Məhkəmə qərarları › İş №2(051)-1344/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1344/2023

20.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1344/2023 20.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, İddiaçı Əfsəq qızının Cavabdeh qarşı «alimentin əmək haqqı və digər gəlirlərə uyğun qaydada hesablanıb ödənilməsi» tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxarar, məhkəmə müəyyən etdi : İddiaçı Əfsəq qızı Cavabdeh qarşı «alimentin əmək haqqı və digər gəlirlərə uyğun qaydada hesablanıb ödənilməsi» tələbinə dair ilə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə icraata qəbul olunmuş və iş üzrə posessual hərəkətlər edildikdən sonra işin məhkəmə baxışına təyin edlmişdir. Məhkəmə baxışında İddiaçı Əfsəq qızı tərəfindən iddia ərizəsinin qaytarılması barəsində ərizə daxil olmuşdur. Yuxarıda göstərilən qaydada təhlil edilmiş iş materiallarından görünür ki, İddiaçı Əfsəq qızı tərəfindən iddia ərizəsinin qaytarılması barəsində ərizə daxil olmuşdur, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Əfsəq qızının iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Əfsəq qızının Cavabdeh qarşı «alimentin əmək haqqı və digər gəlirlərə uyğun qaydada hesablanıb ödənilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar