Məhkəmə qərarları › İş №2(051)-1281/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1281/2020

31.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1281/2020 31.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, iddiaçı: İddiaçı cavabdeh: Cavabdeh qarşı «aliment borcunun silinməsi tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1116/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən ondan xx xxx 2005-ci il təvəllüdlü Amin adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat məbləğdə alimentin tutulub Cavabdeh verilməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi Amin adlı oğlu onun yanında qalmışdır. Həmin dövrdə uşağın bütün təlabatını o ödəmişdir. xx.xx.2019-cu il tarixdə oğlunun onun yanında qalmasını polis şöbəsində təstiqlənmişdir. Həmin vaxtdan Mingəçevir şəhər 11 saylı orta məktəbin 9-cu sinfinə getmişdir. Sonradan uşağın anası Cavabdeh Bakıdan gələrək ondan xəbərsiz uşağı götürüb öz yanına Bakıya aparmış və uşaq onun yanında olduğu dövründə alimentini ondan tələb edir. Halbuki, aliment uşağın saxlanması üçün verildiyi halda uşaq ananın yanında 6 ay olmasa da Cavabdeh həmin 6 aylıq, yəni 780 manat aliment pulunu əsassız olaraq ondan tələb edir. Qanunvericiliyin tələbinə görə uşaq onun yanında olduğu üçün cavabdehin ondan aliment istəməsini qanuna müvafiq hesab etmir. Ona görə də aliment üzrə yaranmış 780 manat borcdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbi ilə razı olmadığını bildirərək izahatında göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1116/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı xx xxx 2005-ci il təvəllüdlü Amin adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat məbləğdə alimentin tutulub ona verilməsi qət edilmişdir. Lakin İddiaçı uşağın onun yanında olduğunu bildirdiyi müddətdə uşaq onun da yanında qalmışdır. İddiaçının uşağına baxmaq borcudur və həmin dövrdə də uşağa aliment ödəməlidir. Ona görə də iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X1 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, göstərilən aliment üzrə icra işi onun icraatındadır. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1116/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı xx xxx 2005-ci il təvəllüdlü Amin adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat məbləğdə alimentin tutulub Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı ona verdiyi məlumata görə xx xxx 2005-ci il təvəllüdlü Amin adlı uşaq təxminən 5-6 ay müddətində İddiaçı yanında qalmışdır. Bununla bağlı Cavabdeh və İddiaçını icra şöbəsində izahat alınmışdır. Onun araşdırması nəticəsində məlum olmuşdur ki, uşaq xx xxx 2005-ci il təvəllüdlü Amin adlı uşaq təxminən 4-5 ay müddətində İddiaçı yanında qalmışdır. İşə əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1116/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı xx xxx 2005-ci il təvəllüdlü Amin adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat məbləğdə alimentin tutulub Cavabdeh verilməsi qət edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Mingəçevir şəhər İcra və Probasiya şöbəsində Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə yazılmış ərizdən görünür ki, Cavabdeh aliment borcu ilə bağlı icra və probasiya şöbəsinə müraciət etmiş, avqust ayından uşağın atası İddiaçı yanında olmasını və aliment borcundan 100 manatın çıxılıb qalıq aliment borcunun ödənilməsini tələb etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinliyib, təqdim olunmuş sübutları araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin oluna bilməz. Belə ki, iddianın hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə görə məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və ya digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası AM-nin 107.2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilmədi və iddiaçı məhkəməyə bu barədə mötəbər sübutlarını təqdim etməmişdir. Halbuki sübutları təqdim etmək onun hüququdur. Belə ki, aliment borcunun silinməsi üçün əsaslı sübut təqdim olunmamışdır. İddiaçı aliment borcunun silinməsini ödənilməsinin üzürlü sayılmasını uşağın onun yanında qalması və uşağın bütün xərclərinin onun tərəfindən qarşılanması ilə əsaslandırsa da bu hal aliment borcunun silinməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası və Beynəlxalq hüquq normalarından da bilindiyi kimi uşağa baxmaq və onların qayğısına qalmaq valideynlərin borcudur. İddiaçı borcun silinməsi üçün əsas ola biləcək hər hansı ağır xəstəliyə tutulması və bu xəstəliyin alimentin ödənilməməsi üçün üzürlü sayıla bilməsi barədə heç bir mötəbər sübut təqdim etməmişdir. Bunun əksinə cavabdehin izahatından da görünür ki, İddiaçı aliment ödəmək üçün yetərli imkanı var. Bundan başqa, uşaqların təminatı ilə bağlı mülki işlərə baxılarkən, hər şeydən əvvəl uşaqların mənafeləri nəzərə alınmalıdır. Belə ki, «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsində uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu kimi müəyyən olunmuşdur. Valideynlər üçün oxşar vəzifə müəyyən edən Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar