Məhkəmə qərarları › İş №2(050)-602/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-602/2023

15.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-602/2023 15.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq 18 aprel 2014-cü il təvəllüdlü X1 və 07 iyul 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay bir uşağa 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə el adəti qaydasında toy etməklə ailə qurmuşlar, nikahlarını rəsmiləşdirməmişlər. Birgə nikahdan 18 aprel 2014-cü ildə Aysun və 07 iyul 2020-ci ildə Əli adlı uşaqları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar və uşaqlar onun himayəsindədir. Azyaşlı uşaqları ilə birlikdə tək qalmışdır, heç bir yerdə işləmir və maddi vəziyyəti ağırdır. Cavabdeh uşaqların maddi təminatı ilə maraqlanmır. Ona görə də sabit pul məbləğində aliment tutulması barədə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, lakin teleqramla müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilkməsini xahiş etmişdir. Məhkə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, heç bir yerdə işləmir. 2-ci dərəcəli əlildir, 280 manat pensiya alır və başqa gəliri yoxdur. Əl barmaqları yoxdur, ona görə fiziki işlə məşğul olub, qazanc əldə edə bilmir. Hər ay bir uşaq üçün 100 manat, cəmi 200 manat aliment ödəyə biləcəyini bildirmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X2 18 aprel 2014-cü ildə, X4 07 iyul 2020-ci ildə anadan olmuşlar. Uşaqların atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı aliment tələbi ilə məhkəməyə 26 yanvar 2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin faktiki və mübahisələndirilməyən hallarına əsasən 07 iyul 2020-ci il təvəllüdlü X3 atasının Cavabdeh, anasının İddiaçı olması müəyyən olunur. O, İddiaçı himayəsində yaşayır. 18 aprel 2014-cü il təvəllüdlü X1 atasının Cavabdeh olması müəyyən edilməmişdir. Məhkəmə izah edir ki, Aysunun atalıq faktı müəyyən edildikdən sonra ona münasibətdə aliment tələbinə dair məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, uşaqları saxlamaq, qayğısına qalmaq, onların maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Ona görə uşaqların saxlanılmasında valideyn kimi o da iştirak etməli və aliment ödəməlidir. Bununla belə, iş materiallarında cavabdehin aylıq qazancı haqqında sübut olmadığı üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə cavabdehin də maddi və ailə vəziyyətini, 2-ci dərəcə əlil olmasını, diqqətəlayiq digər halları nəzərə alaraq, aylıq aliment məbləğinin Əli Həsənova münasibətdə 120 manat müəyyən edilməsini məqsədəuyğun hesab edir. 18 aprel 2014-cü il təvəllüdlü X1 atasının Cavabdeh olması müəyyən edilməmişdir. Məhkəmə izah edir ki, Aysunun atalıq faktı müəyyən edildikdən sonra ona münasibətdə aliment tələbinə dair məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 07 iyul 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı ödənilsin. Alimentin tutulmasının başlanğıcı 26 yanvar 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Habil Bəhməov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar