Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1045/2025 02.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdehn qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehn qarşı aliment tələbinə dair məhkəmədə iddia qaldıraraq, birgə nikahdan doğlulmuş övladı xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 300 manat sabit pul məbləğində alimentin tutulması, mediasiya xərci kimi ödənilmiş 50 manat pulun cavabdehdən tutulub ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin onunla əsaslandırmışdır ki, Cavabdeh arasındakı nikah Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-811/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin Qətnamə ilə birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X5 onun yanında saxlanmış, cavabdehdən 130 manat aliment tutulması qət edilmişdir. 2020-ci ilin oktyabr ayında o, alimentin hissəvi şəkildə müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etdi və iddia təmin edildi. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 1769/2020 saylı, xx.xx.2020-ci il tarixli Qətnaməsi ilə cavabdehin gəlirlərinin 4/1 hissəsindən aliment tutulması qət edildi. Lakin son illər cavabdehdən tutulan alimentin uşağın xərclərinə bəs etmir, həmçinin cavabdehdən tutulan alimentin miqdarı da artmır, halbuki cavabdehin ən azından maaşında artım olmuşdur. Hazırda bir azyaşlı övladımla birgə valideynlərinin yanında müvəqqəti məskunlaşmışdır. O, ibtidai sinif müəlliməsidir, orta məktəbdə işləyir və rəsmi əmək haqqından başqa heç bir gəliri yoxdur. Ara-sıra valideynləri ona və uşağına maddi dəstək göstərir. Uşağın normal böyüməsi, təhsil alması, məişət və sağlamlıq qayğılarının çəkilməsi üçün maddi xərclər tələb olunur. Ona görə də, birgə nikahından doğulmuş azyaşlı uşağı atası Cavabdeh sabit məbləğdə aliment tələb edir. Cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin DYMX Mingəçevir Şəhər DYM Dəstəsində işləyir, hələ 2020-ci ildə rəsmi əmək haqqısı 714.65 manat idi, hazırda isə bundan çoxdur. Eyni zamanda, cavabdehin rəsmi əmək haqqı və gəlirlərindən əlavə, digər gəlirləri də var, belə ki, cavabdeh 2 gün evdə 1 gün işdə olur və həmin günlərdə fərdi qaydada ustalıq etməklə ev təmiri (suvaq işləri) işləri ilə məşğul olur. Bildiyi qədərindən hazırda cavabdehin rəsmi və qeyri-rəsmi gəlirləri bir ayda cəmi 1500- 2000 manat təşkil edir. Cavabdehin gəlirlərinin qeyri-müntəzəm, dəyişən olmasını, uşağın maddi və mənəvi tələbatlarını, ölkədə real iqtisadi vəziyyəti nəzərə alaraq cavabdehdən uşağın saxlanması üçün ayda 300 manat sabit pul məbləğində alimentin tutulmasını ağlabatan hesab edir. Onu da qeyd edir ki, 07 aprel 2024-cü il tarixdə Mingəçevir şəhərində yerləşən 1 saylı X3 mediasiya prosesi baş tutdu, lakin prosesin davam etdirilməsi və barışıq əldə olunması mümkün olmadı. Ona görə də birgə nikahdan doğlulmuş övladı xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 300 manat sabit pul məbləğində alimentin tutulması, mediasiya xərci kimi ödənilmiş 50 manat pulun cavabdehdən tutulub ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, 2015-ci ildə ayrılmışlar. Fövqəladə Hallar Nazirliyində çalışır və 820 manat əmək haqqı alır. Hər ayda alimenti gecikdirmədən ödəyir. Hazırda evlidir və bir oğlu var. Anası xəstədir və onun da qayğısına qalır. Bu ilin yanvar ayından əmək haqqı artdığına görə hazırda 193 manat aliment ödəyir. İddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, tərəfərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə doğulmuş X5 adlı uşağın atası Cavabdeh və anası İddiaçıdır. İşdə olan Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Yusifova X4 şəhəri Züleyxa Həsənova küçəsi ev 2, mənzil 5 ünvanda qeydiyyatdadır. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Cavabdeh arasında bağlanmış nikah Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixdə xitam verilmişdir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1769/2020 xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 11 dekabr 2012-ci il tarixdə doğulmuş Aynur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)– 811/2017 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq uşaq üçün cavabdehin hər ay aylıq qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi məbləğində müəyyən edilsin və Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2011-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından 11 dekabr 2012-ci il tarixdə Aynur adlı bir nəfər uşaqları olmuşdur. Onların arasında olan nikah 28 dekabr 2017-ci il tarixdə pozulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)–1769/2020 saylı qətnaməsi ilə 11 dekabr 2012-ci il tarixdə doğulmuş Aynur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)–811/2017 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq uşaq üçün cavabdehin hər ay aylıq qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi məbləğində müəyyən edilməsi və Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı yenidən sabit pul məbəğində aliment təyin edilməsi ilə bağlı Məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəlləsinin 78.1-ci və 78.2-ci maddələrinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 1.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 8.4-cü bəndə 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilərək göstərilmişdir ki, 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmə, tərəflərin ailə və maddi vəziyyətini, uşaqların mənafeyini nəzərə alaraq, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)– 1769/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilərək uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,58 misli həddində aliment tutulmalıdır. Qeyd etmək lazımdır ki, alimentin məbləği artırıldığı halda, miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mediasiya xərci ilə bağlı qeyd edir ki, mediasiya arayışında mediasiya xərci 50 manat göstərildiyindən həmin məbləğin 25 manat hissəsi cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)–1769/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2012-ci il tarixdə doğulmuş X5 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə (hər təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə) sonrakı artımlar nəzərə alınmaqla, hər ay 0,58 misli həddində sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Ödənilmiş mediasiya xərcinin 25 (iyirmi beş) manat hissəsi Cavabdeh tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1045/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1045/2025
02.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver