Məhkəmə qərarları › İş №2(051)-1393/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1393/2025

03.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1393/2025 03.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “atalığa dair mübahisə açaraq uşağın atasının olmamasının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia: İddiaçı Cavabdeh qarşı Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə atalığa dair mübahisə açaraq Cavabdeh doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X3 adlı uşağa münasibətdə onun atası olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavadeh Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Nikahlarının ilk dövrlərində ailə münasibətləri normal olmuşdur. Lakin bir müddət sonra cavabdehlə münasibətləri pozulmuşdur. Cavabdeh ilə aralarındakı rəsmi nikah pozulmadığı halda cavabdeh X8 ilə qeyri-rəsmi yaşamışdır və xx.xx.2020-ci il təvəllüdlü X3 bu qeyri-rəsmi nikahdan dünyaya gəlmişdir. xx.xx.2020-ci ildə rəsmi nikahları pozulmuşdur. Rəsmi nikah pozulduqdan sonra xx.xx.2020-ci il təvəllüdlü X3 8 aylıq dünyaya gəlmişdir. Mingəçevir Şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il təvəllüdlü X3 nikah pozulduqdan 8 ay sonra doğulduğu üçün ata kimi iddiaçı qeyd olunmuşdur. Lakin onun bundan xəbəri olmamışdır. X8 bununla bağlı etiraz eləsə də Şəki İnzibati Məhkəməsi işin Mingəçevir Şəhər Məhkəməsində baxılmasını qeyd etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmuna uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək, iddia tələbi ilə razı olduğunu, xx.xx.2020-ci il təvəllüdlü X2 X8 ilə qeyri-rəsmi nikah münasibətlərindən doğulduğunu, iddianın təmin edilməsinə etirazı olmadığını bildirdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən sübutlar: xx.xx.2021-ci il tarixdə verilmiş doğum haqqında arayışdan görünür ki, X3 xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, doğum haqqında akt qeydləri kitabında xx.xx.2021ci il tarixdə 24 № ilə qeyd edilmişdir. Atası İddiaçı, anası X6r. AZ-İİ № 431967 saylı xx.xx.2021-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə X9 arasında xx.xx.2021-ci il tarixdə Mingəçevir Şəhər Qeydiyyat şöbəsində rəsmi nikah bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 18 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə - Çələbiyev, arvada- Çələbiyeva soyadı verilmişdir. AZ-İ 350681 №li xx.xx.2020-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X7 arasında bağlanmış nikah ləğv edilmiş, xx.xx.2020-ci il tarixdə 36 № ilə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Qəribli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Haqverdiyev X1 qeydiyyatdadır. AZ-İV 569755 №li xx.xx.2021-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, xx.xx.2021-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında 24 № ilə qeyd edilmiş, atası İddiaçı, anası X6r. xx.xx.2025-ci il tarixli MŞM/MT031/2025-00623 №li Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən X5 sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1202/2022 saylı qərardadından görünür ki, İddiaçı və Cavabdeh iddiaçı X4 “atalığın müəyyən edilməsinə dair şəhadətnamənin verilməsi tələbinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İşin müəyyən olunmuş halı: Tərəflər rəsmi nikaha daxil olaraq ailə münasibətləri qurmuşdur. İddiaçı ilə cavabdeh arasındakı rəsmi nikah pozulmadığı halda cavabdeh X8 ilə faktiki nikah münasibətində olmuşlar. xx.xx.2020-ci ildə tərəflərin rəsmi nikahları pozulmuşdur. X3 xx.xx.2020-ci il tarixdə doğulmuşdur. X3 nikah pozulduqdan 300 gün ərzində doğulduğundan ata kimi iddiaçı qeyd olunmuşdur. İddiaçı iddia tələbinin təmin edilməsi xahiş edir. Cavabdeh iddia tələbinin təmin edilməsinə etiraz etmir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 44.2. Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. 47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Tərəflər rəsmi nikaha daxil olaraq ailə münasibətləri qurmuşdur. İddiaçı ilə cavabdeh arasındakı rəsmi nikah pozulmadığı halda cavabdeh X8 ilə ailə münasibətlərinə girərək yaşamışdır. xx.xx.2020-ci il təvəllüdlü X3 bu qeyri-rəsmi nikahdan doğulmuşdur. xx.xx.2020-ci ildə tərəflərin rəsmi nikahları pozulmuşdur. X3 nikah pozulduqdan 300 gün əzində doğulduğundan ananın təkidinə və uşağın öz atasının müraciətinə bamayaraq ata kimi iddiaçı qeyd olunmuşdur. Eyni zamanda müəyyən olunur ki, uşağın öz atası atalığın müəyyən edilməsinə dair şəhadətnamənin verilməsi öhdəliyinin qeydiyyat şöbəsinin üzrərinə qoyulması barədə inzibati məhkəmədə iddia qaldırmışdır. İdiaçı uşağın atasının olmadığını iddia etdiyindən, cavabdeh bu iddia ilə razı olduğundan, uşağın mənafeyi nəzə alınaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, İddiaçı Cavabdeh doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X2 atası olmaması müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2020-ci il təvəllüdlü X2 atası olmaması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar