Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1450/2020 18.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul miqdarında aliment tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı sabit pul miqdarında aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə xx xxxxxx 2012-ci ildə nikahlarını rəsmi qeyd edtirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx xxxxxx 2013-cü il təvəllüdlü Aysu, xx xxxxxxx 2014-cü il təvəllüdlü Mehparə, xx xxxxxx 2015-ci il təvəllüdlü Gülay adlı üç uşaqları olmuşdur. Cavabdehlə aralarında olan nikahları məhkəmə qaydasında pozulmuş, övladlarından Mehparə və Gülay cavabdehin, Aysu isə onun yanında qalmışdır. Ağdaş rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən ondan Mehbarə və Gülay adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 110 manat alimentin tutulub cavabdehə verilməsi qət edilmişdir. Ondan hər ay cəmi 220 manat tutulmaqla onun yanında qalan digər övladı Aysunun tələbatının ödənilib-ödənilməməsi nəzərə alınmamışdır. O, anasının yanında qalan digər iki uşaqlarına aliment ödədikdə, onun yanında qalan övladının tələbatını tam ödəyə bilmir. Onun daimi iş yeri yoxdur. Ayrı-ayrı adamların həyətində işləməklə qazandığı pulla uşaqların alimentini ödəməkdə, yanındakı uşağı saxlamaqda çətinlik çəkir. Uşaqları saxlamaq hər iki valideynin borcudur. Cavabdeh də əmək qabiliyyətlidir. İşləyib uşaqların saxlanılmasına kömək edə bilər. Ona görə də xx xxxxxx 2013-cü il təvəllüdlü Aysuadlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 170 manat alınıb ona verilməsini xahiş edir. Cavabdeh iddianı qəbul etməyərək məhkəmə iclasında izahatında bildirdi ki, iddaçı ilə xx xxxxxx 2012-ci ildə nikahlarını rəsmi qeyd edtirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx xxxxxx 2013-cü il təvəllüdlü Aysu, xx xxxxxxx 2014-cü il təvəllüdlü Mehparə, xx xxxxxx 2015-ci il təvəllüdlü Gülay adlı üç uşaqları olmuşdur. İddiaçı ilə aralarında olan nikahları məhkəmə qaydasında pozulmuş, övladlarından Mehparə və Gülay onun, Aysu isə iddiaçının yanında qalmışdır. Ağdaş rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçıdan Mehbarə və Gülay adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 110 manat, cəmi 220 manat alimentin tutulub ona verilməsi qət edilmişdir. Lakin iddiaçı alimenti vaxtında və tam ödəmir. Özü işləmir, uşaqlarına baxmaqda çətinlik çəkir. İddiaçının tələbi əsassız olduğuna görə rədd olunmasını xahş edir. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 2013cü il təvəllüdlü X3 valideynləri İddiaçı və Cavabdehdır. İşə əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahı xx xxxxxx 2019-cu ildə ləğv edilmişdir. İşə əlavə edilmiş Ağdaş rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(066)-1909/2019 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı xx xxxxxxx 2014-cü il təvəllüdlü X4, xx xxxxxx 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 110 manat, cəmi 220 manat aliment tutulub, X2 verilməsi müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası “Uşaq Hüquqları haqqında” Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Sadalanan qanunların mənasından göründüyü kimi uşaqlara qayğı göstərmək, onların maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. Həmin vəzifəni yerinə yetirməyən valideyndən uşaqların saxlanması üçün vəsaitin tutulması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə qaydasında isə aliment müəyyən edilərkən tərəflərin maddi vəziyyəti nəzərə alınmaqla bərabər, uşağın maddi təminatının səviyyəsinin maksimal saxlanması əsas tutulur. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflərin birgə nikahdan Aysu, Mehbarə və Gülay adlı üç nəfər uşaqları doğulmuşdur. Tərəflər ayrılmışlar. Ayrıldıqdan sonra Mehbarə və Gülay adlı uşaqlar cavabdehin, Aysu adlı uşaq isə iddiaçının yanında qalmışdır. Məhkəmənin qətnaməsi ilə Gülay və Mehbarə adlı uşaqların saxlanılmaları üçün İddiaçı hər ay cəmi 220 manat sabit pul məbləğində aliment alınıb Gülnar Cəfərliyə verilməsi qət edilmişdir. Birgə nikahdan doğulmuş Aysu adlı uşağın saxlanılması üçün tərəflər razılığa gələ bilməmişlər. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı aliment tələbində haqlıdır. Lakin iddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə cavabdehin maddi imkanı olması sübut edilmədi. Odur ki, məhkəmə tərəflərin maddi vəziyyətini, uşağın yaşını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən hər ay 90 (doxsan) manat aliment alınıb uşaq yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçıya verilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilməlidir. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan, xx xxxxxx 2020-ci il tarixdən tutulmalı və qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3 və 119.2-ci maddələrinə əsasən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. xx xxxxxx 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 90 (doxsan) manat sabit pul məbləğində aliment hər ay Cavabdeh tutularaq, İddiaçı verilsin. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan, xx xxxxxx 2020-ci il tarixdən tutulsun və qətnamə dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub, dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1450/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1450/2020
18.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver