Məhkəmə qərarları › İş №2(051)-1178/2021

Mingəçevir Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(051)-1178/2021

27.05.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Mingəçevir şəhəri İş № 2(051)-1178/2021 27.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, Kreditor Borclu qarşı borc tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN E T D İ M: Kreditorun məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, kreditor Kreditor ilə Borclu arasında bağlanmış 06 may 2018-ci il tarixdə malın nisyə satılması haqqında alqı-satqı müqaviləsinə əsasən Borclu kreditordan 1 ədəd dəyəri 1528 manat olan İPHONE 7 32 GB GOLD markalı mobil telefon götürmüşdür. Borcu göstərilən məbləğdən 100 manat ilkin ödəniş etdikdən sonra qalıq 1428 manatı hər ay 119 manat olmaqla 12 ay müddətinə ödəməsini öhdəsinə götürmüşdür. Lakin Borclu müqavilənin şərtlərini pozaraq borcunu ödəməmişdir. Borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu müqavilənin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, nəticədə 1428 manat borcu yaranmışdır. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tələb üzrə məhkəmə əmri verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, xidmətlər göstərməli və sair hərəkətləri yerinə yetirməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış 06 may 2018-ci il tarixli Nisyə-satış müqaviləsinin şərtləri borclu tərəfindən pozulmuşdur. Ərizəyə əlavə edilmiş sənədlərlə kreditorun tələbinin aşkar olunduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından həmin tələb üzrə məhkəmə əmri verilməsi mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281ci maddələrini rəhbər tutaraq Ə M R E T D İ M: xx xxxxxx 1986-cı ildə Rusiya Federasiyasının Artyom şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan Borclu 1428 (bir min dörd yüz iyirmi səkkiz) manat əsas borc və dövlət rüsumu kimi ödənilmiş 20 manat alınıb Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, bina 24, Az 1073, 42C ünvanda yerləşən Kreditor ödənilsin. Borclu məhkəmə əmrini aldığı vaxtdan 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar