Məhkəmə qərarları › İş №2(051)-128/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-128/2021

04.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-128/2021 04.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı 8 saylı Regional Ekologiya və X5 nümayəndəsi X1 iştirakı ilə, iddiaçı 8 saylı Regional Ekologiya və X5 Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi Cavabdeh qarşı 120 (bir yüz iyirmi) manat dəymiş zərərin ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı 8 saylı Regional Ekologiya və X5 nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh Ağdaş rayon Şıxlı kəndindən keçən Ağdaş- Xaldan yolunun kənarında 1 ədəd yaş halda qarağac ağacını qanunsuz olaraq kökboğazından kəsərək məhv etmişdir. Nəticədə təbiətə 120 manat məbləğində ziyan vurulmuşdur. Cavabdeh AR İXM-nin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. Dəfələrlə dəymiş ziyanın ödənilməsi tələb edilsə də, cavabdeh təbiətə dəymiş ziyanı ödəməmişdir. İddianın təmin olunmasını, 120 manat dəymiş zərərin cavabdehdən alınıb iddiaçı 8 saylı Regional Ekologiya və X5 hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh ünvanına məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci madəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş 8 saylı Regional Ekologiya və X5 əməkdaşları və cavabdehin iştirakı ilə tərtib edilmiş xx xxxx 2019-ci il tarixli 52104 saylı aktdan görünür ki, ərazidə monitorinq aparlarkən Şıxlı kəndi yaxınlığında yolun mühafizə zolağındakı yaşıllıq ərazisindən Mingəçevir şəhəri Təbriz küçəsində yaşayan Cavabdeh tərəfindən 3 ədəd qarağac ağaclarının budaqlarını, 1 ədəd qarağacı isə 10 sm diametrində kök hissəsindən kəsdyi müəyyən edilmişdir. İşdə olan Ağdaş rayon Şıxlı kənd ərazisində qarağac ağacının qanunsuz olaraq kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanlığın hesabatı cədvəlindən görünür ki, Qarağac ağacının diametri 10 sm olmaqla bir ağac üçün təbiətə dəymiş ziyanı 120 manatdır. İşdə olan MN ******* №-li xx xxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Cavabdeh Ağdaş rayon Şıxlı kəndi yaxınlığında, Xaldan-Ağdaş yolunun kənarındakı yaşıllıq zolağından 1 ədəd diametri 10 sm olan qarağacı kök hissəsindən, 3 ədədinin isə budaqlarını kəsmiş, İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan 8 saylı RETSİ-nin rəisinin MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən 2000 manat cərimə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci madəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, Cavabdeh qanunsuz olaraq bir ədəd yaş halda qarağac ağacını kəsərək təbiətə 120 manat məbləğində zərər vurmuşdur. Tələb olunmasına baxmayaraq vurmuş olduğu zərəri ödəməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır. Odur ki, iddia təmin olunmalı, cavabdeh tərəfindən vurulmuş zərər ödənilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci addəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh 120 (bir yüz iyirmi) manat məbləğində dəymiş zərər alınıb iddiaçı 8 saylı Regional Ekologiya və X5 aşağıdakı hesabına ödənilsin; Alan Bank: Dövlət Xəzinədarlıq Agentliyi, kodu: 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ**********000003944, SWİFT BİK CTREAZ22, Alan müştəri: 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi, HESAB NÖMRƏSİ: AZ50CTRE********************,VÖEN **********. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar