Məhkəmə qərarları › İş №2(051)-1065/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1065/2023

17.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1065/2023 17.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi və Ağayeva Aynurə Nizamim qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment tələbinə» dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «aliment tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o cavabdehlə xx.xx.2021-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. Lakin sonradan münasibətləri yaxşı olmadığı üçün nikahları pozulmasa da ayrı yaşayırlar. Cavabdeh uşağa baxmır, onların maddi tələbatını ödəmir. Özü heç yerdə işləmədiyi üçün uşağı təkbaşına saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Ona görə də iddiaçı məhkəmədən Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 250 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddianın həcmini azaldılması barədə məhkəməyə ərizə təqdim edərək iddiaçı məhkəmədən Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 150 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini tam qəbul edərək 150 manat məbləğində aliment ödəməyə razı olduğunu bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara əsasən təmin edilməldidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin «Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Yusibova X1 şəhəri, Nizami prospekti, ev 12, mənzil 85 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZ İİ № 469908 saylı xx.xx.2021-ci il tarixli nikah haqqıda şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh ararsında xx.xx.2021-ci il tarixdə Mİngəçevirregional ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsində nikah bağlanmış bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 937 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan AZ İV № 761710 saylı xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü X2 adlı övladları doğulmuşdur. Beləliklə məhkəmədə müəyyən olundu ki, xx.xx.2021-cı il il tarixdə tərəflər arasında rəsmi nikah bağlanmış və birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X2 adlı övladları doğulmuşdur. Lakin sonradan münasibətləri yaxşı olmadığı üçün nikahları pozulmasa da ayrı yaşayırlar. Cavabdeh uşağa baxmır, onların maddi tələbatını ödəmir. Özü heç yerdə işləmədiyi üçün uşağı təkbaşına saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Odur ki, məhkəmə hesab edir ki, birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Cavabdeh iddiaçı tərəfindən irəli sürülmüş 150 manat məbləğində aliment ödənilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə cavabdehin iddianı etiraf etməsini qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edərək təsdiq edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinin tələbinə görə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsaslıdı olduğundan təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay Cavabdeh qazancından və (və ya) başqa gəlirindən, xx.xx.2022-ci il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Qətnamə dərhal icra edlsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar