Məhkəmə qərarları › İş №2(051)-1287/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1287/2021

09.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1287/2021 09.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, iddiaçı: İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 30.03.2015-ci ildə anadan olmuş X1 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat məbləğdə alimentinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında göstərmişdir ki, iddiaçı nikahını 23 avqust 2013-cü ildə rəsmi qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuşlar. Birgə nikahlarından 30 mart 2015-cu ildə anadan olmuş X1 adlı uşaqları doğulmuşdur. Evliliyin ilk vaxtlarında tərəflərin münasibətləri yaxşı olmuş, lakin sonradan münasibətləri pisləşmiş və faktiki olaraq ayrılmışlar. Mingəçevir şəhər məhkəməsinin 21 noyabr 2016-cı il tarixli 2(051)-2964/16 saylı qətnaməsi ilə aralarındakı nikah məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh ailəsi ilə maraqlanmır. Cavabdeh uşağını saxlamağa heç bir köməklik göstərmir. Uşaq xəstədir müalicəyə ehtiyacı vardır. İddiaçı isə heç bir yerdə işləmir. Ailəsinin himayəsində yaşayır. Uşağınında bütün xərclərini ailəsi ödəyir. Ona görə də, Cavabdeh 30 mart 2015-ci ildə anadan olmuş X2 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 175 manat məbləğdə alimentin tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında göstərmişdir ki, iddiaçı ilə 23 avqust 2013-cü ildə rəsmi qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuşlar. Birgə nikahlarından 30 mart 2015-cu ildə anadan olmuş X1 adlı uşaqları doğulmuşdur. Evliliyin ilk vaxtlarında münasibətləri normal olsa da, sonradan pisləşmişdir. O, iddiaçının tələbinin qismən təmin olunmasını xahiş edir. Belə ki, tələb olunan miqdarda alimenti ödəmək üçün maddi imkanı yoxdur. İşə əlavə olunan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin 30.03.2015-ci il təvəllüdlü X1 adlı uşaqları olmuşdur. İşə əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh İddiaçı ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2016-ci ilin noyabr ayının 23 günündə 260 № ilə qeyd edilmişdir. İşə əlavə olunan Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mingəçevir şəhər bölməsi tərəfindən verilmiş 08 may 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı məcburi köçkün kimi müvəqqəti olaraq ünvan 1 ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər üçün analoji vəzifə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə də müəyyən olunmuşdur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsas kimi istinad etdiyi halları sübut etməlidir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə əsasən, sabit pul məbləğinin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimum haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçı uşağın yetkinlik yaşına çatana kimi aliment tələbində də haqlıdır. Lakin iddiaçının tələb etdiyi miqdarda aliment ödənikməsi üçün cavabdehin kifayət qədər gəlirə malik olması sübut olunmamışdır. Ona görə də Cavabdeh Muhammed adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat miqdarında aliment alınıb İddiaçı qızına verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı alimentin məhkəməyə müraciət olunduğu vaxtdan tutulması barədə tələb irəli sürməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, iddiaçı 10.06.2021-ci il tarixdə aliment tutulması ilə bağlı məhkəməyə müraciət etdiyinə görə qətnamədə alimentin iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan tutulub ödənilməsi göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3 və 119.2-ci maddələrinə əsasən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nın 234.2.1-ci maddəsinə əsasən aliment alınması haqqında qətnamə dərhal icra olunur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 30.03.2015-ci il təvəllüdlü X1 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat məbləğində aliment tutulub İddiaçı verilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilsin. Alimentin tutulmasına 10 iyun 2021-ci ildən başlansın. Alimentin ödənilməsi dərhal icra olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar