Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-110/2022 01.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh): İddiaçı və vəkili Vəkil Cavabdeh (qarşlıqlı iddia üzrə iddiaçı) Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşlıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı şərəf və ləyaqətin müdafiəsi və vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair ilkin iddiası, cavabdeh (qarşlıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşlıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, məhkəmədən cavabdeh (qarşlıqlı iddia üzrə iddiaçı) Cavabdeh onun şərəf və ləyaqətini ləkələdiyinə görə sosial şəbəkədə onun ünvanına dediyi məlumatları təkzib etməklə ondan üzr istəməsi və ona dəymiş 1000 manat mənəvi zərərin alınıb ona ödənilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh (qarşlıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən ilkin İddiaçı onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələdiyinə, həmçinin səhhətinə ziyan vurduğuna görə ondan üzr istəməsi və dəymiş mənəvi zərərə görə 1000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı alınaraq ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddiaçı məhkəmə iclası zamanı ilkin iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh “Whatsapp Mesenger” sosial şəbəkəsi vasitəsi ilə müəllimlərin toplaşdığı “Nəzəriyyə şöbəsi” qrupunda ***-***-**-** saylı mobil nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə dəfələrlə mesaj yazaraq, “Samirə yuyulmamış çömçə kimi ortaya girmə, sənin dərdin nədir onu bilirik”- deyə bildirmişdir. O, həmin musiqi məktəbində musiqi nəzəriyyəsi müəllimi işləməklə məktəbin müəllim kollektivi arasında böyük hörmət qazanmışdır. Hesab edir ki, cavabdeh bu hərəkətləri ilə onun şərəf və ləyaqətini alçaltmış və ona mənəvi zərər vurmuşdur. Hesab edir ki, iddia tələbi əsaslıdır. Bununla belə cavabdeh mülki məsuliyyətdən yayınmaq və özünü də mənəvi zərərə məruz qalmış şəxs kimi göstərmək üçün ona qarşı Hazırda iddiasını tam əsaslı hesab edir. Odur ki, məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh (qarşlıqlı iddia üzrə iddiaçı) Cavabdeh məhkəmə iclası zamanı qarşılıqlı iddia tələbini müdafiə etdi, ilkin iddianı qəbul etmədi, əsasən qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, ilkin iddiaçı iddia edir ki, guya o müəllimlərin WhatsApp qrupunda dəfələrlə mesaj yazaraq, onun ünvanına “Samirə, yuyulmamış çömçə kimi ortaya girmə, sənin dərdin nədir, onu bilirik” ifadəsini işlətməklə, onun şərəf və ləyaqətini alçaltmışdır. Təəssüf ki, ifadəni İddiaçı ümumi konteksdən çıxararaq, məhkəməyə təqdim etməklə, məhkəməni aldatmağa cəhd etmişdir. Üstəlik bu ifadəyə qədər onun ünvanına işlətdiyi fikirlərlə şərəf və ləyaqətinə, işgüzar nüfuzuna zərbə vurmuşdur. Belə ki, “Whatsapp Mesenger” sosial şəbəkəsi vasitəsi ilə müəllimlərin toplaşdığı “Nəzəriyyə şöbəsi” qrupunda söhbət musiqi məktəbinin nəzəriyyə şöbəsinin müdiri Xuraman Alıyeva ilə onun arasında olub, lakin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı söhbətə yersiz müdaxilələr etmişdir. Belə ki, o “ məsuliyyət nə olduğunu bilirik xanım bir vidyo da siz çəkin nümumə götürək”, “heç görmədik. Görünən kəndə bələdçi lazım deyil” kimi ifadələrlə onu konfliktə çəkməyə, həmçinin kollektiv arasında və şəhərdəki nüfuzuna xələl gətirməyə cəhd etmişdir. İddiaçı musiqi məktəbinin direktoruna və Mingəçevir şəhər Polis şöbəsinə müraciətləri ilə bağlı o, 2020-ci il may ayının sonlarında, iyun ayının əvvəllərində vaxt itirərək, izahat verməli olmuşdur. Həmin müraciətlərdən aydın olmuşdur ki, İddiaçı şikayətləri qərəzlidir. Çünki hər iki quruma müraciətində yazmışdır ki, məktəb rəhbərliyi onun nəzəriyyə şöbəsinin müdiri vəzifəsinə təyin etmək istəmiş, lakin Cavabdeh etirazından sonra fikrini dəyişmişdir. Həqiqətən 2 il qabaq məktəbə yeni təyin olunan X1 Məmmədovanı iş təcrübəsinə bələd olmadan təxminən 40 nəfər nəzəriyyə müəlliminin üzərində şöbə müdiri təyin etmək fikrinə düşmüşdür, lakin təkcə onun deyil, başqa müəllimlərin də etirazı olmuş və bu səbəbdən də həmin vəzifəyə təcrübəli, stajlı müəllim təyin olunmuşdur. Məhz buna görə o zamandan İddiaçı ona qarşı qərəzini açıq şəkildə biruzə verməyə başlamışdır. Odur ki, məhkəmədən ilkin iddianın rədd, qarşlıqlı iddianın isə təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehin (qarşlıqlı iddia üzrə iddiaçı) nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı cavabdehlə eyniməzmunlu izahat verərək məhkəmədən ilkin iddianın rədd, qarşlıqlı iddianın isə təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/1810 saylı ekspert rəyindən görünür ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş “Whatsapp Mesenger” sosial şəbəkəsi vasitəsi ilə müəllimlərin toplaşdığı “Nəzəriyyə şöbəsi” qrupunda olan yazışmaların fotoçıxarışlarında İddiaçı şərəf və ləyaqətini ləkələyən və alçaldan, işgüzar nüfuzuna xələl gətirən ifadələr müəyyən olunmadı. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş “Whatsapp Mesenger” sosial şəbəkəsi vasitəsi ilə müəllimlərin toplaşdığı “Nəzəriyyə şöbəsi” qrupunda olan yazışmaların fotoçıxarışlarında Cavabdeh şərəf və ləyaqətini ləkələyən və alçaldan, işgüzar nüfuzuna xələl gətirən ifadələr müəyyən olunmadı. “Whatsapp Mesenger” sosial şəbəkəsi vasitəsi ilə müəllimlərin toplaşdığı “Nəzəriyyə şöbəsi” qrupunda Cavabdeh ilə məktəbin nəzəriyyə şöbəsinin müdiri Xuraman Aliyeva arasında aparılan yazılı söhbət zamanı, İddiaçı, “məsuliyyət nə olduğunu bilirik xanım, bir video da siz çəkin nümunə götürək”, “heç görmədik. Görünən kəndə bələdçi lazım deyil” kimi ifadələrlə müdaxilə etməsi, Cavabdeh şərəf və ləyaqətini ləkələyən və alçaldan, işgüzar nüfuzuna xələl gətirən ifadələr hesab edilmir. “Whatsapp Mesenger” sosial şəbəkəsi vasitəsi ilə müəllimlərin toplaşdığı “Nəzəriyyə şöbəsi” qrupunda Cavabdeh ilə məktəbin nəzəriyyə şöbəsinin müdiri Xuraman Aliyeva arasında aparılan yazılı söhbət zamanı İddiaçı, “məsuliyyət nə olduğunu bilirik xanım, bir video da siz çəkin nümunə götürək”, “heç görmədik. Görünən kəndə bələdçi lazım deyil” kimi ifadələrlə müdaxilə etməsi, Cavabdeh isə “Samirə, yuyulmamış çömçə kimi ortaya girmə, sənin dərdin nədir onu bilirik” deyə qarşılıq İddiaçı şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna xələl gətirən ifadələr hesab edilmir. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/423 saylı ekspert rəyindən görünür ki, iddiaçı (qarşılıqlı idia üzrə cavabdeh) İddiaçı tərəfindən iş materaillarına əlavə edilmiş CD diskdə olan səs yazılarında İddiaçı şərəf və ləyaqətini ləkələyən və alçaldan, işgüzar nüfuzuna xələl gətirən ifadələrə yol verilmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə cavabdeh) Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş CD diskdə olan səs yazılarında Cavabdeh nın şərəf və ləyaqətini ləkələyən və alçaldan, işgüzar nüfuzuna xələl gətirən ifadələrə yol verilməmişdir. CD diskdə olan səs yazılarında Cavabdeh tərəfindən deyilən “qrupda hamı ağzına yiyəlik eləsin, qız. Birinci gün mən səninlə haqq-hesabımı çəkəcəm. Hünərin də var, birinci gün gəl məktəbə. Eşitdin, Samirə? Səni deyəsən boş buraxdım ha mən” kimi cümlələrdə İddiaçı şərəf və ləyaqətini ləkələyən və alçaldan, işgüzar nüfuzuna xələl gətirən ifadələr mövcuddur. CD diskdə olan səs yazılarında İddiaçı tərəfindən deyilən “birinci günə niyə saxlayırsınız? Uzağa getməyək, yaxın qonşuyuq, buyurub gəlib hücuma keçə bilərsiniz. O komissiyanın üzvlərindən biri də mənəm. Mənim ipim nəyə görə sizin əlinizdə olmalıdır. Bir az danışığınıza fikir verin. Elə edirsiniz ki, elə bil mən sizin yanınızda bij basdırmışam. Nəsə bir günah sahibiyəm. Bu nə danışıqdır? Bu nə tondur mənlə danışırsız kimi cümlələrdə Cavabdeh şərəf və ləyaqətini ləkələyən və alçaldan, işgüzar nüfuzuna xələl gətirən ifadələr mövcud deyildir. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/937 saylı ekspert rəyindən görünür ki, Whatsapp Messenger sosial şəbəkəsi vasitəsi ilə müəllimlərin toplaşdığı Nəzəriyyə qrupunda olan yazışmaların fotoçıxarışlarında və CD diskdə olan səs yazılarında ümumi kontektsdə tərəflərin şərəf və ləyaqətini ləkələyən və alçaldan, işgüzar nüfuzuna xələl gətirən ifadələrə yol verilmədiyi müəyyən edilmişdir. Məhkəmə, xx.xx.2022-ci il tarixli 4/423 nömrəli ekspert rəyi ilə xx.xx.2022-ci il tarixli 4/1810 saylı və xx.xx.2022-ci il tarixli 4/937 saylı ekspert rəyləri arasında olan ziddiyyətlə bağlı qeyd edir ki, tərəflərin təqdim etdiklərinə əsasən, xx.xx.2022-ci il tarixli 4/1810 saylı ekspert rəyində yalnız “Whatsapp Mesenger” sosial şəbəkəsi vasitəsi ilə müəllimlərin toplaşdığı “Nəzəriyyə şöbəsi” qrupunda olan yazışmaların fotoçıxarışları, xx.xx.2022-ci il tarixli 4/423 nömrəli ekspert rəyində isə CD diskdə olan səs yazıları ayrı-ayrılıqda tədqiq edilmişdir. Ona görə də ekspertlər tərəfindən fərqli rəylər verilmişdir. Belə olan halda təkrar məhkəmə linqvistik ekspertizası təyin edilmiş və xx.xx.2022-ci il tarixli 4/937 saylı ekspert rəyində Whatsapp Messenger sosial şəbəkəsi vasitəsi ilə müəllimlərin toplaşdığı Nəzəriyyə qrupunda olan yazışmaların fotoçıxarışlarında və CD diskdə olan səs yazıları ümumi kontektsdə tədqiq edilmişdir. Qeyd olunan rəydə tərəflərin şərəf və ləyaqətini ləkələyən və alçaldan, işgüzar nüfuzuna xələl gətirən ifadələrə yol verilmədiyi müəyyən edilmişdir. Ona görə də məhkəmə işin qanuni həll edilməsi baxımından, iş materialları və iş üzrə təqdim edilmiş digər sübutlarla təsdiq edildiyindən, kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəldiyindən, xx.xx.2022-ci il tarixli 4/937 saylı ekspert rəyini sübut növü kimi qəbul edir və nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə görə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənamlı nəticə çıxarmağa əsas verməlidir. Odur ki, hazırki mübahisə üzrə ilkin və qarşılıqlı iddiaçı tərəfin istinad etdiyi məlumatların məhz ilkin və qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən yayılması, həmin məlumatların yalan olması, işgüzar nüfuzu, şərəf və ləyaqəti ləkələnməsi, habelə ilkin və qarşılıqlı iddiaçının mənəvi zərərə məruz qalması, həmin zərərin ilkin və qarşılıqlı iddia üzrə cavabdehlərin hüquqa zidd təqsirli hərəkətlərindən sonra baş verməsi, iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olması və onun nəticəsində mənəvi sarsıntı və fiziki iztirab keçirməsini sübutetmə yükü ilkin və qarşılıqlı iddia üzrə iddiaçıların üzərinə düşür. Yayılmış məlumatların həqiqətə uyğun olmasını sübutetmə yükü isə ilkin və qarşılıqlı iddia üzrə cavabdehlərin üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı və cavabdeh Mingəçevir şəhər Ü.Hacıbəyov adına 11 illik musiq məktəbində müəllim işləyirlər. Whatsapp Messenger sosial şəbəkəsi vasitəsi ilə müəllimlərin toplaşdığı nəzəriyyə şöbəsi qrupunda məktəbin nəzəriyyə şöbəsinin müdiri Xuraman Aliyeva ilə Cavabdeh arasında olan yazılı söhbət zamanı İddiaçı müdaxilə etmiş və bundan sonra onların aralarında mübahisə yaranmışdır. Hər iki tərəf bu faktların mövcudluğunu mübahisəsiz qəbul etdiyindən, məhkəmə bu faktları işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Lakin cavabdeh tərəfindən iddiaçının, iddiaçı tərəfindən isə cavabdehin işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyən məlumatların yayılması, həmçinin hər iki tərəfin mənəvi zərərə məruz qalması haqqında tərəflərin izahatları ziddiyyətli olduğundan, məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, işin qanuni həll edilməsi üçün ilk növbədə ilkin iddiaya qiymət verilməlidir. İlkin iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün “Whatsapp Mesenger” sosial şəbəkəsi vasitəsi ilə müəllimlərin toplaşdığı “Nəzəriyyə şöbəsi” qrupunda olan yazışmaların fotoçıxarışlarını və CD diskini təqdim etmiş, cavabdeh tərəf isə iddiaçının bildirdiklərini təkzib etmişdir. Ona görə də məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, ilkin iddia əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası MM–nin şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsindən bəhs edən 23.1–ci maddəsində göstərilmişdir ki, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Eləcə də “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999–cu il tarixli 7 nömrəli qərarının 3–cü bəndində göstərilmişdir ki, yayılmış məlumatlar əxlaqi prinsiplər, istehsal–təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı–ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Həmin qərarda daha sonra göstərilir ki, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri–müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verlişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və ya təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı yalnız formal mülahizələr əsasında cavabdehin onun şərəf-ləyaqətini və işgüzar nüfuzunun ləkələnməsini göstərməklə kifayətlənmişdir. Halbuki, mülki qanunvericilik mövcud vəziyyətdə, yəni şərəfi, ləyaqəti və işgüzar nüfuzu ləkələyən yalan məlumatların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu iddiaçıda saxlanıldığı halda keçirdiyi sarsıntı və iztirabları sübut etmək vəzifəsini də məhz iddiaçıya aid etmişdir. Eləcə də, Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Hazırkı iş üzrə iddiaçı məhkəmə iclası zamanı cavabdeh tərəfindən ona deyilən “Samirə yuyulmamış çömçə kimi ortaya girmə. Sənin dərdin nədi bilirik”, “qrupda hamı ağzına yiyəlik eləsin, qız. Birinci gün mən səninlə haqq-hesabımı çəkəcəm. Hünərin də var, birinci gün gəl məktəbə. Eşitdin, Samirə? Səni deyəsən boş buraxdım ha mən” kimi ifadələrin kollektiv arasında deyilməklə onun şərəf və ləyaqətini alçaltmasını, işgüzar nüfuzuna xələl gətirməsini formal mülahizələr əsasında bildirmiş, habelə onların yayılması nəticəsində mənəvi zərərə məruz qalmasını təkzib olunmaz dəlillərlə sübuta yetirə bilməmişdir. Belə ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin İddiaçı münasibətdə xx.xx.2022-ci il tarixli ekspert rəyində Whatsapp Messenger sosial şəbəkəsi vasitəsi ilə aparılmış yazışmaların fotoçıxarışlarında şərəf və ləyaqəti alçaldan, işgüzar nüfuza xələl gətirən ifadələrin işlədilmədiyi, xx.xx.2022-ci il tarixli ekspert rəyində isə CD diskdə olan səs yazılarında onun şərəf və ləyaqətini alçaldan ifadələrin yer aldığı bildirilsə də, xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə Whatsapp Messenger sosial şəbəkəsi vasitəsi ilə müəllimlərin toplaşdığı Nəzəriyyə qrupunda olan yazışmaların fotoçıxarışlarına və CD diskdə olan səs yazılarına ümumi kontektsdə baxılmış və tərəflərin şərəf və ləyaqətini ləkələyən və alçaldan, işgüzar nüfuzuna xələl gətirən ifadələrə yol verilmədiyi müəyyən edilmişdir. Belə olan halda cavabdehin iddiaçı haqqında bildirdiyi fikirlərin onun şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən ifadələr hesab edilmir. İşin müəyyən olunmuş hallarından bir daha aydın olur ki, iddiaçının subyektiv hüququ cavabdeh tərəfindən pozulmamışdır. Ona görə də onun cavabdehə qarşı tələb hüququ yaranmamışdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002–ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən ziyan törədir. Zərər yetirmə şəxsin subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Whatsapp Messenger sosial şəbəkəsi vasitəsi ilə müəllimlərin toplaşdığı nəzəriyyə şöbəsi qrupunda olan yazışmalarda ilkin iddiaçının şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatların olması, həmçinin onların yayılması nəticəsində iddiaçının mənəvi zərərə məruz qalması məhkəmə iclası zamanı tədqiq olunmuş sübutlar əsasında öz təsdiqini tapmadığından, iddiaçının tələbi əsaslı sayıla bilməz. Ona görə də məhkəmə işin müəyyən ediılmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, ilkin iddiaçının ilkin iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, həmçinin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddiasına qiymət verərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə qarşılıqlı iddia tələbi də əsassızdır. Belə ki, cavabdeh (qarşılıqlı iddiaçı) qarşılıqlı iddia ərizəsində Whatsapp Messenger sosial şəbəkəsi vasitəsi ilə müəllimlərin toplaşdığı Nəzəriyyə şöbəsi qrupunda onunla məktəbin nəzəriyyə şöbəsinin müdiri Xuraman Aliyeva arasında aparılan yazılı söhbət zamanı ilkin İddiaçı “məsuliyyət nə olduğunu bilirik xanım, bir videoda siz çəkin nümunə götürək”, “heç görmədik, görünən kəndə bələdçi lazım deyil” kimi ifadələrdə müdaxilə etməsi, həmçinin “birinci günə niyə saxlayırsınız? Uzağa getməyək, yaxın qonşuyuq, buyurub gəlib hücuma keçə bilərsiniz. O komissiyanın üzvlərindən biri də mənəm. Mənim ipim niyə görə sizin əlinizdə olmalıdır. Bir az danışığınıza fikir verin. Elə edirsiniz ki, elə bil mən sizin yanınızda bij basdırmışam. Nəsə bir günah sahibiyəm. Bu nə danışıqdır? Bu nə tondur mənlə danışırsız” kimi ifadələrdən istifadə etməsi, həmin ifadələr nəticəsində onun şərəfinin, ləyaqətinin və işgüzar nüfuzunun alçaldılması və bu ifadələrin ona mənfi təsir göstərdiyini, ona görə də mənəvi sarsıntı və iztirab keçirdiklərini iddia etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh Whatsapp Messenger sosial şəbəkəsi vasitəsi ilə müəllimlərin toplaşdığı nəzəriyyə şöbəsi qrupunda ilkin iddiaçı tərəfindən deyilən ifadələrin kollektiv arasında deyilməklə onun şərəf və ləyaqətini alçaltmasını, işgüzar nüfuzuna xələl gətirməsini formal mülahizələr əsasında bildirmiş, habelə onların yayılması nəticəsində mənəvi zərərə məruz qalmasını təkzib olunmaz dəlillərlə sübuta yetirə bilməmişdir. Belə ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin Cavabdeh münasibətdə xx.xx.2022-ci il tarixli ekspert rəyində Whatsapp Messenger sosial şəbəkəsi vasitəsi ilə müəllimlərin toplaşdığı Nəzəriyyə qrupunda olan yazışmaların fotoçıxarışlarında və CD diskdə olan səs yazılarında onun şərəf və ləyaqətini ləkələyən və alçaldan, işgüzar nüfuzuna xələl gətirən ifadələrə yol verilmədiyi müəyyən edilmişdir. Belə olan halda ilkin iddiaçının cavabdeh haqqında bildirdiyi fikirlərin onun şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən ifadələr olduğu müəyyən edilməmişdir. Odur ki, məhkəmə işin müəyyən ediılmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, ilkin və qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, ilkin iddiaçı və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfin vəsatəti əsasında təyin edilmiş məhkəmə–linqvistik ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 454 manat məhkəmə xərci ilkin və qarşılıqlı iddia üzrə iddiaçılardan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. İş materialarında olan xx.xx.2022, xx.xx.2022 və 18.08.202-ci il tarixlərdə aparılmış məhkəmə linqvistik ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, məhkəmə–linqvistik ekspertizası zamanı aparılmış tədqiqatların dəyəri 454 manat təşkil etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, ilkin və qarşılıqlı iddia rədd edildiyindən hər iki iddia üzrə ödənilmiş dövlət rüsumları ilk və qarşılıqlı iddia üzrə iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216–220 və 233, 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlkin iddia rədd edilsin. İddiaçı (qarşlıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşlıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı onun şərəf və ləyaqətini ləkələdiyinə görə sosial şəbəkədə onun ünvanına dediyi məlumatları təkzib etməklə ondan üzr istəməsi və ona dəymiş 1000 manat mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair ilkin iddiası təmin edilməsin. Qarşılıqlı iddia rədd edilsin. Cavabdeh (qarşlıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələdiyinə, həmçinin səhhətinə ziyan vurduğuna görə ondan üzr istəməsi və dəymiş mənəvi zərərə görə 1000 manat məbləğində pulun İddiaçı alınaraq ona verilməsi tələbinə dair qarşlıqlı iddiası təmin edilməsin. İddiaçı (qarşlıqlı iddia üzrə cavabdeh) İlkin İddiaçı aparılmış məhkəmə–linqvistik ekspertiza tədqiqatın dəyəri olan 227 (iki yüz iyirmi yeddi) manat məbləğində məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Cavabdeh (qarşlıqlı iddia üzrə iddiaçı) Cavabdeh aparılmış məhkəmə–linqvistik ekspertiza tədqiqatın dəyəri olan 227 (iki yüz iyirmi yeddi) manat məbləğində məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-110/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-110/2022
01.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver