Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1371/2020 21.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, X12 katibliyi, İddiaçı və onun vəkili X3 iştirakı ilə, iddiaçı: İddiaçı cavabdeh: Cavabdeh qarşı «aliment ödəməkdən azad edilməsi tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, onun Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(051)-2211/2019 saylı qətnaməsi üzrə yaranmış 1200 manat aliment borcunun ödənilməsindən və azyaşlı oğlu X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün təyin olunmuş 120 manat miqdarında aliment ödəməkdən azad olunması barədə qətnamə çıxarılmasınıxahişetmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, Cavabdeh ilə nikahlarını xx xxxxxx 2011-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından onların xx xxxx 2011-ci ildə Sənan adlı uşaqları doğulmuşdur. Bir müddət cavabdehlə mehriban yaşasalar da sonradan münasibətləri pisləşmiş və aralarındakı nikah 2012-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Məhkəmə qətnaməsi ilə ondan hər ay 50 manat aliment və uşaq 3 yaşına çatana kimi 10 manat pul tutularaq cavabdehə verilməsi qərara alınmışdır. Bundan sonra cavabdeh azyaşlı uşağı götürərək Rusiya Federasiyasına getmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(051)-189/2015 saylı qiyabi qətnaməsinə əsasən o, Mingəçevir şəhər Məhkəməinin xx xxxxxx 2012-ci il tarixli, 2(051)-283/2012 saylı qətnaməsinə əsasən X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 50 manat alimenti ödəməkdən və həmin qətnamə üzrə yaranmış 980 manat aliment borcundan azad edilmişdir. Bundan sonra o yenidən ailə qurmuş və ikinci nikahından xx xxxxxx 2015-ci il təvəllüdlü Tunar və xx xxxxxx 2019-cu il təvəllüdlü Duyğu adlı uşaqları doğulmuşdur. Lakin buna baxmayaraq Mingəçevir şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(051)-2211/2019 saylı qətnaməsinə əsasən xx xxxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 120 manat sabit pul məbləğində alimentin hər ay tutulub Cavabdeh ödənilməsi qət edilmişdir. O uşağı ilə heç bir əlaqə qura bilmir. Cavabdeh buna maneə olur. Uşağın faktiki halndan xəbərdar deyil və onda olan məlumata görə cavabdeh Rusiya Federasiyasında ailə qurmuşdur. Uşağa ödənilməli olan aliamnetin həqiqətən də uşağa xərclənməsi ona məlum deyil. Ona görə də onun Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(051)-2211/2019 saylı qətnaməsi üzrə yaranmış 1200 manat aliment borcunun ödənilməsindən və azyaşlı oğlu X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün təyin olunmuş 120 manat miqdarında aliment ödəməkdən azad olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının vəkili X7 eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(051)- 189/2015 saylı qətnaməsindən görünür ki, İddiaçı Mingəçevir şəhər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(051)-283/2012 saylı qətnaməsinə əsasən X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 50 manat alimenti ödəməkdən və həmin qətnamə üzrə yaranmış 980 manat aliment borcundan azad edilməsi qət edilmişdir İşə əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2211/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx xxxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment hər ay cavabdeh İddiaçı tutularaq, iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İşə əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1563/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı qarşı valideynlik hüququndan məhrum etmə tələbinə dair iddiası rədd edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən göndərilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, xx xxxx 2011-ci il təvəllüdlü X1 Federasiyası pasportu ilə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə Rusiya istiqamətində dövlət sərhəddindən buraxılmışdır. İşə əlavə olunmuş X13 və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2211/2019 saylı, xx.xx.2019cu il tarixli icra sənədi üzrə 1200 manat aliment borcu yaranmışdır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin sutərləindən görünür ki, İddiaçı X4 ilə birgə nikahından xx xxxxxx 2015-ci il təvəllüdlü Tunar və xx xxxxxx 2019-cu il təvəllüdlü Duyğu adlı uşaqları doğulmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinliyib, təqdim olunmuş sübutları araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin oluna bilməz. Belə ki, iddianın hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə görə məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və ya digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası AM-nin 107.2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilmədi və iddiaçı məhkəməyə bu barədə mötəbər sübutlarını təqdim etməmişdir. Halbuki sübutları təqdim etmək onun hüququdur. Belə ki, aliment ödəməkdən azad edilməsi üçün əsaslı sübut təqdim olunmamışdır. İddiaçı aliment ödəməkdən azad edilməsini ödənilməsinin üzürlü sayılmasını uşağın Rusiya Federasiyasında olması ilə əsaslandırmışdır. Halbuki uşağın hansı ölkədə olmasından asılı olmayaraq uşağa baxmaq valideynlərin borcudur. Azərbaycan Respublikası və Beynəlxalq hüquq normalarından da bilindiyi kimi uşağa baxmaq və onların qayğısına qalmaq valideynlərin borcudur. İddiaçı aliment ödəməkdən azad ola biləcək hər hansı ağır xəstəliyə tutulması və bu xəstəliyin alimentin ödənilməməsi üçün üzürlü sayıla bilməsi barədə heç bir mötəbər sübut təqdim etməmişdir. Bundan başqa, uşaqların təminatı ilə bağlı mülki işlərə baxılarkən, hər şeydən əvvəl uşaqların mənafeləri nəzərə alınmalıdır. Belə ki, «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsində uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu kimi müəyyən olunmuşdur. Valideynlər üçün oxşar vəzifə müəyyən edən Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddiaçı Cavabdeh qarşı aliment ödəməkdən azad edilməsi tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1371/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1371/2020
21.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver