Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1239/2021 02.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «alimentin tutulması haqqında» iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, yetkinlik yaşına çatmayan uşaqları 17.02.2015-ci il təvəllüdlü X6 və 22.06.2019-cu il təvəllüdlü X1 görə hər biri üçün ayda 200 manat olmaqla, cəmi 400 manat alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Abdullayev Rasim Cəbrayıl oğlu məhkəmə iclasında iddia tələbinə uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, təmsil etdiyi şəxs cavabdeh Kərimov Cahangir oğlu ilə 2014-cü ildən el adəti ilə toy mərasimi keçirməklə, dini kəbin kəsilməsi ilə nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikah dövründə aralarındakı münasibətlər kəskinləşmişdir. Xasiyyətlərinin tutmaması səbəbindən ailə münasibətləri dağılmışdır. O, ailə münasibətlərinin bərpa olunmasına, normal, birgə yaşayışa dəfələrlə cəhd göstərmiş, lakin cavabdeh razılaşmamış və hazırda ailə münasibətlərinin bərpa olunması qeyri-mümkündür. Artıq uzun müddətdir ki, nikahları formal xarakter daşıyır, barışıb bir ailə kimi yaşamaqları mümkün deyil. Birgə nikahlarını 17.02.2015-ci il təvəllüdlü X6 və 22.06.2019-cu il təvəllüdlü X7 anadan olmuşdur. Rəsmi nikahları olmasa da, 03.07.2019-cu ildə Mingəçevir Şəhər Qeydiyyat Şöbəsində cavabdeh hər iki övladına atalığın müəyyən edilməsinə dair şəhadətnamə vermişdir. O hal-hazırda iki azyaşlı övladıyla birgə yaşayır. Cavabdeh onlarla maraqlanmır, həmin vaxtdan heç bir maddi köməklik göstərmir. Uşaqları saxlamaq, böyütmək, oxutmaq, maddi, sağlamlıq qayğılarını çəkmək onun üçün maddi cəhətdən çox çətindir. O heç bir yerdə işləmir, heç bir gəliri, maddi köməyi və dəstəyi yoxdur. Hazırda atası evində qalır, atası ona və uşaqlarına maddi dəstək göstərir. Cavabdeh uzun müddətdir maşın ustası (rəngsaz, dəmirçi) işləyir. Cavabdeh yaxşı sənətkardır və kifayət qədər də müştəriləri olur. Ay ərzində təxminən 1200-1500 manat qazancı olur. Uşaqların biri (Kərimov Turan) məktəbə, digəri (Kərimov Rəvan) isə bağçaya gedir və onlara maddi təminat lazımdır. Uşaqların sağlamlığında problrmlər var, tez-tez xəstələnirlər və daimi müalicə və müayinə zərurəti yaranmışdır. O, təkbaşına uşaqların müalicə xərcələrini qarşılaya bilmir. Övladlarının vətənə layiq bir vətəndaş kimi yetişməsini istəyir. Bütün bunlar maddi xərc tələb edir. Uşaqların böyüməsi, təhsil alması, məişət və sağlamlıq qayğılarını çəkməsi üçün maddi xərclər tələb olunur. Ona görə də birgə nikahlarından doğulmuş azyaşlı uşaqlarının atası Cavabdeh aliment tələb edir. Cavabdehin gəlirlərinin qeyri-müntəzəm, dəyişən olmasını, uşaqların maddi və mənəvi tələbatlarını, ölkədə real iqtisadi vəziyyəti nəzərə alaraq cavabdehdən iki uşağın saxlanması üçün cavabdehdən iki uşağın saxlanması üçün ayda 400 manat sabit pul məbləğində alimenti n tutulmasını ağalabatan və zəruri hesab edir. Ona görə də məhkəmədən yetkinlik yaşına çatmayan uşaqları 17.02.2015-ci il təvəllüdlü X6 və 22.06.2019-cu il təvəllüdlü X1 görə hər biri üçün ayda 200 manat olmaqla, cəmi 400 manat alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Belə ki, İşə əlavə olunmuş Atalığın müəyyən edilməsi haqqında şəhadətnamələr və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 17.02.2015-ci il təvəllüdlü Turan və 22.06.2019-cu il təvəllüdlü Rəvan adlı uşaqların atası kimi Cavabdeh və anası kimi isə İddiaçı qeyd olunmudur. Məhkəmə təqdim olunmuş sənədləri araşdırıb, müqayisəli şəkildə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər üçün analoji vəzifə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə də müəyyən olunmuşdur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə əsasən, sabit pul məbləğinin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimum haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən olunmuşdur. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflər faktiki olaraq ayrı yaşayırlar. Tərəflərin birgə nikahından olan 17.02.2015-ci il təvəllüdlü Turan və 22.06.2019-cu il təvəllüdlü Rəvan adlı uşaqların saxlanması üçün cavabdeh kömək göstərmir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı aliment tələbində haqlıdır. Lakin tələb olunan məbləğdə aliment ödənilməsi üçün cavabdehin kifayət qədər qazancı olması sübut olunmadı. Məhkəmə tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat məbləğdə aliment müəyyən edilməsi məqsədə uyğun sayır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsas kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də alimentin tutulmasına 04 iyun 2021-ci ildən başlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3 və 119.2-ci maddələrinə əsasən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nın 234.2.1-ci maddəsinə əsasən aliment alınması haqqında qətnamə dərhal icra olunur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh oğlundan 17.02.2015-ci il təvəllüdlü X6 və 22.06.2019-cu il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manat məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilsin. Alimentin tutulmasına 04 iyun 2021-ci ildən başlansın. Alimentin ödənilməsi dərhal icra olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1239/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1239/2021
02.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver