Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1175/2024 25.06.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Əliyeva Əminə Malik qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı cavabdehdən mənəvi ziyana görə 30000 və maddi ziyana görə 500 manat pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməyi və barəsində qətimkan tədbiri seçilməsi ilə əlaqədar ona vurulmuş mənəvi ziyan kimi 30.000 (otuz min) manat və maddi ziyan kimi isə 500 (beş yüz) manat pulun cavabdehdən tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir şəhər PŞ-nin İstintaq orqanı o – İddiaçı haqqında Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə cinayət işi başlanılaraq uzun müddət istintaq aparılmışdır. İstintaqın nəticəsi olaraq o həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş ona görə ki, guya o tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə 06 may 2019-cu il tarixdən 23 may 2019-cu il tarixədək olan müddət ərzində əmək müqaviləsi üzrə işlədiyi Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatda olmaqla yaşayan Əsgərov Araz İsmayıl oğluna məxsus Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən "xxxx" MMC-nin filialı olan “Qres Oil” adlandırılan yanacaq doldurma məntəqəsində müştərilərin yanacaq doldurmaq üçün verdiyi pulları baş mühasib X4 ilə dəyişərkən və baş mühasib Qüdrət Şirinovla birlikdə YDM-də yanacaq satışından əldə olunan pulları sayarkən ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla ümumilikdə "xxxx" MMC-yə məxsus 6850 (altı min səkkiz yüz əlli) manat məbləğdə pulu gizli olaraq talayıb zərərçəkmiş şəxs "xxxx" MMC-yə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etdiyi əsassız olaraq bildirilmişdir. Həmin ittiham üzrə araşdırma aparılarkən, Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikası torpaqları işğal etmək məqsədi ilə genişmiqyaslı hücum əməliyyatlarına başladı və Azərbaycan Respublikası Silahlı Qüvvələri də öz torpaqları düşməndən azad etməsi üçün əks hücum əməliyyatlarına başladı. xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edildi və xx.xx.2020-ci il tarixədək hərbi xidmətdə oldu və Vətən müharibəsində döyüş əməliyyatlarında iştirak etdi. "xxxx" MMC-nin filialı olan “Qres Oil” adlandırılan yanacaq doldurma məntəqəsinin müdiri Əsgərov Araz İsmayıl oğlunun müraciəti əsassız olduğundan həmin fakt üzrə barəsində “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra, hansı yollasa "xxxx" MMC-nin filialı olan “Qres Oil” adlandırılan yanacaq doldurma məntəqəsinin müdiri Əsgərov X2 şəhər Prokurorluğunda “ Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı” ləğv edilməsi barədə xx.xx.2020-ci il tarixli qərar qəbul etdirmiş və həmin cinayət işinin başlanması barədə qərar və cinayət işi materialları istintaqı aparılması üçün aidiyyəti üzrə Mingəçevir ŞPŞ-nin İstintaq bölməsinə göndərilmiş və o – İddiaçı əməlində CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsinə kifayət qədər dəlillər olduğu bildirilərək, Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə cinayət işi başlanılmaqla istintaq aparılması qərara alınmışdır. Mingəçevir şəhər Pş-nin İB müstəntiqi isə xx.xx.2020-ci il tarixli qərarla cinayət işini icraatına qəbul etmişdir. O Vətən müharibəsindən qayıtdıqdan sonra, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bundan sonra onun haqqında olan həmin cinayət işi əsassız ittihamla aidiyyəti üzrə baxılması üçün Mingəçevir şəhər Məhkəməsinə göndərilmişdir. Mingəçevir şəhər Məhkəməsində uzun müddət ərzində işə baxılmış ətraflı araşdırma və məhkəmə istintaqı aparıldı və həmin cinayət işi üzrə onun təqsiri olmadığı sübuta yetirilmədiyindən barəsində Mingəçevir şəhər Məhkəməsi xx.xx.2021-ci il tarixdə (iş № 1(051)-48/2021 saylı) bəraət hökmü çıxarılmışdır. Həmin hökmdən dövlət ittihamçısının verdiyi protest və zərərçəkmiş şəxsin şikayətinə əsasən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında işə baxılmış və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(107)-280/2021 saylı qərarı ilə Apellyasiya protesti və şikayəti təmin edilməmiş və Mingəçevir şəhər Məhkəməsinin onun haqqında çıxardığı bəraət hökmünü dəyişmədən qüvvədə saxlamışdır. Bundan sonra, zərərçəkmiş şəxsin nümayəndəsi – Əsgərov Araz İsmayıl oğlu Kassasiya şikayəti vermişdir. AR. Ali Məhkəməsinin Cinayət Kollegiyasında zərərçəkmiş şəxsin Cinayət Kollegiyasında zərərçəkmiş nümayəndəsi – Əsgərov Araz İsmayıl oğlunun Kassasiya şikayətinə baxılmış və AR. Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(102)-568/2022 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayəti Kollegiyasının qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərar qanuni qüvvəsini almışdır. Bildirir ki, Cinayət məsuliyyətinə cəlb olunmağı və uzun müddət barəsində cinayət təqibinin aparılması ona mənəvi iztirab vermişdir. Barəsində müxtəlif şayələr gəzmiş, “oğru” kimi şərəf və ləyaqətini ləkələyən informasiyalar yayılmışdır. Belə informasiyaların yayılması ona hərbi xidmətdə qalıb gizir kimi işləməyinə və vəzifə tutmağına mane olmuşdur və məcbur olub hərbi xidmətdən təxris olunmuşdur. Bundan başqa, barəsində aparılan uzun uzadı məhkəmə prosessləri ilə əlaqədar və Şəki Apellyasiya məhkəməsində işə baxılarkən dəfələrlə məhkəməyə gedib-gəlmişdir. Bununla əlaqədar yollarda yol xərci və yemək xərci və digər xidmətlərlə birlikdə 500 (beş yüz) manat civarında xərc çəkməklə maddi ziyan çəkmişdir. Beləliklə, təhqiqat, istintaq və prokurorluq orqanlarının hərəkətləri nəticəsində ziyan çəkmiş və cəmiyyət içərisində hörmətdən düşmüşdür. Hər kəs ondan nə baş verdiyini soruşmuş və bunun nəticəsində sarsıntı keçirmişdir. Ona görə də, ona dəymiş mənəvi ziyan kimi 30.000 (otuz min) manat, maddi ziyan kimi 500 (beş yüz) manat ağlabatan və ədalətli hesab edilib cavabdehdən tutulub ona ödənilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh nümayəndəsi iştirak etdiyi məhkəmə iclası zamanı iddianı qəbul etməyərək, əsasən iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun izahat verərək göstərmişdir ki, İddiaçı təhqiqat və ibtidai istintaq orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş maddi və mənəvi ziyana görə 30.500 manat kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi bu prosesə cavabdeh qismində cəlb edilmişdir. İddia tələbinə etiraz edərək bildirirlər ki, qeyd olunan tələb əsaslı olmadığından iddia tələbi rədd edilməlidir. İddiaçı hər hansı təsdiqedici sübutlar təqdim etmədən, xərcləri əsaslandırmadan maddi zərərə görə 500 manat məbləğində kompensasiya ödənilməsini tələb edir. Belə ki, iddiaçı məhkəmə prosesləri ilə əlaqədar gedib-gələrkən yol və yemək xərclərini, həmçinin digər xərcləri maddi zərər olaraq qiymətləndirmiş və kompensasiya ödənilməsini tələb etmişdir. Bununla bağlı bildirir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsində ödənilən ziyanın növləri (mərhum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər və s.) konkret göstərilir və iddiaçının tələb etdiyi xərclərin ödənilməsi bu Qanunda nəzərdə tutulmamışdır. İddiaçı həmçinin mənəvi zərərin əvəzi olaraq 30.000 manat ödənilməsini tələb edir. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Hesab edir ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Bundan başqa, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin" 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədiləcəyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Cavabdeh haqqında Əsasnamə’’yə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Eyni zamanda “Dövlət büdcəsi" ifadəsi də ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçı) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. İddiaçı ona maddi və mənəvi ziyanın dəyməsi hallarını təsdiq edən hər hansı bir sübut təqdim etmədən və ümumi ifadələrlə kifayətlənərək ziyanın ödənilməsini tələb etmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini rəhbər tutaraq iddia ərizəsinə etirazlarını bildirir və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə maddi zərərə görə 500 manat və 30.000 manat mənəvi zərərə məruz qalmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. İşdə olan təqsiləndirilən şəxs qismində cəlb etmək haqqında 11 yanvar 2021-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi, material üzrə cinayət işinin başlanması və işin istintaq aparılması üçün aidiyyəti üzrə göndərilməsi haqqında 13 oktyabr 2020-ci il tarixli qərarın surətindən görünür ki, "xxxx" MMC-nin müraciəti əsasında Mingəçevir ŞPŞ-nin İB-də toplanmış HK-1/1038 №-li material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqında İstintaq Bölməsinin sabiq baş müstəntiqi, Elton Kərimovun qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş və İddiaçı Namiq oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsindən nəzərdə tutulmuş cinayətinin törədilməsinə işarə edən kifayət qədər dəlillər olduğundan onun barəsində Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ********* №-li cinayət işi başlanmaqla, istintaq aparılmasından ötrü aidiyyəti üzrə Mingəçevir şəhər polis şöbəsinin İstintaq Bölməsinə göndərilmişdir. İşdə olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi barədə 11 yanvar 2021-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.1994-cü ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, AR vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Mingəçevir şəhəri, H.Əliyev prospekti ev 25, mənzil 40-da qeydiyyatda olmaqla yaşayan İddiaçı barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşdə olan cinayət işinin icraata qəbul edilməsi haqqında 15 oktyabr 2020-ci il tarixli qərarın surətindən görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi icraatına qəbul edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(051)-48/2021 saylı hökmün surətindən görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş və İddiaçı barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. işdə olan Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli 1(107)-280/2021 saylı qərarından görünür ki, Dövlət İttihamçısı tərəfindən verilmiş apelyasiya protesti və zərərçəkmiş şəxsin nümayəndəsi Əsgərov Araz İsmayıl oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və Mingəçevir Şəhər Məhkəməsinin 18 may 2021-ci il tarixli 1(051)-48/2021 saylı hökmü isə baxılmış apelyasiya protestinə və apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan AR Ali Məhkəməsinin xx.xx.2022–ci il tarixli 1(102)–568/2022 nömrəli qərarından görünür ki, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Əsgərov Araz İsmayıl oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Mingəçevir Şəhər Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2021-ci tarixli qərarı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Əsgərov Araz İsmayıl oğlunun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşdə olan İ-62805 №-li Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, İddiaçı “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İşdə olan M/V seriyalı, 118633 №-li vəsiqədən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının, habelə iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı barəsində xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Daha sonra Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(051)-48/2021 saylı hökmü ilə İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş və İddiaçı barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Bundan sonra həmin hökmdən Dövlət İttihamçısı tərəfindən verilmiş apelyasiya protesti və zərərçəkmiş şəxsin nümayəndəsi Əsgərov Araz İsmayıl oğlu tərəfindən verilmiş apelyasiya şikayəti verilmiş və Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli 1(107)-280/2021 saylı qərarı ilə Dövlət İttihamçısı tərəfindən verilmiş apelyasiya protesti və zərərçəkmiş şəxsin nümayəndəsi Əsgərov Araz İsmayıl oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və Mingəçevir Şəhər Məhkəməsinin 18 may 2021-ci il tarixli 1(051)-48/2021 saylı hökmü isə baxılmış apelyasiya protestinə və apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sonra isə Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Əsgərov Araz İsmayıl oğlu tərəfindən verilmiş kassasiya şikayəti vermiş və AR Ali Məhkəməsinin xx.xx.2022–ci il tarixli 1(102)–568/2022 nömrəli qərarı ilə Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Əsgərov Araz İsmayıl oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Mingəçevir Şəhər Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2021-ci tarixli qərarı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Əsgərov Araz İsmayıl oğlunun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Bununla da iddiaçı təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi, məhkəməyə verilməsi və cinayət təqibinə məruz qalması nəticəsində mənəvi ziyana məruz qalmışdır. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4–cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub–olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui–istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56–cı maddəsinə əsasən, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui–istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 61.1–ci maddəsinə əsasən cinayət prosesi gedişi zamanı vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ qanuni qüvvəyə minmiş bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda tanınır. Həmin Məcəllənin 61.2–ci maddəsinə əsasən bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui–istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir. Həmin Məcəllənin 58.2–ci maddəsinə əsasən fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Həmin Məcəllənin 63–cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui–istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1–ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasinin Qanununun 6–ci maddəsinə əsasən bu Qanunun 5–ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Bu Qanunun 5–ci maddəsinin 1–ci bəndində nəzərdə tutulmuş ödənilməli olan məbləğlərin miqdarı şəxsin işdən (vəzifədən) kənarlaşdırıldığı, təyin olunmuş cəzanı çəkdiyi dövrdə əldə edilməmiş gəliri nəzərə almaqla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə istinad olunan maddi və prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, iddiaçıya dəymiş maddi ziyanının cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui–istifadəsi nəticəsində baş verməsi qanuni qüvvəyə minmiş məhkəmə hökmündə öz əksini tapmışdır. Məhkəmənin qanuni qüvvəyə minmiş həmin hökmü hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4–cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub– olmaması və ya bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Ona görə də məhkəmə hesab edir ki, iddianın, cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərə görə 30.000 (otuz min) manat məbləğində kompensasiya ödənilməsinə dair hissəsi qismən əsaslı olduğundan qismən təmin edilməli və iddiaçıya vurulmuş maddi ziyana görə 1.200 manat məbləğində kompensasiya ödənilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçının qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi və başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinə məruz qalması mənəvi ziyan vurulmuşdur. Həmin halın aradan qaldırılması, yəni iddiaçının pozulmuş hüququnun bərpa olunması, vurulmuş mənəvi ziyana görə pul kompensasiyası ödənilməsi yolu ilə mümkündür. Belə olan halda məhkəmə iddianın mənəvi zərərə görə 30.000 (otuz min) manat məbləğində pul tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də qismən əsaslıdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində iddiaçının barəsində mənfi fikrin formalaşmış, onu əhatə edən şəxslərlə münasibətləri pisləşmiş, onun haqqında mənfi fikir formalaşmış, yəni onu tanıyan şəxslərin hamısı ondan qaçmış və qınamışdır. Bununla da iddiaçıya mənəvi ziyan dəymişdir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7–ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui–istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 12–ci maddəsinə əsasən bu Qanunun 5–ci maddəsinin 1–ci, 2– ci və 4–cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002–ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən ziyan törədir. Zərər yetirmə şəxsin subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008–ci il tarixli 7 nömrəli qərarının 1–ci bəndində qeyd olunmuşdur ki, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41–ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri–əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2–ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri–əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 4–cü bəndində göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması istənilən xarakterli qeyri–hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 7–ci bəndində göstərilmişdir ki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115–ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Qərarın 10–cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablarda dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 30.000 manat mənəvi zərərə görə kompensasiya tələbi işin hallarına, onun keçirdiyi mənəvi sarsıntı və fiziki iztirabın xarakterinə, həmin iztirab və sarsıntının kəskin mənfi nəticələrə səbəb olmamasına görə kifayət qədər yüksək, açıq–aşkar ədalətsiz pul tələbidir. Belə ki, mülki işə məhkəmədə baxılarkən iddiaçı tələb etdiyi məbləğdə mənəvi zərərə məruz qalmasına dair əlavə sübutu məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarından da belə sübutların olması görünmür. Ona görə də məhkəmə hesab edir ki, iddianın, cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərə görə 30.000 manat məbləğində kompensasiya ödənilməsinə dair hissəsi qismən təmin edilməli və iddiaçıya vurulmuş mənəvi zərərə görə 1.200 manat məbləğində kompensasiya ödənilməlidir. Məhkəmə, iddianın dəymiş maddi ziyanın ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, hazırkı vəziyyətdə iddiaçı barəsində qanunsuz cinayət təqibi aparıldığı müddət ərzində məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda iddiaçının cinayət təqibinə məruz qalmazdan əvvəl qazancının və gəlirlərinin miqdarının müəyyən edilməsi mümkün olmamışdır. Eyni zamanda iddiaçı məhkəmə iclas zamanı müxtəlif instansiya məhkəmələrinə getdiyini, bu zaman isə müəyyən xərclər, yəni yol və yemək xərcləri çəkdiyini iddia etsə də, buna dair məhkəməyə heç bir sübut təqdim etməmiş və yalnız formal mülahizələrlə kifayətlənmişdir. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi maddi ziyan tələbinə dair hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Bəraət almış İddiaçı Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabına mənəvi zərərə görə 1200 (bir min iki yüz) manat məbləğində pul ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1175/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1175/2024
25.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver