, X4, X2 və X1 adlı şəxslərin məhkəmə iclasına şahid qismində dəvət edilmələrini xahiş etmişdir. İşin məhkəmə araşdırılması zamanı tərəflərin izahatları alınmış, eyni zamanda vəsatətdə qeyd edilmiş şəxslərin şahid qismində məhkəmə iclasında iştirakının təmin edilməsi üçün rəsmi qaydada ünvanlarına məktub göndərilmiş, həmçinin istifadələrində olan telefon nömrələri vasitəsilə onlarla dəfələrlə əlaqə saxlanılmışdır. Lakin qeyd edilən şəxslər məhkəmə iclasında şahid qismində iştirak etməkdən və ifadə verməkdən imtina etmişlər. Cavabdeh tərəfdən şahid qismində məhkəmə iclasında ifadə vermiş Şahid isə tərəflər arasında münaqişə olsa da, hər hansı fiziki təmas edilməsinin, nalayiq ifadə və təhqir işlədilməsinin şahidi olmadığını bildirmişdir. Göründüyü kimi hazırki iş üzrə məhkəmə araşdırması zamanı İddiaçı iddia ərizəsində göstərilən halları sübuta yetirə bilməmiş, bunun əksi olaraq isə cavabdeh tərəf iddia ərizəsində göstərilən xüsusatları təkzib etmişdir. Bu halda məhkəmə hesab edir ki, iddia tələbi sübuta yetmədiyindən təmin edilə bilməz. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135 manat məbləğində pul vəsaiti iddia rədd edildiyindən iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Masallı rayon İcra Hakimiyyətinin Başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Nümayəndə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar