Məhkəmə qərarları › İş №2(051)-1458/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1458/2020

14.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1458/2020 14.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı Fəmayıl qızı və Cavabdeh iştirakı ilə, İddiaçı Fəmayıl qızının Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Fəmayıl qızı Cavabdeh qarşı “aliment” tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Fəmayıl qızı məhkəməyə ərizə təqdim edərək Cavabdeh ilə barışdıqlarını, iddiadan imtina etdiyini və buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ərizə təqdim edərək İddiaçı Fəmayıl qızı ilə barışdıqlarını və buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, iddiadan imtina olunması tələblərin hüquqlarını pozmur və qanuna zidd deyil, ona görə də iddiadan imtina məhkəmə tərəfindən qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.4,263-264-cü maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı Fəmayıl qızının Cavabdeh qarşı “aliment” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar