Məhkəmə qərarları › İş №2(051)-1391/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1391/2025

01.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1391/2025 01.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın atanın yanında saxlanılması” tələbinə dair iddia ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh qarşı “uşağın atanın yanında saxlanılması” tələbi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş 21 fevral 2009-cu il tarixdə doğulmuş X2 onun yanında qalmasının, ondan tutulan 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment ödənilməsinin dayandırılmasının və 09 avqust 2006-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatdıqdan sonra ondan tutulan aliment ödənişinin hesablanaraq ona geri ödənilməsinin müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək cavabdeh Aslanova (Cəfərova) Seylan Fayıq qızı ilə 19 aprel 2011-ci il tarixində qeyd olunmuş rəsmi nikahdan 21 fevral 2009-cu il tarixdə doğulmuş X7 adlı uşağın onun yanında qalmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Aslanova (Cəfərova) Seylan Fayıq qızı ilə 19 aprel 2011- ci il tarixində rəsmi nikaha daxil olmaqla, evlənmişlər. Birgə nikahlarından 09 avqust 2006-cı il tarixdə X15 və 21 fevral 2009-cu il tarixdə X7 adlı uşaqları doğulub. 09 avqust 2006-ci il tarixdə X15 artıq yetkinlik yaşına çatmışdır və hazırda hərbi xidmətdədir. Mingəçevir Şəhər Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(051)- 110/2020 saylı qətnaməsi ilə onunla cavabdeh X14 arasında olan nikah pozulub. Mingəcevir Şəhər Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(051)- 110/2020 saylı qətnaməsi ilə birgə nikahlarından doğulmuş 09 avqust 2006-cı il tarixdə X15 və 21 fevral 2009-cu il tarixdə doğulmuş X7 cavabdeh X5 yanında qalmaları, birgə nikahdan 09 avqust 2006-ci il tarixdə doğulmuş X6 və 21 fevral 2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment hər ay ondan tutularaq X8 verilməsi qət edilmişdir. Bununla belə, hazırda 21 fevral 2009-cu il tarixdə doğulmuş X7 xeyli müddətdir ki, onun yanındadır. Uşağın bütün xərcləri iddiaçı tərəfindən ödənilir. Buna görə də məhkəmə qaydasında onun yanında qalmasının təyin edilməsi zərurəti var. 09 avqust 2006-ci il tarixdə doğulmuş X6 artıq yetkinlik yaşına çatmasına baxmayaraq hələ də hər ay ondan aliment ödənişi tutulur. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat vermiş və bildirmişdir ki, iddiaçı ilə 19 aprel 2011-ci il tarixdə rəsmi nikah bağlamaqla evlənmişlər, tərəflərin birgə nikahdan Röyal və İmamqulu adlı iki uşaqları doğulmuşdur. 10 mart 2020-ci il tarixdə Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi ilə rəsmi qaydada nikahları pozulmuşdur. 2006-cı il tarixdə doğulmuş Röyal adlı uşaqları yetkinlik yaşına çatmışdır və o hal-hazırda hərbi xidmətdədir. Cavabdehin iddiaçı ilə nikahı pozulduqdan sonra yenidən ailə həyatı qurmuşdur və həmin nikahdan 1 uşağı doğulmuşdur. Uşaqlarla isə ümumiyyətlə maraqlanmır. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Aslanova (Cəfərova) Seylan Fayıq qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddiaçının izahatını, digər sənədlərə, həmçinin işin məhkəmə tərəfindən müəyyən olunmuş həqiqi hallarına qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025ci il tarixli, MŞM/MT031/2025-00129 saylı arayışdan görünür ki, Aslanova (Cəfərova) Seylan Fayıq qızı mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı cavabdeh X14 arasında olan nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur, nikaha xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Nikah pozulduqdan sonra arvada Cəfərova soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2009-cu il tarixdə doğulmuş İmamqulu adlı uşağın atası İddiaçı, anası X9r. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2006-cı il tarixdə doğulmuş Röyal adlı uşaqların atası İddiaçı, anası X12r. İşdə olan xx.xx.2025-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Hüseynov X10 şəhər, Naxçıvan küçəsi ,ev 40, mənzil 2 ünvanında qeydiyyatdadır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)- 110/2020 saylı qətnaməsindən görünür ki, iddia qismin təmin olunmuş, iddiaçı X14 ilə cavabdeh İddiaçı arasında olan 19 aprel 2011-ci il tarixdə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində 155 №ilə qeydə alınmış nikahın pozulması, boşanmadan sonra tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il tarixdə doğulmuş İmamqulu, xx.xx.2006-cı il tarixdə doğulmuş Röyal adlı uşaqların iddiaçı X5 yanında qalmasının müəyyən edilməsi, xx.xx.2009-cu il tarixdə doğulmuş İmamqulu, xx.xx.2006-cı il tarixdə doğulmuş Röyal adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 130 manat olmaqla, iki uşaq üçün 260 manat sabit pul məbləğində aliment cavabdeh İddiaçı tutularaq, iddiaçı X13 verilməsi qət edilmişdir. Mingəçevir Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş 23 oktyabr 2025-ci il tarixli rəydən görünür ki, cavabdehin yaşayış yerini müəyyən etmək mümkün olmadığından mülki işə rəy verilməsi mümkün olmamışdır. İşdə olan 25 avqust 2025-ci il tarixli “mənzilin müayinə akt”ından görünür ki, ev beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Bir zal, üç yataq otağı, bir mətbəx, bir balkon, hamam otağı və sanitar qovşaqdan ibarətdir. Evdə yaşayış üçün şərait yaradılmış, sanitar-gigiyenik qaydalara tam riayət edilmişdir. Orta təmirlidir, məişət və mebel avadanlıqları, kanalizasiya sistemi, internet, su, təbii qaz və elektrik enerjisi ilə təchiz edilmişdir. İstilik sistemi elektrik peçi ilə təmin edilir. Evdə hal-hazırda iki nəfər İddiaçı və bacısı yaşayır. İddiaçının digər övladı X7 hal-hazırda Qarabağ ərazisində işlədiyi üçün müvəqqəti onun yanında yaşamır. Yetkinlik yaşına çatmayanların bu evdə yaşaması və istirahəti üçün qənaətbəxş hesab etmək olar. İşdə olan Mingəçevir Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş 06 avqust 2025-ci il tarixli izahatdan görünür ki, 21 fevral 2009-cu il tarixdə doğulmuş X2 izahatı alınmışdır, 2020-ci il tarixdə valideynləri arasında olan nikah pozulmuşdur. Məhkəmənin qərarı ilə o və qardaşı Röyal analarının yanında qalmışlar. 1 il anaları ilə yaşadıqdan sonra öz istəyi ilə ataları ilə qalmışlar. Artıq 4 ildir ki, ataları ilə yaşayırlar. İstədikləri vaxt anaları ilə görüşür. Lakin bundan sonra atası ilə yaşamaq istəyir. İşdə olan xx.xx.2025-ci il tarixli, 4783 №li arayışdan görünür ki, İddiaçı X1 narkoloji qeydiyyatında yoxdur. İşdə olan Mingəçevir şəhər Dəri-Zöhrəvi Xəstəlikləri PHŞ tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Mingəçevir şəhər Dəri-Zöhrəvi Xəstəxanasında qeydiyyatda durmur. İşdə olan X11 PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı X11 PHŞ X4 qeydiyyatda durmur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh 19 aprel 2011-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2009cu il tarixdə İmamqulu, xx.xx.2006-cı il tarixdə Röyal adlı uşaqları doğulmuşdur. Tərəflər münasibətləri pozulduğuna görə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-110/2020 saylı qətnaməsi iddiaçı X14 ilə cavabdeh İddiaçı arasında olan 19 aprel 2011-ci il tarixdə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində 155 №ilə qeydə alınmış nikahın pozulması, boşanmadan sonra tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il tarixdə doğulmuş İmamqulu, xx.xx.2006-cı il tarixdə doğulmuş Röyal adlı uşaqların iddiaçı X5 yanında qalmasının müəyyən edilməsi, xx.xx.2009-cu il tarixdə doğulmuş İmamqulu, xx.xx.2006-cı il tarixdə doğulmuş Röyal adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 130 manat olmaqla, iki uşaq üçün 260 manat sabit pul məbləğində aliment cavabdeh İddiaçı tutularaq, cavabdeh X8 verilməsi qət edilmişdir. Belə ki, qətnamədən də görünür ki, boşandıqdan sonra xx.xx.2009-cu il tarixdə doğulmuş İmamqulu, xx.xx.2006-cı il tarixdə doğulmuş Röyal adlı uşaqların iddiaçı X5 yanında qalmışlar. Lakin sonradan xx.xx.2009-cu il tarixdə doğulmuş İmamqulu, xx.xx.2006-cı il tarixdə doğulmuş Röyal adlı uşaqlar öz istəyi ilə atasının, yəni iş üzrə iddiaçının yanında qalmış və yaşamışdır. xx.xx.2006-cı il tarixdə doğulmuş Röyal adlı uşaq artıq yetkinlik yaşına çatmışdır və o hal-hazırda Hərbi Xidmətdədir. Lakin xx.xx.2009-cu il tarixdə doğulmuş İmamqulu adlı uşaq məktəblidir və dörd ildir ki, iddiaçının yanında yaşayır. Həmçinin iş materialları ilə müəyyən olunur ki, Cavabdeh yenidən ailə qurmuş və həmin nikahdan iki uşağı vardır. Ona görə də iddiaçı uşağın onun yanında saxlanılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək, atanın (iddiaçının) yetkinlik yaşına çatmamış uşağın onun himayəsinə verilməsini istəməsini, onun şəxsən öz uşağının qayğısına qalıb onu böyütmək, tərbiyə etmək arzusunda olmasını və bir ata, valideyn kimi qanunvericilikdə bu hüquqa malik olmasını nəzərə alaraq belə qənaətə gəlir ki, İmamqulu adlı uşaq 16 yaşına çatdığına görə ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə ayrı yaşayan valideynlərdən birini seçmək hüququna malikdir. Belə olan halda uşağın fikirlərinin nəzərə alınması onun mənafeyinə uyğundur. Çünki uşaqlar barəsində görülən bütün tədbirlərdə uşaqların mənafeyi üstün tutulmalı, onların maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməlidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 7.8-ci bəndinə əsasən nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. Lakin işin müəyyən olunmuş hallarından görünür ki, uşağın məhkəmə qətnaməsi ilə ananın yanında qalması müəyyən edilsə də, sonradan uşaq öz istəyi ilə atanın yanına getmişdir. Hazırda uşaq atasının yanında qalır. Belə olan halda uşağın ananın yanında qalmasına dair məhkəmə qətnaməsindən asılı olmayaraq, hazırkı mübahisə uşağın mənafeyinə uyğun həll edilməli və uşağın atasının yanında qalması müəyyən edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5–ci maddəsində göstərilmişdir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4–cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə bağlılığı, valideynlərin əxlaqi və digər keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə alınmaqla həll edilir. Həmin Məcəllənin 60.1–ci maddəsində qeyd edilmişdir ki, valideynlik hüquqları uşaqların mənafeyi ziddinə həyata keçirilə bilməz. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 12–ci maddəsinin 5–ci hissəsində göstərilmişdir ki, uşaqlarla qəddar rəftar, onlara qarşı psixi zor tətbiq edilməsi, uşaqların hüquqlarının pozulması digər şəxslərlə bərabər, hətta uşağın valideyninə də qadağan edilmiş və bunun müxtəlif növ məsuliyyətə səbəb ola biləcəyi ifadə olunmuşdur. BMT Baş Məclisinin xx.xx.1959–cu il tarixli, 1386 nömrəli qətnaməsi ilə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Bəyannamənin 6–cı prinsipinə görə azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Milli və beynəlxalq qanunvericilik aktlarının əlaqəli təhlili o nəticəyə gəlməyə əsas verir ki, uşağın valideynlərdən hansının yanında yaşamasını həll edərkən, məhkəmə ilk növbədə uşağın mənafelərini əsas götürməlidir. Uşağın mənafelərinin pozula biləcəyi yerdə valideynin hansı imkana malik olmasının və uşaq üçün hansı şərait yarada biləcəyinin heç bir əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Bununla yanaşı, məhkəmə mübahisənin düzgün həlli edilməsi baxımından, xx.xx.2009-cu il tarixdə doğulmuş İmamqulu adlı uşağın Mingəçevir Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına verdiyi izahatında atası ilə qalmaq istəməsini bildirmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2016–cı il 28 mart tarixli, 8–2/2016 №–li qərarına əlavə və dəyişikliklər edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020–ci il tarixli qərarının 7.1–ci bəndinə əlavə edilmiş abzasa əsasən “Məhkəmələrə izah edilmişdir ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52–ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir.” “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 3-cü maddəsinə görə də məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Məhkəmə, həmçinin qeyd edir ki, uşaqları valideynlərindən ayırmaq, himayəyə və ya övladlığa vermək barədə qərarlar Avropa Məhkəməsinin “İnsan Hüquqları və Əsas azadlıqlarına dair Avropa Konvensiyası”nın 8-ci maddəsində nəzərdə tutulmuş ailə həyatına hörmət hüququ kontekstində araşdırdığı məsələlərdəndir və Məhkəmənin presedent hüququna görə bu məsələlərlə bağlı qərar çıxarılarkən uşağın maraqlarına birinci dərəcəli əhəmiyyət verilməklə yanaşı, onların rəyləri dinlənilməlidir (“Mustafa və X17rşı” iş). “K. A. Finlandiyaya qarşı” iş üzrə qərarında isə Avropa Məhkəməsi vurğulamışdır ki, “...ayrılıqdan sonra uzun müddət keçdikdə və uşaq himayəyə verildiyi ailədəki vəziyyətə alışdıqda, bu vəziyyətin yenidən dəyişməsi uşağın maraqlarına uyğun olmaya bilər və bu halda onun maraqları valideynlərinin maraqlarını üstələyə bilər”. Belə ki, xx.xx.2009-cu il tarixdə doğulmuş X7 tərəflər arasındakı nikah pozulduqdan sonra anasının yanında qalsa da, sonradan öz istəyi ilə atasının yanına getmiş və artıq uzun müddətdir ki, atasının yanında qalır. xx.xx.2009-cu il tarixdə doğulmuş İmamqulu adlı uşağın əlavə olaraq məhkəmədə dinlənilməsinə zərurət olmadığı qənaətinə gəldi. Beləliklə, məhkəmə xx.xx.2009-cu il tarixdə doğulmuş İmamqulu adlı uşağın mənafelərini, uşağın yaşını, onun təhsilini, o cümlədən valideynlər barədə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını nəzərə alaraq hesab edir ki, uşağın İddiaçı yanında qalması onun maraqlarına və qanuni mənafelərinə uyğundur. Odur ki, iddia tələbi təmin edilməlidir. Bununla yanaşı, məhkəmə tərəflərə izah edir ki, xx.xx.2009-cu il tarixdə doğulmuş X3 atanın himayəsinə verilməsi gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində yeni əsaslarla iddia qaldırılmasını istisna etmir. Belə ki, zaman keçdikcə uşağın valideynlərin hansının yanında yaşaması ilə bağlı vəziyyət dəyişə, habelə tərəflər uşaqları ilə ünsiyyət hüququndan istifadə edərək onların məhəbbətini qazana və uşaqlarının ona olan münasibətinin dəyişməsinə nail ola bilər. Bu cür yeni əsaslar yarandığı halda isə o, həmin əsaslara istinad edərək uşağın onun himayəsinə verilməsi barədə tələblə məhkəməyə müraciət etmək hüququna malik olacaqdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahından doğulmuş xx.xx.2009-cu il tarixdə doğulmuş X2 İddiaçı yanında qalması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar