Məhkəmə qərarları › İş №2(050)-74/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-74/2023

10.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-74/2023 10.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı rayon məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşaqların ananın yanında qalmasının müəyyən edilməsi və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı uşaqların ananın yanında qalmasının müəyyən edilməsi və aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh azyaşlı uşaqları 25 oktyabr 2019-cu il təvəllüdlü X1 və 05 fevral 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə hər ay 193 manat olmaqla, cəmi 386 manat məbləğində xeyrinə aliment tutulması, alimentin tutulmasının məhkəməyə müraciət etdiyi vaxtdan hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil1 iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək azyaşlı uşaqlar 25 oktyabr 2019-cu il təvəllüdlü X2 və 05 fevral 2021-ci il təvəllüdlü X3 anaları İddiaçı yanında qalmasının müəyyən edilməsi, Cavabdeh azyaşlı uşaqları 25 oktyabr 2019-cu il təvəllüdlü X2 və 05 fevral 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə hər ay sabit pul məbləğində 193 manat olmaqla, cəmi 386 manat məbləğində İddiaçı xeyrimə aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdehla 2018-ci ilin iyul ayının 12-də el adəti üzrə toy edǝrǝk ailə həyatı qurub cavabdehin valideynlərinə məxsus Masallı rayonu Bədəlan (Çayqıraq) kəndində yerləşən evə gəlin köçmüşdür.Cavabdehin ailə üzvlərinin razılığı ilə cehizlərini də həmin evə yerləşdirmişdir.Cavabdehlə nikahları isə rəsmi qeyd etdirməmişlər.Birgə yaşadıqları dövrdə 25 oktyabr 2019-cu il təvəllüdlü İbrahimova Elena və 05 fevral 2021-ci il təvəllüdlü İbrahimova Elay adlı iki uşaqları olmuşdur.Əvvəllər mehriban olsalar da, sonradan cavabdehlə aralarında narazılıqlar yaranmışdır.Artıq vəziyyət dözülməz həddə çatdığından ayrılmaq məcburiyyətində qalmışdır.Hazırda azyaşlı övladlarını təkbaşına böyüdür.Cavabdeh isə uşaqların saxlanılmasına köməklik etmir.Cavabdeh sanitar texniki usta olmaqla fərdi işlərlə məşğuldur ki, əldə etdiyi aylıq qazancı da stabil deyildir.Bu baxımdan qanunvericiliyin tələbinə əsasən birgə nikahdan olan uşaqların saxlanılması üçün cavabdeh aliment ödəməli və alimentin məbləği sabit pul məbləği ilə müəyyən edilməlidir. Odur ki, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi Vəkil1 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən uşaqlar onun yanında olmuş və cavabdeh uşaqların saxlanılmasına köməklik etmədiyindən yalnız aliment təbəbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.İş məhkəmədə olan dövrdə isə cavabdeh uşaqlarla görüşmək istədiyini və görüşərsə, uşaqların saxlanılmasına da köməklik edəcəyini bildirib uşaqları aparsa da, geri qaytarmadığından İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edib alimentlə yanaşı uşaqların da cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Lakin 2022-ci ilin dekabr ayının 6-da cavabdeh özü könüllü olaraq uşaqları İddiaçı qaytarıb, iddia ərizəsini geri götürəcəyi təqdirdə, həmin uşaqların da saxlanılmasına da köməklik edəcəyini vəd etməsinə baxmayaraq sonradan uşaqların saxlanılması ilə bağlı öhdəlikdən yayınmaq üçün yenidən iddiaçını təhdid etməyə, uşaqları ondan alıb sosial xidmətlərə verəcəyi ilə bağlı hədə-qorxular gəlməyə başlamışdır.Bu isə mübahisənin məhkəmə yolu ilə həllinin zəruri olduğu deməkdir. Cavabdeh tərəf məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi Vəkil1 izahatını dinləyib iş materiallarını araşdıraraq iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X4 25 oktyabr 2019-cu ildə Masallı şəhərində anadan olmuşdur.Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X6 05 fevral 2021-ci ildə Masallı şəhərində anadan olmuşdur.Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında arayışdan görünür ki, Cavabdeh 25 oktyabr 2019-cu il tarixdə İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında arayışdan görünür ki, Cavabdeh 05 fevral 2021-ci il tarixdə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Masallı Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 05 dekabr 2022-ci il tarixli, 51 saylı rəyindən görünür ki, komissiya uşaqların yaşı az olduğu üçün ana qayğısına ehtiyaclarının olmasını nəzərə alaraq xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X3 anaları İddiaçı yanında qalmasını məqsədǝmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərindən hansının yanında qaldığını, eləcə də uşaqlar üçün alimentin hansı valideyindən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar.Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4).Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1).Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə dair Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər.Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Qeyd olunan qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qanunvericiliyin tətbiq edilən müddəalarına əsasən hesab edir ki, tərəflərin nikahından anadan olmuş uşaqlara qayğı göstərilməsi baxımından, onların tərbiyəsi, təhsili, yaşayış yerlərinin müəyyən edilməsi, yaşları, qanunla qorunan mənafeləri nəzərə alınmaqla 25 oktyabr 2019-cu il təvəllüdlü X4 və 05 fevral 2021-ci il təvəllüdlü X3 anaları İddiaçı yanında qalmaları müəyyən edilməlidir. Həmçinin məhkəmə tərəflərin ailə və maddi vəziyyətini, habelə diqqətəlayiq olan digər halları nəzərə alıb, azyaşlı uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, habelə tərəflərin hər birinin valideyn kimi uşaqlarını saxlamağa borclu olmalarını nəzərə alaraq hesab edir ki, cavabdehdən 25 oktyabr 2019-cu il təvəllüdlü X1 və 05 fevral 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün sabit pul məbləğində 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınaraq iddiaçının xeyrinə verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan hesablanır.Odur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə 26 sentyabr 2022-ci il tarixdə məhkəməyə müraciət etdiyindən alimentin tutulması həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 219-220-ci, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia qismən təmin edilsin. İddiaçı doğulmuş 25 oktyabr 2019-cu il təvəllüdlü X4 və 05 fevral 2021-ci il təvəllüdlü X6 anaları İddiaçı yanında qalması müəyyən edilsin. Cavabdeh 25 oktyabr 2019-cu il təvəllüdlü X1 və 05 fevral 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması 26 sentyabr 2022-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar