Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1416/2021 12.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair işə Mingəçevir şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, 01.01.2008-ci il təvəllüdlü Rifan, 04.08.2009-cu il təvəllüdlü Aişə və 01.08.2014-cü il təvəllüdlü Abidin adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan tutulan alimentin miqdarı azaldılaraq, Cavabdeh xeyrinə hər ay hər uşağa görə 50 manat miqdarında aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh ilə 06.09.2006-cı il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşlar, birgə nikahlarından 01.01.2008-ci il tarixdə Rifan, 04.08.2009-cu il tarixdə Aişə və 01.08.2014cü il təvəllüdlü Abidin adlı uşaqları olmuşdur. Cavabdehin tələbi əsasında Mingəçevir şəhər Məhkəməsinin 06.05.2021-ci il tarixli məhkəmə qətnaməsinə əsasən cavabdehlə aralarında bağlanmış nikah pozulmuş və 01.01.2008-ci il təvəllüdlü Rifan, 04.08.2009-cu il rəvəllüdlü Aişə və 01.08.2014-cü il təvəllüdlü Abidin adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər uşağa görə 120 manat olmaqla, cəmi 360 manat miqdarında aliment tutulub Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. O, hazırda işləmir və işə baxılan zaman işləmədiyi haqqında arayışı məhkəməyə təqdim edə bilməmişdir, qətnamədən apelyasiya şikayəti vermə müddətini də ötürmüşdür. Qeyd etdiyi kimi işi olmadığı üçün aliment ödəyə bilmir və bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Həmin məbləğdə alimenti ödəməkdə çətinlik çəkir. Qətnamə ilə təyin olunmuş aliment miqdarını ödəmək iqtidarında deyil. Qeyd olunanları nəzərə alaraq aliment miqdarını azaldaraq Asiman adlı övladının saxlanması üçün ayda 50 manat miqdarında tutulmasını istəyir. Ona görə də məhkəmədən 01.01.2008-ci il təvəllüdlü Rifan, 04.08.2009-cu il təvəllüdlü Aişə və 01.08.2014-cü il təvəllüdlü Abidin adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan tutulan alimentin miqdarı azaldılaraq, Cavabdeh xeyrinə hər ay hər uşağa görə 50 manat miqdarında aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Bununla belə o, məhkəmə teleqram ünvanlayaraq, o, aliment məbləğinin azaldıb hər uşağa 50 manat məbləğində aliment ödənilməsinə razıdır. Eyni zamanda cavabdehlə telefonoqram vasitəsilə əlaqə saxlanılan zaman, o, iddia ərizəsinin təmin olunmasına razı olduğunu bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia tələbi əsaslıdır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin sürətlərindən görünür ki, 01 yanvar 2008-ci il təvəllüdlü X3, 04 avqust 2009-cu il təvəllüdlü X5 və 01 avqust 2014-cü il təvəllüdlü X2 adlı uşaqların ataları kimi İddiaçı və anaları kimi isə Cavabdeh göstərilmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 2(051)-805/2021 saylı, 06.05.2021ci il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş 01.01.2008-ci il təvəllüdlü Rifan, 04.08.2009-cu il təvəllüdlü Aişə və 01.08.2014-cü il təvəllüdlü Abidin adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh İddiaçı hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İşdə əlavə olunmuş X4 Publik Hüquqi şəxsin 20 saylı Ərazi Məşğulluq Mərkəzi Fillialı tərəfindən verilmiş **********9 saylı 23 iyun 2021-ci il tarixli Arayışdan görünür ki, İddiaçı 23.06.2021-ci il tarixə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1” üzrə Elektron informasiya sistemində adına əmək müqaviləsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Həmin qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanununa görə uşaqlar üçün yaşayış minumunun məbləği 175 manat müəyyən edilmişdir “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərtbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmənin 06.05.2021-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra məhkəmə iclası zamanı müəyyən edildi ki, cavabdeh hal-hazırda işsizdir. İddiaçı alimentin azaldılmasını işləməməsi ilə əsaslandırmışdır. İş materialları və iddiaçının izahatından, cavabdehin ünvanlandığı teleqram və telefonoqramla əlaqə saxlanılan zaman söylədiyi fikirlərdə tərəflərin öz aralarında razılığa gəlməsi və Cavabdeh iddianı qəbul etməsi alimentin azaldılmasına razı olması alimentin azaldılması üçün əsas sayılır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı və İddiaçı Mingəçevir şəhər Məhkəməsinin 06.05.2021-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin məbləği azaldılaraq 01 yanvar 2008-ci il təvəllüdlü X3, 04 avqust 2009-cu il təvəllüdlü X5 və 01 avqust 2014-cü il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 50 (əlli) manat, cəmi 150 (bir yüz əlli) manat məbləğində aliment tutularaq Cavabdeh verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi : İddiaçı Mingəçevir şəhər Məhkəməsinin 06.05.2021-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin məbləği azaldılaraq 01 yanvar 2008-ci il təvəllüdlü X3, 04 avqust 2009-cu il təvəllüdlü X5 və 01 avqust 2014-cü il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 50 (əlli) manat, cəmi 150 (bir yüz əlli) manat məbləğində aliment tutularaq Cavabdeh verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1416/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1416/2021
12.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver