Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1457/2022 20.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı birgə nikahdan doğulmuş uşağın ananın yanında qalmasının müəyyən edilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikahdan doğulmuş uşağın ananın yanında qalmasının müəyyən edilməsi tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehlə rəsmi nikahlarından xx.xx.2009-cu il tarixdə doğulmuş Zəhra dalı uşağın onun yanında qalmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçı Cavabdeh ilə 27 yanvar 2009-cu ildə Mingəçevir Qeydiyyat şöbəsində rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Birgə nikahlarından 30 dekabr 2009-cu il tarixdə Zəhra adlı bir uşaqları olmuşdur. Təmsil etdiyi şəxs cavabdehlə ailə qurduqdan sonra xasiyyətlər uyğun gəlməməsi səbəbindən aralarında problemlər baş vermiş, münasibətləri pozulmuşdur. İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində və uşaq üç yaşına çatanadək saxlanması üçün özünə alimentin tutulub verilməsi barədə iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət etmişdir. Mingəçevir şəhər Məhkəməsinin 20 sentyabr 2010-cu il tarixli, 2(051)-839/2010 saylı qətnaməsinə əsasən təmsil etdiyi şəxsin iddiası qismən təmin edilmiş, Cavabdeh 30 dekabr 2009cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 50 (əlli) manat alimentin tutulub iddiaçıya verilməsi qət edilmişdir. Sonradan alimentin məbləğinin artırılması olmuş, 120 manat aliment müəyyən edilmişdir. Cavabdeh alimenti vaxtı-vaxtında ödəyir. Aliment borcu qalmamışdır. Aliment qətnaməsindən müəyyən müddət sonra Cavabdeh iddiaçıya qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş, Mingəçevir şəhər Məhkəməsinin 01 noyabr 2011-ci il tarixli, 2(051)-730/2011 saylı qətnaməsinə əsasən cavabdehin iddiası təmin olunmuş, Cavabdeh ilə X4 arasında 27 yanvar 2009-cu ildə Mingəçevir şəhər Qeydiyyat şöbəsində qeydə alınmış nikahın pozulması qət edilmişdir. İddiaçı nikahın pozulması zamanı məhkəmə baxışı iclasında iştirak etməmişdir. Nikahın pozulması qət edilən zaman uşağın kimin yanında qalmasına qiymət verilməmişdir. Uşaqla bağlı Cavabdeh ilə təmsil etdiyi şəxs arasında hər hansısa bir mübahisə yoxdur. Uşağın atası uşağın xarici ölkəyə aparılması ilə bağlı iddiaçıya etibarnamə də vermişdir. Təmsil etdiyi şəxs uşağını xarici ölkəyə sərbəst aparıb-gətirir. Hazırda təmsil etdiyi şəxsin müalicəyə ehtiyacı vardır. Yaxın vaxtlarda Türkiyə Respublikasına aparmaq istəyir. Çox güman ki, Türkiyədə xeyli müddət qalıb, uşağın müalicəsini və təhsilini orada davam etdirəcəkdir. İddiaçı nikahın pozulması ilə bağlı Mingəçevir Şəhər Məhkəməsinin 20 sentyabr 2010-cu il tarixli, 2(051)-839/2010 saylı qətnaməsini tərcümə etdirib, tanıtdırmaq istəyəndə ona bildirmişlər ki, qətnamədə uşağın ananın yanında qalması göstərilməmişdir. Odur ki, iddianın təmin olunması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh işin məhkəmədə baxılmağa hazırlanması zamanı iştirak etdiyi məhkəmə iclasında iddianı qəbul etmiş və izahat verərək göstərmişdir ki, iddiaçı ilə 27 yanvar 2009-cu il tarixdə Mingəçevir Qeydiyyat şöbəsinə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Birgə nikahlarından 30 dekabr 2009-cu il tarixdə Zəhra adlı bir uşaqları olmuşdur. Aralarındakı nikah Mingəçevir şəhər Məhkəməsinin 01 noyabr 2011-ci il tarixli, 2(051)-730/2011 saylı qətnaməsi ilə pozulmuşdur. Həmin məhkəmə qətnaməsində uşağın kimin yanında qalması müəyyən edilməmişdir. Azyaşlı uşaq hazırda anasının yanında yaşayır. Odur ki, iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh ilə X2 birgə nikahından xx.xx.2009-cu il tarixdə Zəhra adlı uşaqları doğulmuşdur. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(051)- 839/2010 saylı qətnaməsindən görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş Zəhra adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 50 manat alimentin Cavabdeh alınıb X3 verilməsi qət edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(051)- 730/2011 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X4 arasında xx.xx.2009-cu il tarixdə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində qeydə alınmış nikah pozulmuşdur. İşdə olan X5 tərəfindən yazılmış ərizədən görünür ki, o hazırda anası X2 yanında yaşayır. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən olundu ki, tərəflər xx.xx.2009-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmiş, onların birgə nikahlarından xx.xx.2009-cu il tarixdə Zəhra adlı uşaqları doğulmuşdur. Tərəflər aralarında olan rəsmi nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(051)-730/2011 saylı qətnaməsi ilə pozulmuşdur. Lakin həmin məhkəmə qətnaməsində uşağın kimin yanında qalması müəyyən edilməmişdir. Hazırda İddiaçı uşağın onun yanında qalmasının müəyyən edilməsini tələb edir. Cavabdeh tərəf isə iddianı qəbul edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1–ci maddəsinin tələblərinə görə nikah məhkəmə qaydasında pozularkən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməlidir. Tərəflərin izahatı ilə müəyyən olunur ki, birgə nikahdan doğulmuş, yetkinlik yaşına çatmamış uşaq ayrıldıqdan sonra iddiaçının yanında qalmışdır. Cavabdeh tərəf də onu təkzib etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın İddiaçı yanında qalması müəyyən edilməlidir. Məhkəmə işin müəyyən olunmuş həmin hallarına əsasən hesab edir ki, birgə nikahdan doğulmuş uşağın ana qayğısına daha çox ehtiyacı olduğundan və bu hal onun normal inkişaf etməsinə və tərbiyəsinə müsbət təsir etdiyindən və uşaq hazırda da anasının yanında olduğundan, 30.2.2009-cu il tarixdə doğulmuş Zəhra adlı uşaq yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında qalmalıdır. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı xx.xx.2009-cu il tarixdə birgə nikahından doğulmuş Zəhra adlı uşağın İddiaçı yanında qalması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1457/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1457/2022
20.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver