Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-584/2023 09.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X7 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Aslanzadə Ramin Sakit oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşaqların xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay bir uşaq üçün sabit pul məbləğində 220 manat, cəmi 440 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə el adəti qaydasında toy etməklə ailə həyatı qurmuşlar. Nikahlarını rəsmiləşdirməmişlər. Faktiki nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 adlı iki övladları olmuşdur. Cavabdeh uşaqların atalığını qeydiyyat şöbəsinə gələrək rəsmi şəkildə qeyd etdirmişdir. Cavabdehlə bir müddət mehriban yaşasalar da sonradan ailədaxili narazılıqlar səbəbindən ayrılmışlar. Cavabdeh fərdi əməklə məşğul olaraq yüksək gəlir əldə etsə də, uşaqlarına və ona heç bir maddi yardım göstərmir. Uşaqların təhsil və tərbiyyəsi ilə məşğul olduğundan o, özü heç bir yerdə işləmir. Cavabdeh ona və uşaqlarına maddi və mənəvi dəsdək olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehlə artıq uzun müddətdir ayrılmışlar və uşaqlar onunla birlikdə yaşayır. Faktiki nikahlarından iki nəfər uşaqları olmuşdur. Cavabdeh uşağın saxlanılmasında ümumiyyətlə iştirak etmir. Bu səbəbdən cavabdehdən hər ay ən az hər uşaq üçün 220 manat məbləğində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, fəhləlik edir və sabit iş yeri yoxdur. Hər uşaq üçün 120 manat aliment ödəmək iqtidarındadır. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X3 19 dekabr 2007-ci ildə Cəlilabad rayonu Göytəpə şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X4 05 fevral 2010-cu ildə Cəlilabad rayonu Göytəpə şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, X3 19 dekabr 2007-ci il tarixdə İddiaçı doğulmuş Cavabdeh atası hesab edilmişdir. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, X4 05 fevral 2010-cu il tarixdə İddiaçı doğulmuş Cavabdeh atası hesab edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə dair Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Qeyd olunan qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Məhkəmə qanunvericiliyin qeyd olunan tələblərinə əsaslanaraq bu nəticəyə gəlir ki, cavabdeh valideyn kimi uşağını saxlamağa borcludur. Məhkəmə iclasında cavabdehin daimi iş yerinin, qazancının müntəzəm və dəyişməyən olması müəyyən edilməmişdir. Məhkəmə tərəflərin ailə və maddi vəziyyətini, habelə diqqətəlayiq olan digər halları nəzərə alıb və azyaşlı uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, habelə tərəflərin hər birinin valideyn kimi uşaqlarını saxlamağa borclu olmalarını əsas tutub hesab edir ki, iddia qismən təmin edilməklə cavabdehdən 19 dekabr 2007-ci il təvəllüdlü X1 və 05 fevral 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan hesablanır. Odur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə 31 oktyabr 2022-ci il tarixdə məhkəməyə müraciət etdiyindən alimentin tutulması da həmin tarixdən hesablanmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia qismən təmin edilsin. 26 yanvar 2023-cü ildən başlayaraq Cavabdeh 19 dekabr 2007-ci il təvəllüdlü X1 və 05 fevral 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-584/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-584/2023
09.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver