Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1106/2023 25.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin dörddə bir hissədə tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, 19 avqust 2020-ci il təvəllüdlü Onur adlı uşağın saxlanması üçün Cavabdeh hər ay uşaq yetkinlik yaşına çatana kimi saxlanması üçün qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, Cavabdeh nikahlarını 05 dekabr 2019-cu ildə X3 xidmət mərkəzində Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Onların birgə nikahdan 19 avqust 2020-ci il təvəllüdlü Onur adlı uşaqları olmuşdur. Nikahlarının ilk dövrlərində ailə münasibətləri normal olmuş, onlar mehriban yaşamışlar. Lakin bir müddət sonra cavabdehlə münasibətləri pozuldu. Onlar məhkəmə qaydasında boşanmışlar. Alimentlə əlaqədar mediasiya prosesində olmuşdur. Cavabdeh mediasiyada iştirak etməmişdir. Barışıq sazişində cavabdehin maneəsiz 150 manat verməli olması göstərilmiş və bununla əlaqədar barışıq sazişi məhkəmə qaydasında təsdiqlənmişdir. Həmin barışıq sazişində alimentin 2023-cü ilin aprel ayına kimi alimentin artırılması mümkünsüz olsa da, aprel ayından alimentin artırılması mümkün olmuşdur. Cavabdehin əmək haqqı artmış, uşaqlar üçün yaşayış minimumu artmış və əlavə xərclər çoxalmışdır. Ona görə də məcburən məhkəməyə müraciət etməlidir. Odur ki, məhkəmədən 19 avqust 2020-ci il təvəllüdlü Onur adlı uşağın saxlanması üçün Cavabdeh hər ay uşaq yetkinlik yaşına çatana kimi saxlanması üçün qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(051)- 1911/2021 saylı qətnaməsindən görünür ki, X2 ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə X3 Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində bağlanmış və 801 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydinin pozulması, boşanmadan sonra tərəflərin birgə nikahından xx.xx.2020-ci il tarixdə doğulmuş Onur adlı uşağın İddiaçı yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-501/2022 saylı qətnaməsindən görünür ki, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixdə tərəflərin birgə nikahından doğulmuş Onur adlı uşaq 3 yaşına çatanadək ana üçün hər ay 40 manat sabit pul məbləğində aliment vəsaiti alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli barışıq sazişindən görünür ki, birinci tərəf İddiaçı, ikinci tərəf Cavabdeh olmaqla. Tərəflər ayda 150 (bir yüz əlli) manat 1 uşağa görə alimentin ödənilməsi üçün razılığa gəldilər və razılaşmanın bu müddəası üzrə ən azı 18 ay əlavə tələb irəli sürməyəcəklərini üzərlərinə götürürlər. 2021-ci ilin oktyabr ayından başlayaraq hər ayın son ongünlüyündə 150 (bir yüz əlli) manat aliment ödənişini İİ tərəf İ tərəfin hesabına ödəyəcəyini üzərinə götürür. Uşaqla bağlı xüsusi hallar (ağır xəstəlik, təxirəsalınmaz xərclər) formalaşarsa İİ tərəf İ tərəfə ağılabatan məbləğdə yardım edəcəyini öhdəliyinə götürür. İşdə olan Qax rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2(024)-95/2022 saylı qərardadından görünür ki, Qax Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 2(024)- 95/2022 saylı qətnaməsinin 4-cü və 5-ci səhifələrində “19 avqust 2020-ci il ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 150 manat alimentin tutularaq ərizəçiyə ödənilməsi” kimi yazılmış yalnışlıq düzəldilərək “19 avqust 2020-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ərizəçidən hər ay 150 manat alimentin tutularaq maraqlı tərəfə ödənilməsi” kimi oxunması qərara alınmışdır. İşdə olan AZ-İV seriyalı, 475068 №-li doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X1 atası Cavabdeh anası isə İddiaçıdır. İşdə olan AZ-İ seriyalı, 422739 №-li nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikaha qətnamə əsasında xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 12 yanvar 2022-cil tarixli 248/008551 №-li arayışdan görünür ki, Cavabdeh, İddiaçı tərəfindən təsvir edildiyi kimi, aylıq aliment ödənişinin artırılması mübahisəsi üzrə 12 yanvar 2022-ci il tarixində saat 11:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər nikahalarını 05 dekabr 2019-cu ildə X3 xidmət mərkəzində Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Onların birgə nikahdan 19 avqust 2020-ci il təvəllüdlü Onur adlı uşaqları olmuşdur. Tərəflər aralarında olan narazılığa görə ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaq iddiaçının yanında qalmışdır. Həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər tərəflər arasında Qax rayon məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2(024)-95/2022 saylı qətnaməsi ilə təsdiqlənmiş barışıq sazişi bağlanaraq cavabdehdən hər ay 150 manat alimentin tutulub iddiaçıya ödənilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 48-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşağın mənafelərini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən aylıq qazancının və başqa gəlirlərinin 1/4 məbləğində aliment alınması azyaşlı uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü Onur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin 1/4 miqdarında aliment hər ay tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1106/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1106/2023
25.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver