Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1345/2025 28.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı onun azyaşlı uşağın bioloji atası olmamasının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “Atalığa dair mübahisə açma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən doğulmuş 17 iyul 2023-cü il təvəllüdlü İnci adlı uşağa münasibətdə atalığa dair mübahisənin açılması, 17 iyul 2023-cü il təvəllüdlü X2 ondan-İddiaçı törənib-törənməməsini müəyyən etmək üçün məhkəmə-bioloji ekspertizası keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən doğulmuş 17 iyul 2023-cü il təvəllüdlü İnci adlı uşağa münasibətdə İddiaçı atası olmamasının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(051)-249/2024 saylı qiyabi qətnaməsi ilə Cavabdeh doğulmuş 17 iyul 2023-cü il təvəllüdlü İnci adlı uşağa münasibətdə İddiaçı həmin uşağa münasibətdə atası olmaması müəyyən edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən qeyd olunan qiyabi qətnaməni ləğv edilməsini və işin icraatının təzələnməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2(051)-1345/2025 saylı qərardadı ilə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-249/2024 saylı qiyabi qətnaməsinin ləğvinə dair cavabdeh Kərimova (Mustafayeva) Günel İsrəfil qızının ərizəsi təmin edilmiş, İddiaçı Cavabdeh qarşı “Atalığa dair mübahisə açma” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-249/2024 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və işə tərəflərin iştirakı təmin olunmaqla yenidən baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 29 mart 2021-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə münasibətlərinə daxil olmuşlar, iki il uşaqları olmamışdır. İmkanı da yox idi ki, müalicə etsinlər. Özü işləyir. Cavabdeh da qardaşı Natiqin köməkliyi ilə Mingəçevir şəhər Qres qəsəbəsində MKKTİ-də işə düzəltmişlər. Gecələr telefonla danışırdı. Soruşurdu, kiminlə danışırsan, deyirdi ki, iş yoldaşıdır, işlə bağlı danışırlar. Müəyyən müddət keçdi, Günel hamilə oldu. Bir gecə Günelin telefonla danışdığını görmüş, ondan telefonu alıb həmin nömrəyə zəng etmişdir. Onun iş yoldaşı kimi özünü təqdim edən X7 idi, həqiqətən də müəyyənləşdirdi ki, Günelin iş yoldaşıdır. Onunla möhkəm mübahisəsi düşdü. Günel onu inandırmağa çalışdı ki, münasibətləri iş yoldaşı münasibətləridir. 17 iyul 2023-cü il tarixdə uşaq doğuldu. Şərti olaraq adını Sevda qoydular. Cavabdeh X7 ilə telefon danışıqları onda şübhə yaratmışdır. 25 iyul 2023-cü il tarixdə o, Cavabdeh və yeni doğulmuş qız uşağını götürüb Mingəçevir şəhər “Regional Hospitala” getmiş, qandan analiz vermişlər. O və onunla birgə nikahda olmuş Cavabdeh qan qrupları və resurs faktorları Q İ Rh(+) olduğu halda, uşağın qan qrupu və resurs faktoru Q İİ Rh(+) ola bilməz. Mütəxəssis həkimlərlə məsləhətləşmədən sonra ona bildirildi ki, ər və arvadın qan qrupları Q İ Rh(+) olduğu halda, ərdən törəmiş uşağın qan qrupu Q İİ Rh(+) ola bilməz. Nikahda olduqlarına görə onun razılığı alınmadan Cavabdeh uşağa doğum haqqında şəhadətnamə almış, adını İnci yazdırmış, ata qrafasında da onun adı, soyadı, ata adı qeyd edilmişdir. Uşaq doğulandan sonra Günel şəxsiyyət vəsiqəsini dəyişmiş, onun soyadını qeyd etdirmişdir. Odur ki, iddianın təmin olunması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı iddianın təmin olunması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh iştirak etdiyi məhkəmə iclası zamanı göstərmişdir ki, iş üzrə məhkəməbioloji ekspertizası təyin edilsə, 17 iyul 2023-cü il tarixdə doğulmuş İnci adlı uşağın atasının iddiaçı olması təsdiq ediləcək, çünki uşağın atası İddiaçıdur. İşə birinci dəfə baxılan vaxt ona məlumat verilməmiş, nə də ekspertizaya dəvət edilməmişdir. Hesab edir ki, hazırda təyin edilən ekspertiza zamanı onun haqlı olduğu təsdiq ediləcəkdir. Odur ki, məhkəmədən izahatında göstərilən halları nəzərə alaraq qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, 17 iyul 2023-cü il tarixdə doğulmuş X6 adlı uşağın atası İddiaçı, anası Cavabdehdır. İşdə olan nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X1 nikahı xx.xx.2021-ci il tarixdə Mingəçevir regional “ASAN” xidmət mərkəzində Qeydiyyat şöbəsində 205 № ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada Kərimova soyadı verilmişdir. İşdə olan "xxxx" tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qan analizi nəticələrindən görünür ki, X1 qan qrupu və rezus faktoru O İ Rh(+), İddiaçı qan qrupu və rezus faktoru O İ Rh(+),17 iyul 2023-cü il təvəllüdlü X3 qan qrupu və rezus faktoru A İİ Rh(+) göstərilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-bioloji ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli rəsmi məktubundan görünür ki, ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində tərəflər şöbəyə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə yenidən məhkəmə-bioloji ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 554/2025- TBŞ saylı ekspert rəyindən görünür ki, 1. İddiaçı qrup göstəriciləri: O-alfa,beta/İ/, Rezus- D/+/. Ağız suyunun tədqiqinə görə qrup antigenini «ifraz edənlər» kateqoriyasına aiddir.
2. Cavabdeh qrup göstəriciləri: O-alfa,beta/İ/, Rezus-D/+/. Ağız suyunun tədqiqinə görə qrup antigenini «ifraz etməyənlər» kateqoriyasına aiddir.
3. X2 qrup göstəriciləri: A-beta/ll/, Rezus-D/+/. Ağız suyunun tədqiqinə görə qrup antigenini «ifraz etməyənlər» kateqoriyasına aiddir. Genlərin valideyinlərdən uşaqlara irsən ötürülməsi qanununa görə ata və ananın qrup göstəricilərində olmayan faktorlar uşaqda ola bilməz. Göstərilən halda ABO sistemi üzrə ana Cavabdeh qrup göstəricisi O/l/, güman olunan ata - İddiaçı qrup göstəricisi O/l/, X6 adlı uşağın isə qrup göstəricisi A/ll/- dir. «A» qrup faktoru Cavabdeh və İddiaçı qruplarında olmadığı üçün uşaq bu antigeni həqiqi atasından götürmüşdür. Belə olan halda ekspertizaya təqdim olunan X6 adlı uşaq barəsində İddiaçı atalıq faktı ABO sistemi üzrə inkar olunur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflərin nikahı xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. 17 iyul 2023-cü il tarixdə İnci adlı uşaqları doğulmuşdur. Mingəçevir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən 17 iyul 2023-cü il tarixdə doğulmuş X6 adlı uşağın atası kimi İddiaçı qeyd edilmişdir. İddiaçı cavabdehin davranışlarından şübhələnmiş və onlar qan analizi verdirmişlər, cavabdehin qan qrupu və rezus faktoru O İ Rh(+), iddiaçının qan qrupu və rezus faktoru O İ Rh(+), uşağın qan qrupu və rezus faktoru A İİ Rh(+) olduğundan, iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 554/2025-TBŞ saylı ekspert rəyi ilə ekspertizaya təqdim olunan X6 adlı uşaq barəsində İddiaçı atalıq faktı ABO sistemi üzrə inkar olunmuşdur. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlir ki, hazırkı iddia tələbi atalığa dair mübahisə deyil, uşağın atası qismində yazılmış şəxsin uşağın bioloji atası olub-olmamasının müəyyən edilməsinə dair olan mübahisədir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, iddiaçı cavabdehdən doğulmuş uşağın atası kimi qeyd edilsə də, iddiaçı sonradan yaranmış şübhələr əsasında uşağın bioloji atası olmamasını təxmin etmiş və verilmiş qan analizi nəticələrinə əsasən cavabdehin qan qrupu və rezus faktoru O İ Rh(+), iddiaçının qan qrupu və rezus faktoru O İ Rh(+), uşağın qan qrupu və rezus faktoru A İİ Rh(+) olduğundan, iddiaçı məhkəmə müdafiəsi hüququndan istifadə etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş bioloji ekspertizanın rəyi ilə də iddiaçının cavabdehdən doğulmuş uşağın bioloji atası olması inkar edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatı təsbit olunmuşdur. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 6-cı maddəsində də əksini tapmış və hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmişdir. Məhkəmə mübahisənin qanuni həll edilməsi baxımından hesab edir ki, iddiaçı hazırki tələblə bağlı iddia irəli sürməkdə subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyinə əsasən, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə müəyyən etdi ki, iddiaçı uşağın atası kimi qeyd edilmiş, lakin onunla cavabdehdən doğulmuş uşaq arasında bioloji bağlılığın olmasına dair şübhələri yarandığından, məhkəməyə müraciət etmiş, təyin edilmiş bioloji eksperizanın rəyi ilə onun cavabdehdən doğulmuş uşağın bioloji atası olması inkar olunmuşdur. O səbəbdən də iddiaçının cavabdehdən doğulmuş uşağa münasibətdə atalıq hüququ cavabdeh tərəfindən pozulmuşdur. Ona görə də onun qanunla qorunan hüquqlarını bərpa etdirmək və maraqlarını təmin etdirmək üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının “Nikah hüququ” adlanan 34-cü maddəsinə görə hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır və heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Məhkəmə, mübahisənin qanuni həll edilməsi baxımından Azərbaycan Respublikası Ailə Məcəlləsinin müvafiq normalarının tətbiqi əsaslarının araşdırılmasını da zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Həmin Məcəllənin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Həmin Məcəllənin 44.4-cü maddəsinə əsasən ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur. Həmin Məcəllənin 44.5-ci maddəsinə əsasən atalığın müəyyən olunması haqqında birgə ərizə verməyin uşağın doğulmasından sonra qeyri-mümkünlüyü və ya çətinliyi güman olunduğu hallarda gələcək uşağın öz aralarında nikahda olmayan valideynləri bu ərizəni müvafiq icra hakimiyyəti orqanına ananın hamiləliyi dövründə vermək hüququna malikdirlər. Uşağın valideynləri haqqında qeyd uşaq doğulduqdan sonra aparılır. Həmin Məcəllənin 44.6-cı maddəsinə əsasən yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına yalnız onun razılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyumunun tələbi ilə açıla bilər. Həmin Məcəllənin 47.2-ci maddəsinə əsasən bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Hazırda iddiaçı həmin uşağın bioloji atası olmamasını, başqa sözlə, həmin uşağın ondan deyil, başqa şəxsdən törədiyini və bu halın məhkəmə qaydasında müəyyən olunmasını tələb edir. Belə olan halda məlum olur ki, iddiaçının hazırkı tələbinin qanunu əsasını Ailə Məcəlləsinin birlikdə götürülmüş 44.2 və 47.1-ci maddələri təşkil edir. Həmin Məcəllənin 44-cü maddəsi uşağın mənşəyinin müəyyən edilməsi ilə bağlı məsələləri tənzimləyir. Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Hazırkı işdə uşağın tərəflərin nikahda olduqları vaxt doğulması işin mübahisələndirilməyən halıdır. Belə olan halda qanunun istinad olunan normasının tələbinə əsasən bəlli olur ki, nikah vaxtı doğulmuş uşağın ata və anası nikah şəhadətnaməsində qeyd olunan şəxslərdir. Bununla da müəyyən olunur ki, nikahda olan şəxslərdən doğulan uşağın valideynlərinin nikah şəhadətnaməsində qeyd edilən şəxslərin olmasına dair qanuni prezumpsiyası qüvvədə olmuş olur. Prezumpsiya dedikdə, əksi sübut edilməyənədək mötəbər sayılan ehtimal başa düşülür. Bu isə o, deməkdir ki, qanunun tələbinə görə tərəflər Mingəçevir regional “ASAN” xidmət mərkəzində Qeydiyyat şöbəsində xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olduqdan sonra onların həmin nikahdan 17 iyul 2023-cü tarixdə İnci adlı uşaqları doğulmuşdur. Nikahda olduqlarına görə iddiaçı həmin uşağın atası hesab olunmuşdur. Ona görə də doğum akt qeydində onun soyadı, adı və ata adı qeyd edilmişdir. İddiaçı həmin uşağın ondan törəmədiyini iddia edir, Ailə Məcəlləsinin 47.1-ci maddəsi ona belə bir imkan, yəni uşağın atası olmadığını mübahisələndirmək imkanı tanıyır. Prezumpsiya əksi sübut edilə bilən ehtimal olduğundan, bunun əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumsiyanı aradan qaldıra bilər. Demək ki, iddiaçı sübut etməlidir ki, cavabdehlə nikahda olduğu vaxtda, yəni 17 iyul 2023-cü il tarixdə cavabdehdən doğulmuş uşağın atası o, deyildir. MPM-in 76-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları sübut hesab edilir. Həmin Məcəllənin 106.1 -ci maddəsinin tələbinə görə isə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddiaçı bununla bağlı məhkəməyə öz izahatını və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qan analizi nəticələrini təqdim etmişdir. Hazırkı mübahisə zamanı məhkəmə tərəfindən təyin edilmiş bioloji ekspertizanın rəyi ilə də iddiaçının cavabdehdən doğulmuş uşağın bioloji atası olması inkar edilmişdir. Bununla da iddiaçı mötəbərliyi şübhə doğurmayan sübutlar təqdim etməklə prezumsiyanı aradan qaldırmış, yəni 17 iyul 2023-cü il tarixdə cavabdehdən doğulmuş uşağın bioloji atası olmamasını təsdiq etmişdir. Cavabdeh tərəf isə iddiaya qarşı etiraz etsə də, öz etirazının əsası kimi istinad etdiyi halları təsdiq, iddiaçının istinad etdiyi dəlilləri isə təkzib edən sübutlar təqdim etməmişdir. Belə olan halda iddiaçının cavabdehdən doğulmuş uşağın bioloji atası olmaması ilə bağlı iddiası əsaslıdır. Məhkəmə, istinad olunan normalarda atalığa dair mübahisə açma tələbinin təmin oluna bilməməsi ilə bağlı qeyd edir ki, hazırkı mübahisə uşağın atası qismində yazılmış iddiaçı tərəfindən atalığa dair mübahisə deyil, uşağın bioloji atası olub-olmaması ilə bağlı mübahisədir. Ona görə də hazırkı mübahisənin qanuni həll edilməsi, istinad olunan normalaın tələblərinə uyğundur. Belə ki, iddiaçının cavabdehdən doğulan uşağın bioloji atası olmaması, uşağın atalığının inkar olunması, həmçinin ata haqqında qeydin dəyişməsi, iddiaçı ilə cavabdehdən doğulmuş uşaq arasında olan tibbi-genetik və tibbi-psixoloji məsələlərin müəyyən edilməsinə yönəldiyindən, uşağın təbii hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Məhkəmə mümkün sübutların tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, mötəbərliyi şübhə doğurmayan ekspert rəyi ilə iddiaçı cavabdehdən doğulmuş uşağın bioloji atası olmadığından iddia təmin edilməlidir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, iddiaçının cavabdehdən doğulan uşağın bioloji atası olmaması barədə məhkəmə qətnaməsi, həmin uşağın doğum akt qeydində atası haqqında yazılmış qeydin dəyişməsi, həmçinin iddiaçının həmin uşağa münasibətdə valideynlik vəzifələrindən azad edilməsi üçün əsas hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. İddiaçı Cavabdeh 17 iyul 2023-cü il tarixdə doğulmuş İnci adlı uşağın bioloji atası olmaması müəyyən edilsin. Qətnamə uşağın doğum haqqında akt qeydinin ata qrafasında, uşağın adı qrafasının ata adı hissəsində İddiaçı adının silinməsi, həmçinin uşağa yeni doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Nemət Paşayev