Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Mingəçevir şəhəri İş № 2(051)-1191/2020 24.06.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Mirzəliyev Hüseyn Seyfulla oğlu KreditorMMC-nin Borclu qarşı kredit borcunun tutulması tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ M: Kreditorun məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, Kreditor MMC ilə Borclu arasında bağlanmış xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən Borclu 738 manat dəyərində məişət avadanlığı verilmişdir. Borclu müqavilə üzrə ödənişləri icra etməkdən imtina etdiyi üçün kreditora cəmi 748 manat borcu qalmışdır. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tələb üzrə məhkəmə əmri verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, xidmətlər göstərməli və sair hərəkətləri yerinə yetirməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış xx xxx 2019-cu il tarixli müqavilədən görünür ki, borclu müqavilənin şərtlərini pozaraq qeyd edilən borcun ödənilməsini təmin etməmişdir. Ərizəyə əlavə edilmiş sənədlərlə kreditorun tələbinin aşkar olunduğu və həmin tələbin borcluların mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından həmin tələb üzrə məhkəmə əmri verilməsi mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq Ə M R E T D İ M: xx xxxxxx 1968-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 ünvanında qeydiyyatda olan Borclu 738 (yeddi yüz otuz səkkiz) manat borcun və 20 manat dövlət rüsumu alınıb Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 24 ünvanda yerləşən Kreditor MMC-ə ödənilsin. Borclu məhkəmə əmrini aldığı vaxtdan 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. MƏHKƏMƏNİN HAKİMİ HÜSEYN MİRZƏLİYEV
Məhkəmə qərarları › İş №2(051)-1191/2020
Mingəçevir Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(051)-1191/2020
24.06.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver