Məhkəmə qərarları › İş №2(051)-1238/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1238/2025

26.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1238/2025 26.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(051)-138/2025 saylı qərardadına əsasən xx.xx.2008-ci il təvəllüdlü Qiyas və xx.xx.2013cü il təvəllüdlü Yunus adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün təyin edilmiş alimentin miqdarının minimum əmək haqqının 0,95 misli olmaqla, iki uşaq üçün cəmi 1,9 misli həddində edilmiş indeksasiyanın aşağı salınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə olan nikahlarından xx.xx.2008-ci il təvəllüdlü Qiyas və xx.xx.2013-cü il təvəllüdlü Yunus adlı uşaqları doğulmuşlar. Cavabdeh ilə bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pisləmiş, aralarındakı nikah pozulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 13 iyun 2016-cı il tarixli, 2(051)-2401/2016 saylı qətnaməsinə əsasən azyaşlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat məbləğdə alimentin tutulub Cavabdeh verilməsi qət edilmişdir. Bundan sonra cavabdeh alimentin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 8(051)-138/2025 saylı qərardadına əsasən az yaşlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün təyin edilmiş alimentin miqdarı minimum əmək haqqının 0.95 misli olmaqla, iki uşaq üçün cəmi 1,9 misli həddində indeksasiya edilmişdir. Həmin qərardaddan narazı qaldığı üçün şikayət vermişdir. Onu da bildirmişdir ki, o, 16 oktyabr 2015-ci ildə X4 ilə ailə qurmuş və həmin nikahdan da 27 iyul 2017-ci il tarixdə Fatimə və 17 dekabr 2018-ci il tarixdə Əli adlı uşaqları dünyaya gəlmişlər. Lakin, buna baxmayaraq Mingəçevir Şəhər Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 8(051)- 138/2025 saylı qərardadına əsasən xx.xx.2008-ci il təvəllüdlü Qiyas və xx.xx.2013-cü il təvəllüdlü Yunus adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün təyin edilmiş alimentin miqdarı minimum əmək haqqının 0,95 misli olmaqla, iki uşaq üçün cəmi 1,9 misli həddində indeksasiya edilmişdir. Həmin məbləğ isə 760 manat edir. Bu vəziyyətdə isə onun övladlarının saxlanılması üçün aliment ödəməyi mümkün deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və gəlməməsi ilə bağlı üzrlü səbəb bildirməmişdir. İş materialları : xx.xx.2025-ci il tarixdə verilmiş ******* №li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. AZ-İİ 055899 №li xx.xx.2015-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X2 xx.xx.2015-ci il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsində rəsmi nikah bağlamış, nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 329 № ilə qeyd edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(051)-138/2025 saylı qərardadından görünür ki, xx.xx.2008-ci il təvəllüdlü Qiyas və xx.xx.2013-cü il təvəllüdlü Yunus adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2401/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə təyin edilmiş hər uşağa 100 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə minimum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,95 misli olmaqla, iki uşaq üçün cəmi 1,9 misli həddində indeksasiya edilməsi və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı sabit pul məbləğində aliment alınıb tələbkar Cavabdeh verilməsi qərara alınmışdır. “Mediasiya Şurası” Mingəçevir 1 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞM/MT031/2025-00150 nömrəli “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh iştirak etməmişdir. xx.xx.2025-ci il tarixli məşğulluq haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdən X7 Məşğulluq filialında işsiz statusundadır. 342/2017 qeydiyyat nömrəli doğum haqqında şəhadətnamə məlumatından görünür ki, X3 xx.xx.2017-ci il tarixdə Marktredvitz qəsəbəsində doğulmuş, atası İddiaçı, anası X1r. 446/2018 qeydiyyat nömrəli doğum haqqında şəhadətnamə məlumatından görünür ki, X5 xx.xx.2018-ci il tarixdə Marktredvitz qəsəbəsində doğulmuş, atası İddiaçı, anası X1r. İşin faktiki halı : İddiaçı Cavabdeh ilə rəsmi nikaha girməklə ailə qurmuşlar. Rəsmi nikahdan xx.xx.2008-ci il təvəllüdlü Qiyas və xx.xx.2013-cü il təvəllüdlü Yunus oğlu adlı uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə hər uşaq üçün onlar yetkinlik yaşına çatanadək atadan 100 manat olmaqla cəmi 200 manat aliment alınaraq anaya ödənilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 18 mart 2025-ci il tarixli qətnaməsi ilə aliment indeksasiya olunaraq iddiaçıdan hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,95 misli olmaqla, iki uşaq üçün cəmi 1,9 misli həddində tutulmasıqərara alınmışdır. İddiaçı xx.xx.2015-ci il tarixdə ikinci dəfə ailə qurmuş və həmin nikahdan da 2017-ci və 2018-ci ildə uşaqları doğulmuşdur. İddiaçı cavabdehə ödədiyi alimentin azaldılmasını xahiş edir. Cavabdeh iddia tələbi ilə bağlı münasibət bildirməmişdir. Tətbiq edilən hüquq : Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016cı il tarixli Qərarı Bənd 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bənd 13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. He ç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin mövqeyi: Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə hər uşaq üçün onlar yetkinlik yaşına çatanadək atadan (hazırki iddia üzrə iddiaçıdan) 100 manat olmaqla cəmi 200 manat aliment alınaraq anaya (hazırki iddia üzrə cavabdehə) ödənilməsi qət edilmişdir. Alimentin miqdarı müəyyən olunduqdan sonra aliment ödəyənin ailə vəziyyətində dəyişiklik olmuş, onun başqa nikahdan 2017 və 2018-ci ildə uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 18 mart 2025-ci il tarixli qərardadı ilə alimentin indeksasiya tələbi ilə bağlı ərizə təmin edilərək xx.xx.2008-ci il təvəllüdlü Qiyas və xx.xx.2013-cü il təvəllüdlü Yunus adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2401/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə təyin edilmiş hər uşağa 100 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə minimum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,95 misli olmaqla, iki uşaq üçün cəmi 1,9 misli həddində indeksasiya edilməsi və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı sabit pul məbləğində aliment alınıb tələbkar Cavabdeh verilməsi qərara alınmışdır. İddiaçı xx.xx.2015-ci il tarixdə ikinci dəfə ailə qurmuş, həmin nikahdan da iki azyaşlı övladı var və qeyd olunan uşaqların da maraqları nəzərə alınmalıdır. Uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, uşaqların ananın himayəsində olmasını, onların qayğısının çəkilməsinin ananın üzərinə düşməsini, 2025-ci il üçün yaşayış minimum məbləğinin ölkə üzrə uşaqlara görə 246 manat müəyyən olunmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,54 misli həddində sabit pul məbləğində indeksasiya olunmalıdır. Beləliklə məhkəmə işin hallarını və uşaqların mənafeyini nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, İddiaçı Cavabdeh xeyrinə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(051)-138/2025 saylı qərardadı ilə tutulan alimentin indeksasiyası dəyişdirilməli, xx.xx.2008-ci il təvəllüdlü Qiyas və xx.xx.2013-cü il təvəllüdlü Yunus adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün, sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,54 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməlidir. Dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(051)-138/2025 saylı qərardadı ilə indeksasiya edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2008-ci il təvəllüdlü Qiyas və xx.xx.2013-cü il təvəllüdlü Yunus adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün, sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,54 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. Dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar