Məhkəmə qərarları › İş №2(051)-1424/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1424/2022

03.06.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1424/2022 03.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı kirayə müqaviləsinin ləğvi, kirayə haqqının və kommunal xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kirayə müqaviləsinin ləğvi, kirayə haqqının və kommunal xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı 08.12.2020-ci il tarixli notariusda bağlanmış kirayə müqaviləsinə əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili 08.12.2023-cü il tarixədək cavabdehə kirayəyə vermişdir. Lakin cavabdeh müqavilə öhdəliklərini pozduğuna görə iddiaçı tərəfindən kirayə hüquq münasibətlərinə xitam verilərək müqavilənin vaxtından əvvəl ləğv edilməsi, ödənilməmiş kirayə haqqı və kommunal xərclərin alınması xahiş edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı həmin tələblə əlaqədar, kirayə müqaviləsində göstərilən qaydada müqavilənin vaxtından əvvəl ləğv edilməsi ilə bağlı bir ay əvvəldən yazılı ərizə ilə notariat orqanına müraciət etməli olduğu halda, birbaşa məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməmişdir. Azərbaycan Respublikası MPM-in 149.2.4-cü maddəsinə əsasən ərizədə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə, həmçinin iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsinə nəzər yetirdikdə müəyyən etdi ki, ərizənin giriş hissəsində ərizənin verildiyi məhkəmənin adı düzgün qeyd edilməmişdir. Belə ki, iddia ərizəsi Mingəçevir Şəhər Məhkəməsinə təqdim edilsə də, iddia ərizəsinin giriş hissəsində Şəki Rayon Məhkəməsi olaraq göstərilmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, məhkəməyə təqdim edilmiş iddia ərizəsi düzgün MPM-in 149.2-ci maddəsində nəzərdə tutulmuş formada tərtib edilməmişdir. Azərbaycan Respublikası MPM-in 149.2.1-ci maddəsinə əsasən ərizənin verildiyi məhkəmənin adı ərizədə göstərilməlidir. Məhkəmə hesab edir ki, mülki prosessual qanunvericilikdə iddia ərizəsinin forma və məzmununa dair tələblərə əməl edilməsi iddiaçının vəzifəsi kimi müəyyən olunmuşdur. Belə olan halda qeyd olunan nöqsana görə iddia ərizəsi geri qaytarılmalı və iddiaçı tərəfə həmin qüsuru aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı kirayə müqaviləsinin şərtlərinə uğun olaraq, kirayə müqaviləsinin ləğv edilməsi ilə bağlı bir ay öncədən yazılı ərizə ilə notariusa müraciət etməlidir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı kirayə müqaviləsinin ləğvi, kirayə haqqının və kommunal xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar