Məhkəmə qərarları › İş №2(051)-1114/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1114/2020

27.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1114/2020 27.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzər Həmid qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi, vəkili Nümayəndə və Cavabdeh etibarnamə üzrə nümayəndəsi, vəkili X9 iştirakı ilə, iddiaçı: İddiaçı cavabdeh: Cavabdeh qarşı «alimentin miqdarının azaldılması tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq müə y y ə n etdi : İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək,xx xxxxxxx 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün onun qazancının dörddə bir hissəsi miqdarında X6 hər ay verilən alimentin miqdarının 1/5 hissəsinə qədər azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi, vəkili Nümayəndə iddia tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, İddiaçıX13 qızı ilə xx.xx.2009-cu il tarixində rəsmi nikaha daxil olmuşlar. Bu nikahdan xx.xx.2010-cu il təvəllüdlü X8 dünyaya gəlmişdir. Tərəflər arasında bağlanan nikah məhkəmə qaydasında pozulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-188/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçının qazancımın dörddə bir hissəsi miqdarda aliment hər ay tutulub X4 verilməsi qət edilmişdir. O, yenidən X10 ilə rəsmi nikaha daxil olmuşa, lakin münasibətləri pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7856/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək saxlanmsı üçün xx.xx.2019-cu il tarixdən başlayaraq, hər ay onun qazancının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment iddiaçı X7 xeyrinə tutulmasına dair qətnamə çıxarılmışdı. Əlavə olaraq, onun 2019-ci ildə Azərbaycan Beynəlxalq Bankdan götürdüyü kredit üzrə hər ay 200 manat ödənişi var. Hesab edirə ki, cavabdeh X4 ödədiyi övladının saxlanması üçün iddiaçının qazancının 1/4 hissəsi və X11ma 2 uşağın saxlanması üçün ödədiyi qazancın 1/3 hissəsi olan aliment onun hüquqlarını pozur. Belə ki, ümumi 3 uşaq üçün tutulan alimentin miqdarı onun qazancının 58 faiz təşkil edir. Nəzərə alınmalıdır ki,o, hərbiçidir və qeydiyyatda olduğu ərazidə yaşamır və xərcləri buna uyğun olaraq artıqdır. Cavabdeh müəllimə işləyir əmək haqqı 400 manatdan yuxarıdır. Ona görə də xx xxxxxxx 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün onun qazancının dörddə bir hissəsi miqdarında X6 hər ay verilən alimentin miqdarının 1/5 hissəsinə qədər azaldılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi, vəkili X15 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, cavabdeh İddiaçı ilə xx xxxxxx 2009-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Tərəflərin birgə nikahından xx xxxxxxx 2010-cu il təvəllüdlü X8 adlı bir nəfər uşaqları olmuşdur. Sonra aralarında olan nikah pozulmuş və onlar ayrılmışlar. Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli 2(051)-188 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Daha sonra məhkəmənin xx xxxxxx 2014-cü il tarixli qətnaməsinə əsasən iddiaçının alimentin miqdarının azaldılması. Ona görə də iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddia ərizəsinə əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olumuş surətindən görünür ki, tərəflər arasında nikahın bağlanması xx xxx 2012-ci ildə 90 № ilə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində qeydə alınmışdır. İşə əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli BPM**********89 saylı müqavilədən görünür ki, Azərbaycan Beynəlxalq Bankı ASC ilə İddiaçı arasında 60 ay müddətinə illik 24 faiz hesablanmaq şərti ilə tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 2(051)-188 saylı, xx xxxxxx 2011-ci il tarixli qətnaməsindən görünür ki, xx xxxxxxx 2011-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatan kimi saxlanması üçün İddiaçı qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment hər ay tutulub X4 verilməsi qət edilmişdir. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 2(051)-2498 saylı, xx xxxxxx 2014-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 2(051)-7856 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, xx xxxxxx 2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay İddiaçı qazancının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment iddiaçı X7 xeyrinə tutulması qət edilmişdir. İddia ərizəsinə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxxx 2010-cu il təvəllüdlü X1 uşaqları anadan olmuşdur. Həmin şəhadətnamədə uşaqların atası kimi İddiaçı göstərilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materialları ilə tanış olaraq hesab edir ki, iddia təmin olunmamalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinəəsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinəəsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, tərəflər arasında ailə münasibətləri pozulmuş onlar məhkəmə qaydasında ayrılmışlar. Tərəflər ayrıldıqdan sonra birgə nikahdan doğulmuş uşaq Cavabdeh yanında yaşayır. İddiaçı alimentin azaldılmasını xahiş etsə də bununla bağlı öz sübutlarını təqdim etməmişdir. Belə ki, İddiaçı himayəsində ikinci nikahdan 2 azyaşlı uşağının olması və həmin uşaqlar üçündə aliment ödəməsi ilə əlaqədar sənədlər təqdim etsə də göstərilən sübutlar alimentin azaldılması üçün yetərli deyil. Həmçinin iddiaçı ikinci dəfə ailə qurarkən onun ikinci nikaha daxil oduğu həyat yoldaşının həmin vaxtadək iddiaçının bir dəfə nikahda olması, həmin nikahdan bir övladının olması, nikah pozulduqdan sonra birinci nikahda olan övladının saxlanması üçün iddiaçıdan hər ay irinci nikahda olduğu həyat yoldaşının xeyinə aliment tutulması barədə məqamları bilməli idi. İkinci nikahda olduğu həyat yoldaşı ilə münasibətlərinin pozulmasına səbəb olan halın birinci nikahdan olan övladına aliment tutulması ilə bağlı olması barədə iddiaçının qeyd etdikləridə həmçinin iddiaçının subyektiv fikrləri olmaqla heç bir əsası yoxdur. Belə ki, İddiaçı maddi və ailə həyatında dəyişikliyin olmasını və buna görə də alimentin miqdarının azaldılmasını xahiş etsə də məhkəmə bundan əvvəlki qətnamə çıxarılandan sonra İddiaçı maddi və ya ailə həyatında hər hansı mənfi dəyişikliyin olmsını müəyyən etməmişdir. Məhkəmə aliment təyin edərkən bütün bu halları nəzərə almış və aliment təyin etmişdir. İddiaçı aliment təyin olunduqdan sonra onun maddi və ailə vəziyyətində hər hansı dəyişiklik olması müəyyən olunmamışdır. İddiaçı sübut kimi təqdim etdiyi və istinad etdiyi sübutlar əvvəllər də mövcud olmuşdur. Ona görə də iddia təmin olunmamalıdır. Bundan əlavə iddianın hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə görə məhkəmə aliment ödəməli şəxsin iddiasıüzrə aliment borcunun şəxsin xəstəliyi və ya digər üzrlü səbəblərə görəəmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borclarıödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası AM-nin 107.02-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilmədi və iddiaçı məhkəməyə bu barədə mötəbər sübutlarını təqdim etməmişdir. Halbuki sübutları təqdim etmək onun hüququdur.Belə ki,alimentin miqdarının azaldılması üçün əsaslı sübut təqdim olunmamışdır. İddiaçı alimentin miqdarının azaldılmasını, sonrakı nikahdan olan uşaqlarınada aliment ödədiyini və bundan irəli gələn imkansızlığı ilə əsaslandırsa da bu uşağa aliment ödəməmək üçün əsas ola bilməz və barədə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası və Beynəlxalq hüquq normalarından da bilindiyi kimi uşağa baxmaq və onların qayğısına qalmaq valideynlərin borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddiaçı Cavabdeh qarşıalimentin miqdarının azaldılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar