Məhkəmə qərarları › İş №2(050)-562/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-562/2025

07.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-562/2025 07.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclas katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi, Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nəvələri 03 fevral 2009-cu il təvəllüdlü X16, 20 dekabr 2010cu il təvəllüdlü X10 və 17 iyul 2012-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 100 manat, cəmi 300 manat sabit pul məbləğində aliment alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, cavabdehin oğlu X17İu ilə 16 fevral 2009-cu il tarixdə Masallı rayon İHB-nın Təklə ərazi nümayəndəliyində nikaha daxil oİmuşlar. Birgə nikahlarından 03 fevral 2009-cu il təvəllüdlü X16, 10 dekabr 2010-cu il təvəllüdlü X10 və 17 iyul 2012-ci il təvəllüdlü X14 adlı uşaqları anadan olmudur. Uşaqlar hazırda onun himayəsindədir. Masallı Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixll qətnaməsinə əsasən nikahları pozulmuş, uşaqlar onun himayəsində saxlanılmış və uşaqların saxlanması üçün hər uşaq üçün 80 manat aliment müəyyən oİunmuşdur. Cavabdehin oğlu Fuad Muradov psixi xəstə olduğu üçün hazırda müalicə müəssisəsində müalicə olunur, ondan aliment ala bilmir, uşaqların tələbatını qarşılaya və uşaqlara baxa bilmir. Cavabdeh pensiya alır və nəvələrə baxmaq onun vəzifəsidir. Onu və uşaqlarını Cavabdeh evdən çıxarmışdır. Məhkəmənin bununla bağlı qətnaməsi vardır. Onlar hazırda qohumlarının evində yaşayırlar. Cavabdeh uşaqları evdən çıxarırsa o zaman onların saxlanması üçün alimenti də, ödəməlidir. Cavabdehin pensiyadan baqa həyətində təsərrüfatı, əlavə gəlir yeri vardır. Nəvələrini saxlamaq onun vəzifəsidir, o, təkbaşına uşaqların tələbatını qarşılaya bilmir. Cavabdehlə aralarında mediasiya prosesi keçirilmiş, lakin cavabdeh mediasiyaya gəlməmiş və prosesə xitam verilmişdir. Buna görə də, iddia ərizəsi iİə məhkəməyə müraciət etmişdir.

Tərəflərin izahatları:

3. Məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin tam şəkildə təmin edilməsini məhkəmədən xahiş etmişdir

4. Məhkəmə baxışı iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi, Vəkil iddia tələbini qəbul etməyərək bildirmişdir ki, cavabdeh pensiya hesabına dolanır. Nəvələrini saxlamaq üçün zəruri vəsaitə malik deyildir. Özü çox vaxt Bakı şəhərində olur və hər hansı təsərrüfatı yoxdur. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İş materialları:

5. Masallı Rayon Məhkəməsinin 16(050)-116/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərardadından görünür ki, ərizə qismən təmin edilərək X3 X11 qarşı “nikahın pozulması və aliment” tələbinə dair mülki iş üzrə məhkəmə qətnaməsi çıxarılanadək X7 03 fevral 2009-cu il təvəllüdlü X12, 10 dekabr 2010-cu il təvəllüdlü X5 və 17 iyul 2012-ci il təvəllüdlü X2 üçün hər ay bir uşağa görə 150 (bir yüz əlli) manat, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində müvəqqəti alimentin X3 xeyrinə tutulması qərara alınmışdır.

6. Masallı Rayon Məhkəməsinin 2(050)-306/2024 nömrəli, 09 fevral 2024-cü il tarixli qətnaməsindən görünür ki, ilk iddia qismən təmin edilərək ilk iddia üzrə iddiaçı X6 və ilk iddia üzrə cavabdeh X15 arasında bağlanmış 16 fevral 2009-cu il tarixli, 07 saylı nikah akt qeydinin pozulması, 03 fevral 2009-cu il təvəllüdlü X16, 10 dekabr 2010-cu il təvəllüdlü X10 və 17 iyul 2012-ci il təvəllüdlü X8 anası X3 yanında saxlanılması, 03 fevral 2009-cu il təvəllüdlü X12, 10 dekabr 2010-cu il təvəllüdlü X5 və 17 iyul 2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ilk iddia üzrə cavabdeh X7 hər ay bir uşağa görə 60 manat, cəmi 180 manat sabit pul məbləğində aliment alınaraq ilk iddia üzrə iddiaçı X4 ödənilməsi, alimentin tutulmasının başlanğıcının 30 noyabr 2023-cü il tarixdən hesablanması, qarşiliqli iddiaçı X9 qarşılıqlı iddia üzrə cavabdeh X4 qarşı özünün saxlanması üçün sabit pul məbləğində 700 manat aliment tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir.

7. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin AZ-İ seriyalı 477080 nömrəli 29 aprel 2024-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X15 və X6 arasında nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 23 aprel 2024-cü il tarixdə 29 nömrə ilə qeyd edilmişdir.

8. Masallı rayon Təklə ərazi nümayəndəliyinin AZ-İİ seriyalı 238087 nömrəli, 25 fevral 2009-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 03 fevral 2009-cu il tarixdə anadan olmuşdur. Atası qrafasında X15, anası qrafasında X6 qeyd edilmişdir.

9. Masallı rayon Təklə ərazi nümayəndəliyinin AZ-İİ seriyalı 593164 nömrəli, 14 yanvar 2011-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 10 dekabr 2010-cu il tarixdə anadan olmuşdur. Atası qrafasında X15, anası qrafasında X6 qeyd edilmişdir.

10. Masallı rayon Təklə ərazi nümayəndəliyinin AZ-İİ seriyalı 937187 nömrəli, 17 iyul 2012-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 17 iyul 2012-ci il tarixdə anadan olmuşdur. Atası qrafasında X15, anası qrafasında X6 qeyd edilmişdir.

11. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 26 dekabr 2024-cü il tarixli, MŞM/MT036/2024-00993 nömrəli arayışdan görünür ki, 26 dekabr 2024-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında X6 iştirak etmiş, Cavabdeh iştirak etməmişdir. 60 manat mediasiya xərcini X6 ödəmişdir.

İşin faktiki halları:

12. Bеləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı X6 ilə X15 arasında nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 23 aprel 2024-cü il tarixdə 29 nömrə ilə qeyd edilmişdir. Birgə nikahlarından olan üç uşağın saxlanması üçün cavabdeh X7 hər ay bir uşağa görə 60 manat, cəmi 180 manat sabit pul məbləğində aliment tutulmuşdur. Hazırda iddiaçı uşağın saxlanılmasında çətinlik çəkir. Bu səbəbdən iddiaçı uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün uşaqların nənəsindən hər ay hər uşağa görə 100 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin təyin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Konstitusiyasının:

17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

14. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun:

13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

15. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:

75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir.

16. "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamı: 2025-ci il üçün minimum əmək haqqı 400 manat məbləğində müəyyən edilmişdir.

Məhkəmə baxışının hədləri:

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:

9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

19. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun:

36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsi, vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir.

21. Belə ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar və birgə nikahlarından olan üç uşağın saxlanması üçün cavabdeh X7 hər ay bir uşağa görə 60 manat, cəmi 180 manat sabit pul məbləğində aliment tutulmuşdur. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə zəruri vəsaitə malik nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Lakin qətnaməyə əsasən cavabdehin pensiya kartından hər ay iddiaçının xeyrinə 154 manat məbləğində pul tutulur. Göründüyü kimi yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün iddiaçı cavabdehdən aliment alır. Bundan başqa iddiaçı uşaqların nənəsinin zəruri vəsaitə malik olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

22. Eyni zamanda iddiaçıya izah olunur ki, aliment məbləği ilə razı olmadığı halda “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarına əsasən alimentin indeksasiyasına dair ərizə ilə və ya Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halla mövcud olduğu halda alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddia qaldırmaq hüququ vardır.

Məhkəmə xərcləri:

23. İddia rədd edildiyindən və məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

Nəticə:

24. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır.

25. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddiaçı Cavabdeh qarşı 03 fevral 2009-cu il təvəllüdlü X12, 20 dekabr 2010-cu il təvəllüdlü X5 və 17 iyul 2012-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 100 manat, cəmi 300 manat sabit pul məbləğində aliment alınaraq ona ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədirlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar