Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-111/2023 23.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə, maneələrin aradan qalırılması və mənzilin giriş qapısının açarlarının verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı ərizə ünvanlayaraq Mingəçevir şəhəri M.ünvan 1ürülməsi, Cavabdeh tərəfindən onun mülkiyyətində olan mənzilə iddiaçının buraxılmamasına dair yaratdığı maneələrin aradan qaldırılması, Cavabdeh tərəfindən onun mülkiyyətində olan Mingəçevir şəhəri M.Füzuli küçəsində yerləşən 23 saylı evin, 3 saylı mənzilə buraxılmamasına dair etdiyi hərəkətlərin ona qadağan olunması və mənzilə giriş qapısının açarlarının birinin İddiaçı verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhəri M.ünvan 2 ünvanı ərizəçinin atasının mülkiyyətində olmuşdur. 1995-ci il 01 yanvar tarixində atası Osman Hacıyev, anası 31 mart 1992-ci il tarixində Hacıyeva Tavad dünyasını dəyişdikdən sonra, tək varis kimi o həmin miras əmlakının qəbul etmiş və sözügedən mənzili mülkiyyətinə keçirmişdir. Ancaq Cavabdeh həmin mənzildə yaşayır , iddiaçının bu evdə yaşamasına maneə törədir və mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olur. Odur ki, Mingəçevir şəhəri M.ünvan 1ürülməsi, Cavabdeh və qeyriləri tərəfindən onun mülkiyyətində olan mənzilə ərizəçinin buraxılmamasına dair yaratdığı maneələrin aradan qaldırılması, Cavabdeh tərəfindən onun mülkiyyətində olan Mingəçevir şəhəri M.Füzuli küçəsində yerləşən 23 saylı evin, 3 saylı mənzilə buraxılmamasına dair etdiyi ona qadağan olunmas və mənzilə giriş qapısının açarlarının birinin İddiaçı verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, müdafiə etdiyi şəxsin həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququ tanınaraq, dövlət qeydiyyatına alınmışdır. Hesab edir ki, hazırda həmin mənzil tam mülkiyyət hüququ əsasında təmsil etdiyi şəxsə məxsus olduğundan cavabdehin iddiaçıya yaratdığı maneələr tamamilə əsasızdır. Ona görə də iddiaçının mülkiyyət hüququnu həyata keçirməyə şərait yaradılmalıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. İddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçının ərizəsinə əsasən iddia tələbi dəqiqləşdirilərək Mingəçevir şəhəri M.ünvan 1ürülməsi, Cavabdeh tərəfindən onun mülkiyyətində olan mənzilə iddiaçının buraxılmamasına dair yaratdığı maneələrin aradan qaldırılması, Cavabdeh tərəfindən onun mülkiyyətində olan Mingəçevir şəhəri M.Füzuli küçəsində yerləşən 23 saylı evin, 3 saylı mənzilə buraxılmamasına dair etdiyi ona qadağan olunmas və mənzilə giriş qapısının açarlarının birinin İddiaçı verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı bildirdi ki, ev onun dayısının, yəni Telmanın atasının adına olub. Dayısı vəfat etməmişdən əvvəl evi hər ikisinə vəsiyyət edib. Ancaq Telmanın sonradan evə necə çıxarış alması ona məlum deyil. Ancaq hazırki vəziyyətdə mənzilə köçürülmə, maneələrin aradan qalırılması və mənzilin giriş qapısının açarlarının iddiaçıya verilməsi ilə bağlı etiraz etmir. Odur ki, məhkəmədən deyilənlərə əsasən qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddia ərizəsini, iddiaçının nümayəndəsinin (vəkilinin) və cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********63–05101-093008 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri M.Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzilinin üzərində İddiaçı tam mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2022–ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2021ci il tarixli 2(051)-2093/2021 saylı qətnamədən görünür ki, X1 mülkiyyətində olan və miras qalmış Mingəçevir şəhəri M.Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzilinin İddiaçı tərəfindən miras əmlak kimi qəbul olunması faktı müəyyən edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 16(051)-1/2022 saylı qərardadından görünür ki, ərizə qismən təmin edilmiş, ərizəçi İddiaçı Mingəçevir şəhəri M.Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzilinə buraxılmamağına dair yaradılmış maneələr aradan qaldırılmış, ərizəçinin mülkiyyətində olan mənzilə ərizəçinin buraxılmamasına dair etdiyi hərəkətlər Cavabdeh qadağan edilmişdir. Bundan sonra ərizəçi müvəqqəti təminat tədbirinin uzadılması ilə bağlı ərizə vermiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-2052/2022 saylı qərardadı ilə iş üzrə yekun məhkəmə aktı çıxarılanadək Mingəçevir şəhəri M.Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzilinə buraxılmamağına dair yaradılmış maneələr aradan qaldırılmış, ərizəçinin mülkiyyətində olan mənzilə ərizəçinin buraxılmamasına dair etdiyi hərəkətlər Cavabdeh qadağan edilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Mingəçevir şəhəri M.Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzil üzərində iddiaçının tam şəkildə mülkiyyət hüququ, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilməklə rəsmiləşdirilmişdir. Buna baxmayaraq cavabdeh hazırda da iddiaçıya məxsus mənzildən istifadə etməklə bərabər, iddiaçının həmin evə öz mülkiyyət hüquqlarını həyata keçirməsinə maneə törədir. Məhkəmə hesab edir ki, iddiaçının hazırda mübahisəli mənzil üzərində mülkiyyət hüququ qeydiyyata alınmış, onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Lakin cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüquqlarını pozmuşdur. Ona görə də məhkəmə, mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əşya hüquq münasibətləri əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə əşya hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir. AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdeh iddiaçının öz hüquqlarını həyata keçirməsinə əsaslı münaeələr yaratmalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 161-ci maddəsinə əsasən əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. Azərbaycan Respublikası MM-nin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. İşin halları araşdırarkən məhkəmə müəyyən edir ki, iddiaçı sözügedən əmlak üzərində qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüquqlarına sahib olmuşdur. Həmçinin işdə olan sənədlərdən də göründüyü kimi İddiaçı Mingəçevir şəhəri M.Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzil üzərində mülkiyyət hüququ tanınmışdır. Belə olan halda Cavabdeh İddiaçı qarşı öz əmlak hüquqlarını həyata keçirməsi ilə bağlı yaratdığı maneələr aradan qaldırılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qey olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı Mingəçevir şəhəri M.ünvan 1ürülməsi, Cavabdeh tərəfindən onun mülkiyyətində olan mənzilə iddiaçının buraxılmamasına dair yaratdığı maneələrin aradan qaldırılması, Cavabdeh tərəfindən onun mülkiyyətində olan Mingəçevir şəhəri M.Füzuli küçəsində yerləşən 23 saylı evin, 3 saylı mənzilə buraxılmamasına dair etdiyi hərəkətlərin ona qadağan olunması və mənzilə giriş qapısının açarlarının birinin İddiaçı verilməsinə dair iddia tələbi təmin edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-111/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-111/2023
23.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver