Məhkəmə qərarları › İş №2(051)-1151/2021

Mingəçevir Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(051)-1151/2021

25.05.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Mingəçevir şəhəri İş № 2(051)-1151/2021 25.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, kreditor «xxxx» MMC-nin Borclu qarşı borc tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN E T D İ M: Kreditorun məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, «xxxx» MMC ilə Borclu arasında 16.11.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə əsasən İlkin İsrəfiov “xxxx” MMC-də sürücü vəzifəsinə təyin edilmişdir. 02.12.2020-ci il tarixdə cavabdeh Borclu törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi avtomobilə 800 manat məbləğində ziyan vurmuş və bu ziyan «xxxx» MMC tərəfindən qarsalanmışdır. Borclu borcunu yazlı etiraf edərək bir ay müddətinə ödəməyi bildirmiş, lakin İ. İsrəfilov borcunu ödəməmişdir. 800 manat və dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun Borclu tutulması barədə əmr çıxarılması xahiş olunur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tələb üzrə məhkəmə əmri verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, xidmətlər göstərməli və sair hərəkətləri yerinə yetirməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ərizəyə əlavə edilmiş sənədlərlə kreditorun tələbinin aşkar olunduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından həmin tələb üzrə məhkəmə əmri verilməsi mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq Ə M R E T D İ M: ünvan 1 ünvanında yaşayan Borclu 800 (səkkiz yüz) manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq “xxxx” MMC-yə ödənilsin. Borclu məhkəmə əmrini aldığı vaxtdan 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar